Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Rəqəmsallaşma: dövlət idarəçiliyində islahatların yeni mərhələsi

Rəqəmsallaşma: dövlət idarəçiliyində islahatların yeni mərhələsi

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Müasir dövrdə rəqəmsal texnologiyalar qlobal inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilib. Dünyanın aparıcı dövlətləri iqtisadi artımı sürətləndirmək, dövlət idarəçiliyinin səmərəliliyini yüksəltmək, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətini artırmaq və milli təhlükəsizliyi gücləndirmək məqsədilə rəqəmsal transformasiya siyasətini prioritet istiqamət kimi müəyyənləşdirirlər. Süni intellekt, böyük verilənlər, bulud texnologiyaları, innovasiya ekosistemləri və kibertəhlükəsizlik artıq müasir inkişaf modelinin ayrılmaz tərkib hissəsinə çevrilib. Azərbaycan da bu qlobal tendensiyaları nəzərə alaraq rəqəmsal inkişaf sahəsində ardıcıl və məqsədyönlü islahatlar həyata keçirir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşdırılan inkişaf strategiyasında rəqəmsal transformasiya yalnız informasiya texnologiyalarının tətbiqi kimi deyil, dövlət idarəçiliyinin yenilənməsi, iqtisadiyyatın şaxələndirilməsi, innovasiya mühitinin genişləndirilməsi və insan kapitalının inkişafını təmin edən kompleks islahat proqramı kimi qiymətləndirilir. Bu yanaşma ölkənin uzunmüddətli sosial-iqtisadi inkişaf hədəflərinə uyğun olaraq rəqəmsal iqtisadiyyatın formalaşdırılmasını əsas prioritetlərdən birinə çevirib.
Cari ilin fevral ayında Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə qəbul edilən qərarlar bu istiqamətdə yeni mərhələnin əsasını qoyub. Müşavirədə rəqəmsal inkişaf, innovasiya, süni intellekt və kibertəhlükəsizlik sahələrində qarşıda duran vəzifələr müəyyənləşdirilib, dövlət qurumlarının fəaliyyətinin daha səmərəli əlaqələndirilməsi üçün yeni idarəetmə mexanizmləri formalaşdırılıb. Bu məqsədlə yaradılan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası rəqəmsallaşma sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsini təmin edən əsas koordinasiya platformasına çevrilib. Şuranın fəaliyyəti dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsinə, rəqəmsal layihələrin əlaqələndirilməsinə və qəbul olunan qərarların operativ icrasına xidmət edir. Bu yanaşma idarəetmədə çevikliyi artırmaqla yanaşı, həyata keçirilən islahatların vahid strateji məqsədə yönəlməsini təmin edir.
Prezident İlham Əliyevin 27 fevral 2026-cı il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” rəqəmsal inkişaf siyasətinin əsas istiqamətlərini müəyyən edən sənəddir. Fəaliyyət Planında rəqəmsal dövlət xidmətlərinin genişləndirilməsi, süni intellekt texnologiyalarının tətbiqi, innovasiya ekosisteminin inkişafı, kibertəhlükəsizlik sisteminin gücləndirilməsi və rəqəmsal iqtisadiyyatın genişləndirilməsi üzrə konkret tədbirlər öz əksini tapıb.
İyunun 29-da Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclası bu istiqamətdə görülən işlərin müzakirəsi baxımından xüsusi əhəmiyyət daşıyır. İclas zamanı Fəaliyyət Planının icrası, qanunvericilik bazasının təkmilləşdirilməsi, dövlət xidmətlərinin rəqəmsallaşdırılması, təhsil sahəsində innovativ layihələrin tətbiqi və kibertəhlükəsizlik sisteminin inkişafı əsas müzakirə mövzuları olub.
Rəqəmsal İnkişaf Şurasının sədri Mehriban Əliyeva qeyd edib ki, Şuranın prioritetləri dövlət idarəçiliyində rəqəmsallaşmanın, süni intellektin, kibertəhlükəsizliyin və innovasiya ekosisteminin inkişafı, eləcə də investisiyaların və startapların dəstəklənməsidir. Mehriban Əliyeva süni intellektin strateji əhəmiyyətini vurğulayaraq, bütün qərarların Azərbaycanın milli maraqlarına uyğun qəbul edilməsinin vacibliyini bildirib.
Bu gün həyata keçirilən islahatların mərkəzində vətəndaşlara göstərilən dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi dayanır. “mygov” və “mygov Biznes” platformalarının inkişaf etdirilməsi nəticəsində dövlət xidmətləri vahid rəqəmsal mühitdə təqdim olunur. Ayrı-ayrı dövlət qurumlarının elektron xidmətlərinin mərhələli şəkildə bu platformalara inteqrasiyası həm vətəndaşlar, həm də sahibkarlar üçün daha rahat, operativ və şəffaf xidmət modelinin formalaşmasına imkan yaradır.
Proaktiv dövlət xidmətlərinin tətbiqi də rəqəmsallaşmanın mühüm nəticələrindən biridir. Dövlət informasiya sistemlərində mövcud məlumatlar əsasında pensiya təyinatı, sosial ödənişlər, müxtəlif bildirişlər və digər xidmətlərin avtomatik həyata keçirilməsi dövlət-vətəndaş münasibətlərində yeni idarəetmə fəlsəfəsinin formalaşdığını təsdiqləyir. “Yalnız bir dəfə” prinsipinin tətbiqi isə təkrar sənəd təqdim olunması zərurətini aradan qaldıraraq inzibati prosedurları əhəmiyyətli dərəcədə sadələşdirir.
İnnovasiya sahəsində həyata keçirilən islahatlar ölkənin texnoloji inkişafını sürətləndirməyə yönəlib. Hazırlanmış geniş qanunvericilik paketi vençur kapitalı bazarının inkişafı, startapların maliyyələşdirilməsi, “mələk investorlar” institutunun yaradılması, tədqiqat və inkişaf fəaliyyətinin stimullaşdırılması, eləcə də yüksək texnologiyalar sahəsində çalışan şirkətlər üçün uzunmüddətli vergi güzəştlərinin tətbiqini nəzərdə tutur. Bu tədbirlər yerli innovasiya ekosisteminin güclənməsinə və beynəlxalq investorların cəlb edilməsinə geniş imkanlar yaradır.
Süni intellekt texnologiyalarının dövlət idarəçiliyində tətbiqi də islahatların əsas istiqamətlərindən biridir. “mygov” platformasında virtual vətəndaş köməkçisinin istifadəyə verilməsi, müxtəlif dövlət qurumlarında süni intellekt əsaslı həllərin tətbiqi, milli hesablama infrastrukturunun yaradılması və tənzimləyici test mühitinin formalaşdırılması dövlət idarəçiliyinin müasir texnologiyalar əsasında inkişaf etdiyinin göstəricisidir. Bu yanaşma qərarların daha dəqiq qəbul edilməsinə, dövlət resurslarından səmərəli istifadəyə və vətəndaş məmnuniyyətinin artırılmasına xidmət edir.
Rəqəmsal inkişafın mühüm dayaqlarından biri də kibertəhlükəsizlikdir. Dövlət informasiya sistemlərinin müdafiəsinin gücləndirilməsi, Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması, kritik informasiya infrastrukturunun mühafizəsi, Milli CERT və Təhlükəsizlik Əməliyyatları Mərkəzinin fəaliyyətə başlaması ölkənin rəqəmsal təhlükəsizlik imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir. Süni intellekt texnologiyalarının kibermüdafiədə tətbiqi isə potensial təhdidlərin daha erkən aşkarlanmasına və qarşısının operativ alınmasına şərait yaradır.
Təhsil sahəsində aparılan rəqəmsallaşma prosesi də xüsusi diqqət çəkir. “Rəqəmsal məktəb”, “STEAM Azərbaycan” və “Rəqəmsal bacarıqlar” layihələri məktəblilərin müasir texnologiyalar üzrə bilik və bacarıqlarını inkişaf etdirir. Elektron təhsil xidmətlərinin genişləndirilməsi, rəqəmsal sənədlərin tətbiqi və süni intellekt əsaslı öyrənmə modellərinin hazırlanması təhsil sisteminin müasir çağırışlara uyğunlaşdırılmasına xidmət edir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rəqəmsal inkişaf siyasəti Azərbaycanın gələcək inkişaf modelini formalaşdıran əsas istiqamətlərdən biridir. Rəqəmsallaşma, innovasiya, süni intellekt və kibertəhlükəsizlik sahələrində həyata keçirilən ardıcıl islahatlar dövlət idarəçiliyinin səmərəliliyini artırır, iqtisadiyyatın rəqabət qabiliyyətini yüksəldir, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətini yaxşılaşdırır və yüksək texnologiyalar əsasında dayanıqlı inkişaf üçün möhkəm zəmin yaradır. Məhz bu strateji yanaşma Azərbaycanın regionun qabaqcıl rəqəmsal və innovasiya mərkəzlərindən birinə çevrilməsini təmin edən əsas amillərdən biri kimi çıxış edir.

Nurlan Həsənov
Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 İyul 2026 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see632

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see345

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see326

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see249

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see241

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see239

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see223

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see220

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see216

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see207

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see198

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see195

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see193

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see191

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see189

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see186

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see179

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see177

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see166

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri