“Rəqiblər üçün Gəncədə futbol oynamaq çox çətin olacaq”
futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Misli Premyer Liqasının III turu çərçivəsində “Kəpəz” doğma meydanda “Turan Tovuz”u 1:0 hesabıyla məğlub edib.
Veteran futbolçu Vidadi Rzayev “Futbolpress.az“a açıqlamasında Gəncə təmsilçisinin çıxışını dəyərləndirdi:
– İlk növbədə onlar göstərdilər ki, evdə döyüşkən kollektiv formalaşdırıblar. İllərdən sonra “Kəpəz” öz meydanına qayıtdı və burada rəqiblər üçün mübarizə aparmaq çox çətin olacaq. Kimliyindən asılı olmayaraq, azarkeş dəstəyi öz sözünü deyir.
– Sizcə, mövsüm boyunca “Kəpəz” həmin atmosferi qoruya biləcək?
– Bu, birbaşa komandanın çıxışından asılıdır. Gəncədə futbolu sevirlər, insanlar ona öz həyatları kimi baxırlar. Azarkeş dəstəyi “Kəpəz”in nəticələrindən asılı olacaq. Komanda nə qədər yüksək yerlər uğrunda mübarizə aparsa, tribunalar da bir o qədər dolacaq. Əgər yenə Premyer Liqada qalmaq üçün mübarizə aparmalı olsalar, çox təəssüf ki, azarkeş sayı azala bilər. Arzu edərdim ki, hər zaman stadion dolu olsun, amma hər şey komandanın oyunundan və qələbələrindən asılıdır.
– Matçdan sonra “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyevə qarşı azarkeşlər tərəfindən istefa şüarları səsləndi. Komanda 3 oyuna cəmi 1 qol vurub. Berdiyev kimi təcrübəli mütəxəssisin bu cür tez təzyiq altına düşməsini necə şərh edərdiniz?
– “Turan Tovuz”un oyununa və belə çıxış etməsinə özüm də təəccübləndim. Əvvəlki iki matçda da çox sönük görünmüşdülər. Evdə “Qəbələ”ni zorla 1:0 uddular, ardınca heç-heçə etdilər. Hazırda bir qələbə, bir heç-heçə və bir məğlubiyyətləri var. Təlim-məşq toplanışı keçiblər, heyət seçmək üçün kifayət qədər vaxtları olub. Kurban Berdiyevə gəldikdə isə, o, illərin təcrübəsinə malikdir. Həmin istefa qışqırıqlarını demək olar ki, heç vecinə də almadı. Lakin “Turan”dan belə zəif oyun gözləmirdim. “Kəpəz”in qələbəsini kölgədə qoymaq istəmirəm, onlar layiqli qələbə qazandılar. Əslində, bu, bərabərlik oyunu idi, sadəcə kim qol vursaydı, o da qalib gələcəkdi. Birinci hissədə Tovuz təmsilçisi bir neçə qol epizodu yaxalasa da, ikinci yarıda demək olar ki, təhlükəli vəziyyət yarada bilmədi. Hücumda çox zəif oynadılar, qol vurmağı bacarmadılar. İdarə Heyətinin sədri Ehtiram Quliyev bu il çempionluq oynayacaqlarını bildirmişdi. Mövsümün hələ əvvəlidir, cəmi 3 tur keçib və tələsik qiymət vermək düzgün deyil. Amma bu oyunla çempionluq mübarizəsi aparmaq çox çətin olacaq. Ortada “Sabah”, “Qarabağ” və “Zirə” kimi iddialı rəqiblər var. Hələ ki “Turan Tovuz” çempionluq futbolu sərgiləmir. Çempion olmaqlarını istərdim, çünki mən də həmin klubda oynamışam, ilk çempionluğumu və UEFA Kuboku təcrübəmi orada yaşamışam. Ona görə də Tovuz mənim üçün doğmadır.
Ayxan Zayıdzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 02 Sentyabr 2026 19:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















