Icma.az
close
up
RU
Rəqsanə azadlığa çıxmaq üçün 1 milyon 150 min manat verməlidir?

Rəqsanə azadlığa çıxmaq üçün 1 milyon 150 min manat verməlidir?

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xüsusilə külli miqdarda dələduzluqdan ittiham olunan müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil Əmiraslanov da istintaq cəlb olunub.

Milli.Az xəbər verir ki, Fazil Əmiraslanova qarşı həyat yoldaşı ilə əlbir olub xüsusilə külli miqdarda dələduzluğa qol qoyması ittihamı irəli sürülüb. Məhkəmə Fazil Əmiraslanovun barəsində həbs qəti imkan tədbiri seçməkdən vaz keçib, barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri tətbiq olunub. Məhkəmə bu qərarını Əmiaslanovun himayəsində azyaşlı övladının olması, azyaşlıların digər valideyninin həbsdə olması ilə əsaslandırıb.

Yayılan məlumata görə Rəqsanə İsmayılova Sabunçu rayonunda polis əməkdaşları tərəfindən saxlanıb. Şikayətçi vətəndaşlar 1979-cu il təvəllüdlü Rəqsanə İsmayıl qızı İsmayılovanın ümumilikdə 35 min manat dəyərində qızıl-zinət əşyalarını və 520 min ABŞ dolları məbləğində pulu dələduzluqla ələ keçirməkdə suçlayıblar.

Şikayətlə bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178-ci - xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanıb. Rəqsanə İsmayılova barəsində istintaq müddətində 4 aylıq həbs qəti imkan tədbiri seçilib.
Hazırda sosial şəbəkələrdə müğənninin həbsi, azadlığa çıxması ilə bağlı qızğın müzakirələr gedir. Rəqsanə İsmayılovanın qısa müddət sonra azadlığa çıxacağını deyənlərlə yanaşı onun və həyat yoldaşının uzun müddətli həbsə məhkum ediləcəklərini iddia edənlər də az deyil. Hətta müğənninin 12 ildən yuxarı "srok" alacağına israr edənlər də az deyil.

Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov Musavat.com-a deyib ki, Azərbaycan Cinayət Məcəlləsində nəzərdə tutulmuş hüquqi mexanizmlərdən biri də budur ki, dələduzluq və digər maliyyə xarakterli cinayətlərdə ziyanın ödənilməsi müəyyən hallarda cinayət məsuliyyətinin yüngülləşdirilməsinə və hətta cinayət təqibinə xitam verilməsinə səbəb ola bilər. Belə hallara General Mövlam Şıxəliyevin vəkili Elçin Qəmbərovun işi nümunə göstərilə bilər. O zaman Elçin Qəmbərov Mövlam Şıxəliyevin oğlundan 300 min dollar - 510 min manat alıb atasını istintaq dövründə azad ediləcəyi vədini vermişdi. Sonradan isə vədə əməl etməmiş, pulu da qaytarmamışdı. Buna görə də Elçin Qəmbərova dələduzluqla ələ keçirmə ilə bağlı ittiham irəli sürülmüş, həbs edilmişdi. Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən Mövlam Şıxəliyevin oğlu məhkəyə ərizə təqdim edib vurulmuş ziyanın ödənildiyini, bunun müqabilində vəkillə barışdıqlarını, ondan şikayətçi olmamasını açıqladı. Vəkilin yaxınları isə Şıxəliyevlərə vurulmuş ziyanın 25 faizini dövlət büdcəsinə köçürdülər. Bu, qanunda nəzərdə tutulan qaydadır. Bundan sonra vəkil barəsində cinayət təqibi dayandırıldı, məhkəmə zalından azad olundu. Rəqsanə İsmayılovanın işi ilə paralel aparsaq, qarşıda oxşar hüquqi mexanizmlərin tətbiqi mümkündür. Şikayətçilərin iddiasına görə, müğənninin ümumilikdə 35 min manatlıq qızıl-zinət əşyaları və 520 min ABŞ dolları pul mənimsənilib. Təıxminən 850-900 min manat vəsaitin ələ keçirilməsi iddiası var. Qanunvericiliyə görə, əgər həmin ziyanın 25 faizi dövlət nəfinə və vurulmnuş ziyan məbləği tam olaraq zərərçəkənə ödənilərsə, istintaq orqanları və məhkəmə bu faktı nəzərə alaraq cinayət təqibinin yüngülləşdirilməsi və ya dayandırılması barədə qərar qəbul edə bilər. Rəqsanə İsmayılovanın təxminən 1 milyon 150 min manat zərər və rüsum ödəməsi müqabilində azadlığa çıxması mümkündür".

Natiq Ələsgərov deyib ki, burada mühüm məqam istintaqın tam, obyektiv və hüquqa uyğun aparılmasıdır: "Hər hansı şəxsin ödəmə ilə məsuliyyətdən yayınması, sübutların tam toplanmaması hüquqi baxımdan qəbul edilə bilməz. Eyni zamanda, sosial şəbəkələrdə dolaşan iddialar və proqnozlar hüquqi prosesə təsir göstərə bilməz. Yalnız məhkəmənin verdiyi qərar hüquqi nəticədir. Rəqsanə İsmayılovanın işi perspektivində də hüquq sistemi eyni prinsiplərlə işləyəcək. Əgər mənimsənilmiş pul və əşyaların bir hissəsi qaytarılarsa, bu, istintaq və məhkəmə tərəfindən yüngülləşdirici amil kimi qiymətləndirilə bilər. Lakin azadlığa çıxmaq və ya cinayət təqibinə xitam verilməsi yalnız məhkəmənin səlahiyyətindədir və ziyan ödənildiyi halda belə, prosedur qaydalarına riayət olunmalıdır".

Natiq Ələsgərov Rəqsanə İsmayılovanın vurulmuş ziyanı ödəmədiyi halda qarşılaşa biləcəyi cəza ilə bağlı da fikirlərini açıqlayıb:

"Azərbaycan Cinayət Məcəlləsinin 178-ci maddəsi üzrə xüsusilə külli miqdarda dələduzluq ağır cinayətdir və qanunda 7 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə sanksiyası nəzərdə tutulur. Rəqsanə İsmayılovanın barəsində irəli sürülən ittihamda şikayətçilərin iddiasına görə 520 min ABŞ dolları və 35 min manatlıq qızıl-zinət əşyası mənimsənilib. Hüquqi praktikada vurulmuş ziyanın ödənilməsi məhkəməyə yüngülləşdirici amil kimi təqdim edilə bilər. Ancaq ödəniş edilməsə maksimum həbs sanksiyası tətbiq oluna bilər. Belə hallarda məhkəmə yüngülləşdirici amillərdən istifadə etməyəcək və qanunvericilikdə nəzərdə tutulmuş maksimum müddət 12 il azadlıqdan məhrum etmə tətbiq oluna bilər. Rəqsanə İsmayılova ziyanı ödəməsə, onu uzunmüddətli həbs cəzası gözləyir. Hüquqi praktika göstərir ki, bu halda maksimum cəza tətbiq olunması mümkündür".

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:215
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 26 Avqust 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri