Rəşad Əzizov: Əminik ki, yaxın gələcəkdə inkişaf etmiş ölkələrin kino sənayesinin Azərbaycana marağı daha da artacaq
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 11 iyul, AZƏRTAC
Azərbaycan ərazisində xarici filmlərin istehsalı uzun illərdir aparılır və bu sahədə bir sıra böyük layihələr, o cümlədən seriallar həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, bunu filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi ilə bağlı qaydaların təqdimatına həsr olunmuş mətbuat konfransında Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) Baş direktoru Rəşad Əzizov deyib.
O qeyd edib ki, hazırda bu istiqamətdə yeni mərhələyə qədəm qoyulur: "Əminik ki, yaxın gələcəkdə istehsalçı şirkətlərin sayı artacaq, inkişaf etmiş ölkələrin kino sənayesinin Azərbaycana maraq daha da yüksələcək. Biz bu sahədə yerli özəl şirkətlərlə sıx əməkdaşlıq edirik və artıq bir neçə şirkət bu istiqamətdə ixtisaslaşıb”.
Rəşad Əzizov diqqətə çatdırıb ki, qarşıya insan kapitalının formalaşdırılması ilə bağlı konkret hədəflər qoyulub. Onun sözlərinə görə, qaydalar bütün şirkətlər üçün keçərlidir və bu təşəbbüs nəticəsində ölkə daxilində 7-8 şirkətin yüksək nəticə göstərəcəyi gözlənilir. Əsas məqsəd ondan ibarətdir ki, növbəti 3-5 il ərzində ölkədə çəkilən filmlərin miqyası daha da genişlənsin.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 11 İyul 2025 16:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















