Icma.az
close
up
RU
Rəşad Mahmudov doğuş zamanı ana ölümünə görə günahlandırılan həkimin müdafiəsinə qalxdı

Rəşad Mahmudov doğuş zamanı ana ölümünə görə günahlandırılan həkimin müdafiəsinə qalxdı

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Çox əziz media nümayəndələri, dəyərli sosial media istifadəçiləri!

Son günlər doğuş zamanı baş vermiş ana ölümü ilə əlaqədar olaraq sosial şəbəkələrdə və bəzi media resurslarında konkret bir həkimin “ölüm cinayətində günahlandırılması” ilə bağlı paylaşımlar yayılır. Bu cür yanaşma həm hüquqi, həm tibbi, həm də etik baxımdan ciddi suallar doğurur.

İlk növbədə qeyd edilməlidir ki, cinayət işinin açılması hələ günahın sübut edilməsi demək deyil. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, məhkəmə hökmü olmadan hər kəs təqsirsiz sayılır. İstintaqın başlanması hadisənin obyektiv araşdırılması məqsədi daşıyır və bu mərhələdə hər hansı şəxsin ictimai şəkildə günahkar kimi təqdim edilməsi düzgün deyil.

Əziz dostlar! Doğuş zamanı ana ölümü tibbin ən ağır və mürəkkəb fəsadlarından biridir. Bu tip hallar çox zaman bir neçə tibbi amilin üst-üstə düşməsi nəticəsində baş verir və dünyanın ən inkişaf etmiş səhiyyə sistemlərində belə bəzən qarşısı alına bilməyən hadisələr sırasına daxildir. Belə vəziyyətlərdə nəticəni yalnız bir həkimin fəaliyyəti ilə əlaqələndirmək elmi və peşəkar yanaşma deyil.

Hər bir tibbi hadisə yalnız müstəqil ekspertiza, klinik protokollara uyğunluğun qiymətləndirilməsi və ətraflı araşdırmadan sonra dəyərləndirilə bilər. Sosial şəbəkə paylaşımları və emosional başlıqlar tibbi məsuliyyətin müəyyən olunması üçün əsas ola bilməz.

Bu tip xəbərlərin tələsik və ittihamedici formada yayılması cəmiyyət üçün də risklidir. Bu, səhiyyə işçilərinin peşə nüfuzuna zərər vurmaqla yanaşı, gələcəkdə ağır və riskli xəstələrə tibbi yardım göstərilməsində tərəddüd və qorxu yarada bilər. Nəticədə zərər təkcə bir həkimə yox, bütün cəmiyyətə dəyir.

Media və ictimai platformalar bu kimi həssas mövzularda daha məsuliyyətli davranmalı, araşdırma tamamlanmadan şəxsləri hədəf göstərməkdən çəkinməlidir. Həqiqət yalnız istintaq və tibbi ekspertiza başa çatdıqdan sonra ortaya çıxır.

Bütün bunları qeyd edərkən nə cəmiyyətimizi, nə də sosial media istifadəçilərini qınamaq niyyətim yoxdur. Eləcə də məqsədim hansısa həkimi və ya sistemi kor-koranə müdafiə etmək deyil. Sadəcə anlamaq lazımdır ki, məsuliyyətsiz və emosional ittiham dili ölkə səhiyyəsinin inkişafına mənfi təsir göstərməklə yanaşı, sabah hamımızın ən kritik anlarında canımızı tərəddüdsüz etibar edəcəyimiz peşəkarların azalmasına, hətta belə yükü üzərinə götürməyə hazır insan tapmağın çətinləşməsinə səbəb ola bilər. Ona görə də bu mövzuda daha ehtiyatlı, daha diqqətli davranmağı vacib hesab edirəm.

Hörmətlə,
Rəşad Mahmudov
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 07 Yanvar 2026 06:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see217

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see180

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see165

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see163

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see159

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see148

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see144

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see140

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see138

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see137

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see137

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri