Rəşad Nəbiyev: Azərbaycan cəsarətli addımlar atıb və dayanıqlı ekosistem təklif edib AZƏRTAC
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 20 noyabr, AZƏRTAC
Azərbaycan cəsarətli addımlar atıb və dayanıqlı ekosistem təklif edib. Biz Azərbaycanda 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35 faiz azaltmağı öhdəmizə götürmüşük.
AZƏRTAC xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda turizm nazirlərinin görüşünün yekunu olaraq, DTA və BMT-nin Turizm Təşkilatının rəsmilərinin iştirakı ilə keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, ən müasir texnologiya və insan mərkəzli dizaynı birləşdirən baxışla Azərbaycan daha yaşıl, daha əlaqəli gələcək üçün yol açır. “2030-cu ilə qədər avtobuslarımızın elektrikləşdirilməsini başa çatdırmağı planlaşdırırıq. Biz yüz kilometr mikromobil zolaqların çəkilməsini nəzərdə tutmuşuq. Yüz altmış ədəd elektrikli avtobus ölkəyə gətirilib. Bunların sayı artırılacaq. Bu nəqliyyat transformasiyasının mərkəzində innovasiya və data əsaslı anlayışlar dayanır”, - deyə o əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 20 Noyabr 2024 14:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















