Icma.az
close
up
RU
Rəşad Nəbiyev: Qazanılan nəticələr Azərbaycanın cüdo dünyasının qabaqcıl ölkələrindən birinə çevrilmək yolunda olduğunu təsdiqləyir

Rəşad Nəbiyev: Qazanılan nəticələr Azərbaycanın cüdo dünyasının qabaqcıl ölkələrindən birinə çevrilmək yolunda olduğunu təsdiqləyir

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

“Böyük Dəbilqə” turnirinin yenidən burada, gözəl Bakı şəhərimizdə keçiriləcəyini elan etmək mənim üçün böyük şərəfdir”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev yarışın rəsmi saytına açıqlamasında deyib.

O bildirib ki, bu ilin Azərbaycan cüdosu üçün xüsusi əhəmiyyəti var: “Paris-2024” Yay Olimpiya Oyunlarında Hidayət Heydərov və Zelim Kotsoyevin qazandıqları qızıl medallar xalqımıza böyük qürur hissi yaşatdı. Bu nailiyyətlər Azərbaycanın cüdo dünyasının qabaqcıl ölkələrindən birinə çevrilmək yolunda olduğunu təsdiqləyir. Bu uğurların əsasında Prezident İlham Əliyevin idmanın inkişafına verdiyi daimi dəstək dayanır”.

R.Nəbiyev son bir neçə ildə Azərbaycan cüdosunun tarixində əsl dönüşün baş verdiyini vurğulayıb: “Tarixi mərhələlərə çatdıq və yeni standartlar müəyyənləşdirdik. Ölkənin hər yerində yüksəkkeyfiyyətli təlim-məşq bazaları yaradılıb ki, bu da Azərbaycanın hər bir cüdoçusuna, hətta ucqar rayonlarda belə, öz bacarıqlarını artırmaq imkanı verir. Məqsədimiz təkcə tatamidə çempionlar yetişdirmək deyil, həm də sağlam və güclü gənclərin inkişafına kömək etməkdir”.

O, belə bir mötəbər yarışın təşkilində göstərdiyi etimada və dəstəyə görə Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerə səmimi minnətdarlığını bildirib: “Bu hadisəni qeyd edərkən biz həm də 2026-cı ili böyük həyəcanla gözləyirik. Həmin ildə Bakı dünya çempionatına ev sahibliyi edəcək və ölkəmizin dünya cüdo ictimaiyyətindəki yerini daha da möhkəmləndirəcək”.

Qeyd edək ki, “Böyük Dəbilqə” turniri fevralın 14-16-da Milli Gimnastika Arenasında keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Fevral 2025 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri