Icma.az
close
up
RU
Rəşad Sadıqov: Bu tip vəziyyətlərə əvvəllər də düşmüşük, biz möhkəm kollektivik

Rəşad Sadıqov: Bu tip vəziyyətlərə əvvəllər də düşmüşük, biz möhkəm kollektivik

Sportal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Cavab oyununa çıxacağıq. Düşünürəm ki, azarkeşləri çox maraqlı oyun gözləyir. Mətbuat konfranslarında ətraflı məlumat vermək biz məşqçilər üçün çətindir. Oyun haqda gözləntilərimiz odur ki, böyük azarkeş kütləsi qarşısında, yaxşı komandaya qarşı oynayacağıq. Bu gözəl atmosferdə, gözəl oyun oynayaraq, yaxşı nəticə qazanmaq istəyirik”.

Sportal.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin "Hayduk"la cavab görüşündən öncə keçirilmiş mətbuat konfransında deyib. O, yerli jurnalistlərin suallarını da cavablandırıb.

- Əsas fiqurlarınızdan olan Brhaim Konate zədələnib, digər tərəfdən də eşitdiyimiz qədərilə Anje Mutsinzi viza ilə bağlı problem yaşayıb və Xorvatiyaya gəlməyib. Bu itkilər oyuna nə dərəcədə təsir göstərəcək?

Bu itkilərdən öncə də, bizim itkilərimiz var idi. Toplanışda, seleksiya zamanı da bizim üçün uğursuz gedişat oldu. Salfiu Suma komandanı tərk etdi, “Malmö”yə keçdi. Rafael Utziq komandaya gec qoşuldu. Vensan Till, Yeqor Boqomolski, Eldar Quliyev zədələndi. İlk oyundan öncə də, bizim üçün itkilər idi. Amma cavab oyunuöncəsi daha iki itkimiz var, Konate və Mutsinzi. Hər məşqçi istəyər ki, bu tip oyunlardan qabaq bütün oyunçuları sağlam, sərəncamında olsun, hamısından istifadə edə bilsin. Amma itkilər də futbolun bir hissəsidir. Sadəcə olaraq bizdə oyunöncəsi bu tip problemlər daha çox oldu. Düşünürəm ki, xarakterli, möhkəm kollektivik. Bütün bu itkiləri, yoxluqları oyun zamanı hiss etdirməyəcəklər. Hər zaman çalışmışıq ki, güclü komanda formalaşdıraq. Hansısa futbolçu üzərindən oyunumuz qurulmasın. Bu tip vəziyyətlərə əvvəllər də düşmüşük. “Hayduk”la görüşdə itkiləri hiss etdirməməyə çalışacağıq.

- Anje Mutsinzi və Brahim Konate ilk oyunda çox yaxşı performans göstərmişdi. Onları əvəzləyəcək oyunçulardan da eyni performans gözləyirsiz?

Bu haqda çox düşünmürəm. İtkilər üzərində çox dayanmamışam. Daha çox önümüzə baxmağa çalışıram. “Hayduk”la görüşdə də rahatlıqla digər oyunçularımıza şans veriləcək. Əminəm ki, Mutsinzidən də, Konatedə və digər zədəlilərimizdən də daha yaxşı çıxış edəcəklər. Ona şübhəm yoxdur. Onlar üçün də yaxşı fürsət var ki, ilk dəqiqələrdən meydana çıxıb, özlərini ən yaxşı tərəfdən göstərsinlər. 

- Favorit “Hayduk”dur, yoxsa “Zirə?

Favorit görmürəm. Şansları bərabər dəyərləndirirəm. Müəyyən qədər avrokubok təcrübəmiz var. Bilirik ki, birinci oyunun nəticəsindən asılı olmayaraq, çox şey ikinci görüşdə həll olunur. Vacib olan odur ki, ikinci oyuna şansları, ehtimalları yüksək saxlayasan. Bakıda göstərdiyimiz oyunla cavab görüşündə mərhələ keçmək şansımızın olduğunu göstərdik. “Hayduk” doğma azarkeşləri qarşısında oynayacaq. Yeganə üstün görünən tərəf o ola bilər. O da ki, futbolçularım 30 min azarkeş qarşısında zövq alaraq oynayacaqlar. Hər zaman bu cür azarkeş qarşısında oynamaq qismət olmur. Bu da yaxşı fürsətdir ki, gördüyümüz işdən həzz alaq.

- Ötən mövsüm “Osiyek”lə qarşılaşdınız. “Hayduk”a qarşı oynamaq çətin idi, yoxsa “Osiyek”ə?

Bir az çətin sualdır. Komandalar arasında müqayisə aparmağı heç vaxt sevmirəm. “Osiyek” o dönəmdə çox yaxşı durumda idi. Məlumatım var ki, sonradan çempionatı uğursuz başa vurdular. Amma biz onlarla qarşılaşdığımız dövrdə uğurlu çempionat keçirirdilər. Bizdən öncəki mərhələdə də inamlı qələbə qazanmışdılar. Yüksək psixoloji mental hazırlıqlı idilər. Hər iki görüş çox gərgin və maraqlı keçdi. Bugünkü “Hayduk”la çempionatdakı “Hayduk” arasında fərq var. Adlar olaraq, çempionat boyu çıxış edən komanda daha güclü görünə bilər. Amma rəqib olaraq, bugünkü “Hayduk” daha təhlükəlidir. Çempionatdakı “Hayduk”la indiki arasındakı fərqi nəzərdə tuturam. Burada yeni baş məşqçilərinin də rolu var. “Osiyek”lə müqayisə etsək, eyni səviyyədə dəyərləndirərdim.

Mirbağırağa
 

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:56
embedMənbə:https://sportal.az
archiveBu xəbər 31 İyul 2025 23:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri