Rəşad Sadıqov büdcədən narazılıq edir, amma heyətdə “artıq ət” var
Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rəşad Sadıqov kubokun finalındakı məğlubiyyətdən sonra bir qədər üstüörtülü şəkildə də olsa, büdcənin azlığının uğurlu nəticəyə təsir etdiyini gizlətmədi (“başa düşməliyik ki, titul qazanmaq üçün daha çox şeyə ehtiyac var”).
Bəli, “Zirə”nin büdcəsi “Sabah”, “Qarabağ”, “Neftçi”, hətta “Turan Tovuz” ilə müqayisədə azdı, buna şübhə yoxdu. Amma lazım olmayan futbolçular da var axı.
Namik Ələskərovla Eldar Quliyevin bu komandada nə işi var? Namik sonuncu dəfə 10-cu turda meydana çıxıb, mövsüm ərzində cəmi 275 dəqiqə meydanda olub, Eldar isə 95 dəqiqə.
Belə futbolçuların məhdud büdcəli klubda Faydalı İş Əmsalını hesablamaq olarmı? Olmaz, çünki yoxdu.
Namiklə Eldarın əvəzinə keyfiyyətli futbolçu transfer etmək olardı. Amma hələ də gec deyil. Bunlar gələn mövsüm komandadan mütləq şəkildə göndərilməli olan futbolçulardı.
MÜZƏFFƏR QULUZADƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 16 May 2026 10:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















