Icma.az
close
up
RU
Rəşad Sadıqov: “İstəmədiyim durumdayıq”

Rəşad Sadıqov: “İstəmədiyim durumdayıq”

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

Misli Premyer Liqasının VII turunda "Zirə" "Şamaxı"nı qəbul edib - 1:1.

Apasport.az xəbər verir ki, matçdan sonra meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı keçirilib.

"Olduqca ağır oyun keçdi. Üç həftə idi matça hazırlaşırdıq. Hər zaman futbolçulara deyirdik ki, gərgin və yorucu oyun olacaq. Elə də oldu. Birinci hissə bizim üçün uğurlu keçdi. Yaxşı epizodlardan istifadə edə bilmədik. İkinci hissədə rəqib uzaqdan zərbə vurdu. Ona qol epizodu da demək olmur. Ondan sonra hesabı bərabərləşdirdik. Yaxşı hücumlarımız var idi. Təəssüf ki, ikinci qolu vura bilmədik. Bu periodda ağır çətinliklər içərisində xal qazanmaq asan deyildi. Şükürlər olsun ki, ən azı 1 xal qazandıq".

- Milli fasilə sizə xeyir verdi?

- Təəssüf ki, bəzi oyunçularımız zədələndi. İssa Cibrilla və Quima sıradan çıxdı. İki həftədir ki, Papunaşvilinin temperaturu var idi. Hadisələr üst-üstə gəlir. Danışdıqca daha çox olur. Papunaşvili bir məşq edib, Eren Aydın da. Məndən olsa, meydana buraxmazdım. Leqbonun da zədədən sonra ilk oyunu idi. Meydana buraxacaq oyunçu yox idi. Tendensiya davam edir. Qapımıza bir zərbə gəldi, o da qol oldu.

- Futbolçularınızın zədələnməsini nə ilə əlaqələndirirsiniz?

- Leqbonun çiyni çıxdı. Papunaşvili iki həftədir yatır. Cibrillanı Tovuzda 60-cı dəqiqədə dəyişdim ki, yorulmuşdu. Millidə zədələndi. Ktatunun sümüyü qırıldı. Qəribə hadisələr çox baş verir. Ardıcıl dörd ağır oyun keçirdik. Belə oyunlar oynadıqda problemlər yaşayırsan. Bəlkə də çətin qrafikdə həmin hadisələr üst-üstə gəldi. Edəcək bir şey yoxdur. Çalışacağıq ki, sağlam futbolçularla nəsə yaradaq. Məcbur sistemi dəyişirik, başqa şeylər fikirləşirik. Leqbonu sol müdafiəçi kimi düşünürdük, Bayereni isə hücumda. Amma Leqbonu məcburiyyətdən önə atdıq.

- "Zirə" 6 oyuna 10 xal qazandı. Fasilədən sonra stabil nəticələr qazanacağınızı düşünmək olardı. "Şamaxı" qarşısında 2 xal itirildi. Növbəti turda ağır Gəncə səfəri var...

- Doğrudur. Biz də düşünürük ki, evdəki oyunlardan maksimum nəticə ilə ayrılmaq lazımdır. Amma rəqibləri bölmək olmur. "Şamaxı" da bu oyuna qədər gücünü göstərmişdi. Gəncədə isə bizi dolu tribuna qarşısında nələrin gözlədiyini bilirik. İstəmədiyim durumdayıq. Mövsümün əvvəlində başqa şeylərə hazırlaşmışdıq, amma başqa şeylər görürük. 8-9 zədəli futbolçumuz var.

- Anar Nəzirovun durumu nə yerdədir? Ondan istifadə etmək istəyirsiniz?

- Anar karyerasını bitirmək istəyirdi. O, bu mövsüm üçüncü və köməkçi qapıçı profilindədir.

- İssa Cibrillanın durumu nə yerdədir?

- Zədələr məni o qədər yorub ki... İssa mesaj göndərəndə ki, zədələnmişəm, bilmədim nə fikirləşim. Çox yaxşı futbolçudur, istədiyimiz futbolçulardandır. Görünən odur ki, 2-3 həftə olmayacaq.

- Sabiq qapıçınız Tyaqo Silvanın atdığı addımı necə şərh edərdiniz? "Zirə" kimi iddialı komandada "bir nömrə" idi, müqaviləni artırmaq istəmədi, sonda isə autsayder komanda olan "Şəfa"ya keçdi...

- Silva həm azarkeşlərin, həm də məşqçi heyətinin sevdiyi oyunçulardan idi. Ötən mövsümün bitməsinə 1-2 ay qalmış ona müqavilə təklif etmişdik. Gedənə qədər necə oldusa, imzalaya bilmədik. Bir az da düşünmək istədi. Biz də bildirdik ki, avrokuboklara hazırlaşırıq. 2-3 həftə vaxt istədi. Onu da başa düşürəm. Bəlkə daha yaxşı təklifləri var idi. Amma istəmirdik ki, bizdən ayrılsın. "Şəfa" kimi yaxşı komandaya keçib. Ona uğurlar arzulayıram.

MPL: Bakı derbisində hesab açılmadı - YENİLƏNİB "Zirə"nin rəhbəri Qırğızıstanda görüşlər keçirib Yuri Maksimov: “Oyuna nəzarət edə bilmədik” Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir” "Kəpəz"dən inamlı qələbə - YENİLƏNİB
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://apasport.az
archiveBu xəbər 10 Oktyabr 2026 21:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see421

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see386

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see384

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see349

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see345

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see337

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see263

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see260

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see230

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see220

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see218

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see217

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see216

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see212

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see201

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see201

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see197

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see196

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see185

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri