Icma.az
close
up
RU
Rəşad Sadıqov uzaqgörən insandır Mircavadov

Rəşad Sadıqov uzaqgörən insandır Mircavadov

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Rəşad Sadıqov uzaqgörən insandır" - Mircavadov

Azərbaycanın Əməkdar məşqçisi Ağasəlim Mircavadov "Sabah" və "Zirə"nin avrokuboklarda keçirdiyi ilk oyun haqqında danışıb.

“Sabah” Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Bakıda Uels çempionu TNS-i 2:0 hesabı ilə məğlub edib. “Zirə” isə UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsində Gürcüstanın “Torpedo” klubunu qəbul edib və 3:0 hesabı ilə  qalib gəlib.

Təcrübəli mütəxəssis QOL.az saytına açıqlamasında bildirib ki, hər iki təmsilçimizin uğurlu startı çox önəmlidir.

"İlk turda istədiyin oyun olmaya bilər, amma nəticə vacibdir. Unutmayaq ki, yay toplanışından sonra komandalar hələ o dərəcədə yüklənməyiblər, öz formalarına düşməyiblər. Nəticə ona görə önəmlidir ki, komandada qələbə ruhunu, xarakteri saxlayır” - deyə Mircavadov bildirib.

78 yaşlı mütəxəssis həm “Sabah”ın, həm də “Zirə”nin mərhələni keçəcəyinə inandığını deyib: “Sabah” və “Zirə” çox sakit halda ilk oyununu qələbə ilə başa vurdu. Elə də böyük çətinlik çəkmədilər. “Sabah” hələ o oyunla az qol vurdu. Çünki üstünlüyü böyük idi. “Zirə”nin künc zərbəsindən qol vurmağı da yaxşı haldır. İndi biz görürük ki, dünya çempionatında da komandalar cinahlardan asmalar və künc zərbələrindən necə istifadə edirlər. İkinci mərhələyə hazırlaşmaq lazımdır. Məncə, hər iki komandamız ilk mərhələni keçəcək. Hər halda cavab oyununa da ciddi yanaşmalıyıq. Bilirəm ki, həm “Sabah”, həm də “Zirə” bunu çox yaxşı dərk edir”.

A.Mircavadov “Zirə”nin avrokuboklara gedəcəyini sonradan bilməsi və buna görə komandanın turnirə hazırlaşmaq üçün vaxtının az olmasını xatırladıb. O, qısa zamanda komandanı oyuna yaxşı hazırlayan baş məşqçi Rəşad Sadıqovun işini yüksək qiymətləndirib: 

“Təbii ki, qısa müddətdə oyunçuları hazırlamaq, motivasiya etmək, düzgün plan qurmaq asan deyil. Burada məşqçi amili çox vacibdir. Mən komandada bir neçə dəyişiklik gördüm. Məsələn, kapitan Qismət Alıyev həmişə müdafiənin sağ cinahında oynasa da, dünən solda idi. Çünki universal oyunçudur. Məncə, orta xətdə də o cür oynaya bilər. Topla yaxşı davranır, cəlddir və fiziki hazırlığı yerindədir.

Məlum səbəbdən “Zirə”nin heyətində kasadlıq var. Komanda bir qədər gücləndirilməlidir. Bəlkə də, danışıqlar gedir, transfer olacaq. Hər halda Rəşad Sadıqov uzaqgörən insandır. Yəqin ki, bununla bağlı bir tədbir görəcək”.

78 yaşlı mütəxəssis “Torpedo”nun köklü klub olduğunu, ancaq “Zirə”nin ilk oyunda mərhələnin taleyini böyük ölçüdə həll etdiyini vurğulayıb: “Gəncə Azərbaycan futbolu üçün nədirsə, “Torpedo”nun təmsil olunduğu Kutaisi də Gürcüstan üçün elədir. Həmişə o şəhərdən yaxşı futbolçular çıxıb. Çox böyük futbol ənənəsi olan yerdir. Bildiyimə görə, hazırda yaxşı sponsorları, şəraitləri də var. Azarkeşləri çılğındır. Cavab matçında böyük azarkeş dəstəyi olacaq. Amma "Zirə"nin ilk görüşdə 3:0 hesablı qələbə qazanması cavab oyunundan əvvəl böyük üstünlük qazandırdı. Rəqib hücuma aludə olacaq və boşluqlar yaranacaq. "Zirə" də bundan istifadə etməlidir”. 

A.Mircavadov bu gün “Qarabağ”ın UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində İslandiyanın “Vestri” klubuna qarşı Bakıda keçirəcəyi görüşlə bağlı da danışıb: “Qarabağ”ın heyətində çox böyük dəyişikliklər var. Amma oyun sistemləri eyni qalır. Çox güman ki, o oyun sisteminə uyğun da futbolçular alıblar. Yəni yeni transferlər də həmin oyunu oynayacaq. Mən düşünürəm ki, “Qarabağ” bu gün böyük hesabla qalib gələcək. Bu, komanda üçün də vacibdir. Çünki yeni heyət qurulub. Bu futbolçuların çoxlqollu qələbəyə ehtiyacı var”.

Ramiq Ağaməmmədov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://qol.az
archiveBu xəbər 09 İyul 2026 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni danışıqlara başladılar

29 Sentyabr 2026 06:44see150

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Çənə və diş ağrısı İNFARKTIN GİZLİ ƏLAMƏTİ ola bilər

29 Sentyabr 2026 04:54see148

Çəngəl bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır

29 Sentyabr 2026 04:04see145

İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş

29 Sentyabr 2026 06:08see142

Totti 2006 cı il dünya çempionatının həyatındakı rolundan danışdı

29 Sentyabr 2026 05:19see142

Həbsdəki iş adamı Bakı Apellyasiya Məhkəməsinin sədrinə müraciət edib BU QANUNSUZLUQLAR ARAŞDIRILSIN!

29 Sentyabr 2026 10:26see140

Fərid Qayıbov: Bakı dünyanın idman paytaxtıdır

29 Sentyabr 2026 12:17see139

Demnadan Milanda yeni Gucci kolleksiyası (FOTO)

29 Sentyabr 2026 08:15see139

Jezuş Ronaldunun oyun vaxtı ilə bağlı razılaşmasını pozdu

29 Sentyabr 2026 07:34see137

“Qarabağ”ın futbolçusu İrəvanda Şəkil

29 Sentyabr 2026 08:52see137

“Qızıl top” uğrunda mübarizədə gözlənilməz dəyişiklik

29 Sentyabr 2026 08:23see136

Böyüdüyümüzü ilk dəfə harada anlayırıq? KÖŞƏ

29 Sentyabr 2026 10:57see136

Hacı Şahin Həsənlinin nəvəsi dünyaya gəldi

29 Sentyabr 2026 11:28see136

Azərkosmos 36 ölkəyə xidmət ixrac edib

29 Sentyabr 2026 11:59see135

“Ola bilər ki, kimlərsə məndən narazılıq edir” (MÜSAHİBƏ)

29 Sentyabr 2026 08:10see134

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

29 Sentyabr 2026 11:27see134

Qızıl alanlara ŞAD XƏBƏR VİDEO

29 Sentyabr 2026 09:29see133

​“Tramp yolu”na qarşı “Putin yolu”? Ermənistanda “yeni təklif” müzakirə olunur

29 Sentyabr 2026 12:00see133

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

29 Sentyabr 2026 12:06see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri