Icma.az
close
up
RU
Rəşad Sadıqovdan qələbə şərhi İdmanXəbər

Rəşad Sadıqovdan qələbə şərhi İdmanXəbər

Idmanxeber.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Zirə” Misli Premyer Liqasının 18-ci turunda səfərdə “Səbail”i 1:0 hesabı ilə məğlub edib.

İdmanxeber.az xəbər verir ki, “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Olduqca vacib oyunda önəmli qələbə qazandıq. İlin son oyunu idi. Son oyunlar həmişə xüsusi olur. Futbolçular istər-istəməz istirahətə hazırlaşır. Belə matçlara köklənmək çətindir. Qarşımızda əzmkar “Səbail” var idi. Bilirdik ki, oyun ağır keçəcək. Elə də oldu. Şükürlər olsun ki, sonda lazım olan qolu vurub qələbə qazandıq. Mövsümün ikinci yarısına yaxşı hazırlaşmalıyıq. Çünki Azərbaycan çempionatında ikinci yarı həmişə çətin olub. Sona yaxınlaşdıqca hər xal önəmli olacaq. 

– Futbolçuların performansından razı qaldız?

– Bir neçə kombinasiyalı hücumlarımız oldu. Sadəcə olaraq futbolçular həmin epizodlarda fərqlənə bilmədi. Son turlarda heç kim “Səbail”lə matçda asan qələbə qazanmamışdı. Səfərdə, süni örtükdə oynamaq bizim üçün əlavə problem idi. Birinci hissə diktəmizlə keçdi. İkinci yarıda pauzalar çox oldu. Bizim qola qədər oyunun dinamikası çox aşağı düşmüşdü. Qoldan sonra hər iki komanda canlandı. Meydanda istədiyim futbolu gördüm. Çətin oyun idi. Elə oyunlar olur ki, tam da istədiyin futbolu göstərə bilməzsən, amma qələbə qazanmaq çox önəmlidir. Bu da onlardan biri idi.

“Səbail”lə oyun futbolçuların performansını qiymətləndirmək üçün meyardır?

– Premyer Liqada son pilləni tutan komanda aşağı liqaya düşəndən sonra çempionatda rəqabət artıb. “Kəpəz”ə 4:0 hesabı ilə qalib gəlmişik. Amma deyə bilmərəm ki, həmin matçda bugünkündən yaxşı oynamışdıq. Komandaların hansı pillədə olmasından asılı olmayaraq onların arasında heç bir fərq görmürəm. Çempionat çox gərgin keçir. Düşünürəm ki, bu, futbolumuzun inkişafına yol açacaq.

– Sizcə ilin ən yaxşı futbolçusu kimdir?

– Açığı bu haqda düşünməmişəm. Gərək bir az fikirləşək, millinin, klubların avrokubok oyunlarını gözümüzün qabağında canlandıraq. Yəqin ki, Toral Bayramovla Elvin Cəfərquliyev arasında böyük rəqabət olacaq. Mahir Emreli də namizədlərdən ola bilər. Qismət Alıyev də yaxşı performans göstərir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:240
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 21 Dekabr 2024 21:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see269

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see187

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see184

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see181

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see177

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see176

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see174

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see174

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see172

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see172

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see171

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see171

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see171

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see170

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see169

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see168

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see167

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see166

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see165

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri