Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Gəzinti” adlı musiqili konsert proqramı təqdim olundu FOTO
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında "Gəzinti" adlı musiqili konsert proqramı təqdim olundu. Estrada Simfonik Orkestrinin müşayiəti ilə keçirilən axşam tamaşaçılara Azərbaycan musiqisinin ən sevilən nümunələrini bəxş etdi.
Konsertdə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının solistləri Xalq artisti Gülyanaq Məmmədova ifaçılar Mədinə Kazımova, Fəxri Kazım-Nicat, Rövşən Qəhrəmanov, Aynur İsgəndərli, Gülyanaq Məmmədova, İlhamə Qasımova, Ayşən Mehdiyeva Taleh Yəhyayev və qonaq ifaçılar Muhammed Elmira, Zaur Gəray, Elmira Atapur, İlqar Bəkirov çıxış etdilər.
Axşam boyu tamaşaçılar "Köç mənim qəlbimə", "Dağlar", "Ey Vətən", "Üzüm mahnısı", "Odlar yurdu Azərbaycan" və digər sevilən mahnıları dinlədilər.
Estrada Simfonik Orkestrinin ifasında isə Rauf Hacıyevin "Ordan-burdan" televiziya tamaşasından Giriş nömrəsi, Üzeyir Hacıbəylinin "Arşın mal alan" əsəri əsasında "Fantaziya", həmçinin X. Mirzəzadənin "Gəzinti" və Qara Qarayevin "Bir məhəllədən iki nəfər" əsərləri səsləndi.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 29 Sentyabr 2025 19:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















