Rəsmi: Ermənistan Daxili İşlər Nazirliyinin rəhbəri Vahe Qazaryan istefa verib
Bizimyol.info xəbər verir ki, məlumatı ölkə mətbuatına nazirliyin mətbuat katibi Narek Sarkisyan təsdiqləyib.
Qeyd edilir ki, noyabrın 17-də axşam saatlarında mətbuatda Ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyanın, Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyanın, Daxili İşlər Nazirliyinin rəhbəri və İstintaq Komitəsinin sədri Argişti Kyaramyanın istefası barədə xəbərlər yayılıb.
Bazar ertəsi səhər Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin rəhbəri Sasun Xaçatryan və Ali Məhkəmə Şurasının rəhbəri Karen Andreasyanın vəzifələrindən getdiyi rəsmən elan olunub. Daha sonra baş nazir sosial şəbəkələrdə məlumatı dolayısı ilə təsdiqləyərək istefaların təşəbbüskarı olduğunu bildirib.
Paşinyanın sözlərinə görə, bu qərarı şəxsi motivlər deyil, sistemli problemlər diktə edib, baxmayaraq ki, o, gedən məmurların adlarını açıqlamayıb.
Qadir, Bizimyol.info