Icma.az
close
up
RU
Rəsmi etiraf: Paşinyanın təyyarəsində bu ölkədən Qarabağa silah daşınıb Sensasion faktlar

Rəsmi etiraf: Paşinyanın təyyarəsində bu ölkədən Qarabağa silah daşınıb Sensasion faktlar

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

44 günlük müharibədə Ermənistanın baş naziri Nikol Paşinyanın təyyarəsi ilə silah daşınıb.
Turkustan.az
xəbər verir ki, bu fakt Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Andranik Koçaryanın müsahibəsində ortaya çıxıb.
Koçaryan bildirib ki, hava hücumundan müdafiə sistemləri köhnə olub, yeni sistemlərin idxalına 2018-ci ildən sonra başlanıb.
“TOR-M2MK sistemlərinin idxalına başladıq. Müharibə zamanı bu sistemlər sona qədər xidmət etsə də, onlar da vurulmuşdu. Həmin dövrdə biz qısa müddətdə İjevsk zavodundan (Rusiyada silah istehsal edən zavod-red) ehtiyat hissələrini gətirməyə çalışırdıq. Son dərəcə mürəkkəb logistika problemləri ilə üzləşdik. Buna görə baş nazirin təyyarəsindən bu məqsədlər üçün istifadə etdik”, - o deyib.
Jurnalist sual verib ki, “baş nazirin təyyarəsi silah idxalında istifadə olunurdu?” Koçayan bunu təsdiqləyib: “Bəli, bu məqsədlə”.
Bu, Ermənistanın mülki təyyarələrlə, özü də birbaşa baş nazirin xidməti təyyarəsi ilə silah daşıdığının və beynəlxqlq mülki aviasiya qanunlarını pozduğunun təsdiqidir. Prezident İlham Əliyev 44 günlük müharibədən sonra – 2021-ci ilin 20 aprel tarixində Azərbaycan Teıeviziyasına müsahibəsində bu faktlardan bəhs etmişdi.
Dövlət başçısı bildirmişdi ki, müharibə dövründə qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir: “Rusiya tərəfi ən yüksək səviyyədə və bütün səviyyələrdə, aidiyyəti qurumlar səviyyəsində bu məsələ ilə bağlı Azərbaycan tərəfindən məlumatlandırılmışdır. Hətta biz beynəlxalq aviasiya təşkilatı olan ICAO-ya rəsmi məktublar göndərmişik. O məktublarda deyilmişdir ki, biz dəqiq bilirik, - reyslərin nömrələrini də vermişdik, yazmışdıq, - bu təyyarələrlə, sərnişin təyyarələri ilə Rusiyadan Ermənistana silahlar gətirilir. Silahların növlərini də göstərmişdik. Baxmayaraq ki, müharibə dövründə dəfələrlə belə məktublar göndərilmişdir, ancaq ICAO-dan heç bir cavab gəlməmişdir.

Amma biz dəqiq bilirik ki, bir erməni silah alverçisi David Qalustyan Rusiyada oturub Rusiya hərbi zavodlarından qanunsuz yollarla silahları alıb sərnişin təyyarələri ilə göndərib. O silahların pulunu Rusiyada fəaliyyət göstərən erməni oliqarxları ödəyib – Obramyan, Karapetyan. Bu, cinayətdir. Onlar buna görə cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Bu silahlar müxtəlif qaçaqmalçılıq yolları ilə Ermənistana göndərilmişdir. Biz onu da Rusiya tərəfinə bildirmişdik ki, David Qalustyan Ermənistanın keçmiş müdafiə naziri Tonoyanın biznes şərikidir. Onlar bunu, eyni zamanda, qanunsuz qazanc kimi edirdilər. Təsadüfi deyil ki, acı məğlubiyyətdən sonra Ermənistanın müdafiə naziri, hansı ki, Azərbaycanı yeni müharibə ilə hədələyirdi, vəzifədən çıxarıldı. Onun bir biznes şəriki David Qalustyan həbs olundu. Ermənistanda indi istintaq aparılır. Əgər istintaq ədalətli aparılarsa, dediyim bütün faktlar üzə çıxacaq. Bizdə faktlar var. Lazım olarsa, biz bu faktları açıqlamağa hazırıq. Mənim dediyim sözlər deyil, faktlardır. Qaçaqmalçılıq olub. Sərnişin təyyarələri ilə silah daşınıb. Bu, ümumiyyətlə, qanunazidd əməldir. Rusiyada yaşayan erməni oliqarxlar - həmin bu Karapetyan ilə Abramyan bir yük təyyarəsini almışdılar. Çünki Ermənistanda yük təyyarəsi yox idi. Silahları daşımaq mümkün deyildi. Müharibə dövründə bir yük təyyarəsi almışdılar. O yük təyyarəsi ilə silahları qanunsuz olaraq Ermənistana aparıblar”.
Bütün bu faktlar rəsmi Bakıda mövcuddur, lakin Rusiya tərəfi, eləcə də, Ermənistan və İCEO məsələnin üzərindən sükutla keçiblər. Andranik Koçaryanın müsahibədə dedikləri isə Rusiyadan silah daşıyan mülki təyyarənin Nikol Paşinyana məxsus olduğunu təsdiq edir. Azərbaycan Ermənistanla münasibətləri sülh müstəvisində qursa da, Koçaryanın etirafı 44 günlük müharibədə törədilən cinayətlərin araşdırılması işində müstəsna əhəmiyyət kəsb edir./publika.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 03 Oktyabr 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see170

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri