Icma.az
close
up
RU
​Rəsmi gəliri olmayanlar üçün kredit imkanı Ekspertdən mühüm AÇIQLAMA

​Rəsmi gəliri olmayanlar üçün kredit imkanı Ekspertdən mühüm AÇIQLAMA

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rəsmi iş yeri və sabit maaşı olmayan insanların kredit götürməsi bank sektorunda tez-tez müzakirə olunan mövzulardan sayılır. Banklar və kredit təşkilatları adətən müştərinin aylıq gəlirini, iş təcrübəsini və ödəmə imkanlarını əsas meyar kimi nəzərə alırlar. Bu səbəbdən rəsmi gəliri olmayan şəxslərin kredit alma prosesi daha çətin görünür.

Bəs belə insanlar hansı alternativ üsullarla kredit əldə edə və maliyyə imkanlarından yararlana bilərlər?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən Crypto Consulting MMC-nin direktoru, kriptoinvest.az portalının rəhbəri və UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyev bildirib ki, rəsmi iş yerinin olmaması avtomatik olaraq kredit almaq imkanının olmadığı anlamına gəlmir.

Onun sözlərinə görə, müasir kredit qiymətləndirmə sistemlərində əsas meyar yalnız əməkhaqqı deyil, vətəndaşın ümumi ödəmə qabiliyyəti və maliyyə davranışıdır: “Hazırda bank sektorunda izafi likvidlik müşahidə olunur. Bu isə kredit bazarında rəqabəti artırır və bəzi bankların risk idarəetməsi siyasətində daha çevik yanaşmalar tətbiq etməsinə səbəb olur. Nəticədə kredit qərarı verilərkən artıq təkcə rəsmi əməkhaqqı deyil, müştərinin ümumi maliyyə profili də nəzərə alınır. Hətta bəzi hallarda vətəndaşın hazırda rəsmi gəliri olmasa belə, əvvəlki illərdə formalaşdırdığı müsbət kredit tarixçəsi, vaxtında yerinə yetirdiyi öhdəliklər və bankla uzunmüddətli münasibətləri kredit qərarında həlledici rol oynaya bilir”.

E.Quliyev qeyd edib ki, Azərbaycanda bununla bağlı praktik nümunələr də mövcuddur: “Məsələn, bəzi müştərilərin rəsmi iş yeri olmasa da, bankın debet kartından aktiv istifadə etməsi, mütəmadi alış-veriş etməsi, hər ay cashback (keşbək) qazanması və hesabında sabit pul dövriyyəsinin formalaşması bank üçün mühüm siqnaldır. Bank bu maliyyə davranışını təhlil edərək müştərinin ödəmə intizamını qiymətləndirə bilir. Nəticədə bəzi hallarda həmin müştərilərə heç bir əlavə gəlir arayışı tələb olunmadan, məsələn, 1.000-1.500 azn kredit limiti olan kredit kartları təklif edilir. Bu, bankların artıq yalnız rəsmi əməkhaqqına deyil, müştərinin real maliyyə davranışına əsaslanan qərarlar qəbul etdiyini göstərən real bazar praktikasıdır”.

Ekspert əlavə edib ki, bank hesabı üzrə müntəzəm daxilolmalar, girov, zamin və mövcud kredit tarixçəsi də kredit qərarında mühüm rol oynayır: “Son illərdə banklar alternativ məlumat mənbələrindən daha geniş istifadə etməyə başlayıblar. Bank hesabı üzrə pul dövriyyəsi, kommunal ödənişlərin intizamı və digər maliyyə göstəriciləri müştərinin risk profilinin formalaşdırılmasında əhəmiyyətli yer tutur. Xüsusilə rəqəmsal bankçılığın inkişafı və açıq bankçılıq (open banking) mexanizmlərinin tətbiqi ilə kredit qiymətləndirilməsi daha çevik və daha dəqiq olacaq. Gələcəkdə banklar müştərinin maliyyə vəziyyətini yalnız maaş arayışı ilə deyil, müxtəlif məlumat mənbələri əsasında kompleks şəkildə qiymətləndirəcəklər.

Bununla belə, vətəndaşlara tövsiyəm odur ki, gəlirlərini mümkün qədər bank sistemi üzərindən rəsmiləşdirsinlər, hesablarında aktiv dövriyyə formalaşdırsınlar və kredit öhdəliklərini vaxtında yerinə yetirsinlər. Çünki uzunmüddətli perspektivdə ən güclü “zəmanət” məhz müsbət kredit tarixçəsi və şəffaf maliyyə davranışıdır”.

Oğuz Ayvaz

AzPolitika. info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 09 İyul 2026 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri