Rəsmi Kiyev: Zelenski Putinlə Moskva və Minskdən başqa istənilən paytaxtda görüşə gedəcək
Icma.az bildirir, Apa.az portalına istinadən.
Ukrayna Türkiyədən Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüşə ev sahibliyi etməyi xahiş edib.
“İnterfaks Ukraina” xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib.
Onun sözlərinə görə, Ukrayna Türkiyəyə və digər bəzi paytaxtlara müraciət edərək Zelenski ilə Putin arasında mümkün görüşün təşkilinə ev sahibliyi edilməsini xahiş edib.
Sibiqa belə bir görüş üçün Minsk və Moskvanı istisna edib.
“Biz bu barədə türklərdən və digər bəzi paytaxtlardan soruşduq. Xüsusilə Türkiyəyə müraciət etdik. Amma Moskva və Minskdən başqa bir paytaxt belə bir görüş təşkil edərsə, biz gedəcəyik. Bu, bizim üçün vacibdir", - Sibiqa əlavə edib.
Baxış sayı:81
Bu xəbər 22 Aprel 2026 14:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















