Icma.az
close
up
RU
Rəsmi Moskva çün Rus dili məsləsi: TAKTİKİ BƏHANƏ, YOXSA...

Rəsmi Moskva çün Rus dili məsləsi: TAKTİKİ BƏHANƏ, YOXSA...

Mia.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Elman Cəfərli,

tarix üzrə fəlsəfə doktoru, dosent

YAP Naxçıvan şəhər təşkilatının sədri 

***

Bu gün bir internet-televizyasında gedən maraqlı müsahibədə belə bir fikir səsləndirildi ki, ruslar “rus dili məsələsində sanki özlərini bir bəlaya salıblar, qapanmış bir çərçivənin içərisinə salıblar... ruslar bu məsələdə özlərini bir tilsimə salıblar. Sanki rus dili harada istifadə olunursa, bunların siyasətinin kökünü o təşkil edir. Bunlar başa düşmürlər ki, onun mənası yoxdur. Bunu bəhanə edib Ukraynaya girməklə Rusiya nə qazandı?”.

Ardınca, Rusiyanın rus dilinə bu qədər əhəmiyyət verməsi ağılsızlıq kimi qiymətləndirilir və buna arqument kimi, rus əhalinin rus dilinin qadağan olunduğu Baltikyanı dövlətləri tərk etdiyi göstərilir. Fikir müəllifinin danışığından belə aydın oldu ki, Rusiya rus dili məsələsindəki şovinist mövqeyi onun imperialist siyasətinə zərbə vurur. Əlbəttə, bu baxış maraqlı bir mövqeyi ifadə edir. Lakin bizə görə Rusiyanın rus dili məsələsinin yayılması, ən azından keçmiş SSRİ-də ciddi mövqelərinin olduğu ərazilərdə, postsovet məkanının müstəqil dövlətlərində bu dilin tıəsirinin və nüfuzunun qorunub saxlanılması hansısa əraziyə hərbi müdaxilə bəhanəsi yaradan taktiki addım deyil, əslində və daha çox uzunmüddətli strateji hədəfdir.

Fikrimizi izah etmək üçün, tarixi ekskurs edək və dünyada daha çox yayılmış dillərin “imperialist statusuna” baxaq.

II Dünya müharibəsindən sonra planetin siyasi xəritəsi yeni yaranan dövlətlərin hesabına xeyli dəyişdi. Əvvəlcə Almaniyada Üçüncü Reyxin əvəzinə AFR və ADR, Şərqi Avropada sosialist dövlətləri qrupu – Polşa, Çexoslovakiya, Macarıstan, Rumıniya, Bolqarıstan, Albaniya, Yuqoslaviya, Latın Amerikasında Kuba, Asiyada – İsrail, Birma, Hindistan, Pakistan, Banqladeş, İndoneziya, Sinqapur, Çin Xalq Respublikası, Koreya Respublikası və KXDR, Afrikada isə 50 müstəqil dövlət yarandı. Afrika qitəsi başdan-başa müstəmləkə olduğu üçün xüsusi qeyd edilməlidir ki, 1950-ci illərin əvvəlinədək Afrika qitəsində cəmi 4 müstəqil dövlət – Liberiya, Misir, Efiopiya və CAR vardı. Daha sonra qitənin şimal hissəsində Mərakeş, Liviya, Tunis və Sudan dövlətləri yarandı. Bir ildə 17 müstəqil dövlət yarandığı üçün 1960-cı ili “Afrika ili” adlandırırlar. II Dünya müharibəsinə qədərki, müharibə və hətta müharibədən bir neçə il sonrakı dövrdə 54 müstəqil Afrika dövlətinin 25 Fransa, 15-i Böyük Britaniya (və daha iki dövlətin ərazilərinin bir hissəsi), 3-ü Almaniya, 3-ü İtaliya, 2-si Portuqaliya, 1-i Belçika, 1-i isə İspaniya müstəmləkəsi idi.

Lakin bütün bunlara rəğmən müstəmləkəçilik və imperializm bitmədi, sadəcə şəklini və formasını dəyişdi. Hazırda iqtisadi istismar, təbii sərvətlərin iri dövlətlər tərəfindən talanması dil, təhsil, mədəni təsir vasitəsilə həyata keçirilir.

İngilislər bu şəkil dəyişmə prosesinə bir qədər tez – 1931-ci ildə başlayıb Britaniya (və ya İngilis) Millətlər Cəmiyyətini qurmuşdular (ingiliscə: Commonwealth of Nations). Hazırda bu beynəlxalq icmanın üzvü olan müstəqil dövlətlərin, Afrika, Asiya, Amerika, Avropa və Sakit Okean regionunda yerləşməklə, sayı 56-dır ki, onlardan 16-cı hələ də rəsmi şəkildə Britaniya Taxt-tacının mülkü hesab edilir və Kral sarayından göndərilən general-qubernatorların nəzarəti altında idarə olunurlar (Avstraliya, Kanada, Yeni Zelandiya və s. dövlətlər də daxil). Dünyadakı əhalisi 1,5 milyon və daha az olan 42 kiçik dövlət və ərazidən 33-ü bu Cəmiyyətin üzvüdür. Cəmiyyətin əhatə etdiyi ölkələrdə dünya əhalisinin 1/3-i, yəni 2,7 milyard insan yaşayır ki, bu əhalinin də 60 faizindən (2 milyarddan çox insan) çoxu 29 yaşından aşağı şəxslər, yəni uşaqlar və gənclərdir. Başqa sözlə, ingilis dilinin və dil vasitəsilə ingilis mədəniyyətinin ixrac olunmasına, aşılanmasına həssas insanlar qrupudur.

Müstəmləkəçiliyin digər belə bir simasını dəyişmiş təşkilatı – Fransanın 1970-ci ildə qurduğu Beynəlxalq Frankofoniya Təşkilatıdır (fransızca: Organisation internationale de la Francophonie; abbreviatura: OIF). Bu, fransız dilinin əsas dil olduğu, əhalisinin əhəmiyyətli bir hissəsinin frankofon olduğu və ya fransız mədəniyyəti ilə müəyyən əlaqənin olduğu ölkələri və regionları təmsil edən beynəlxalq təşkilatdır. Təşkilatın hazırda 93 üzv dövləti və hökuməti var. Onlardan 56-sı həqiqi, 5-i assosiativ, 32-si isə müşahidəçi üzvdür. 1970-ci ildə qurulan təşkilat "égalité, complémentarité, sodarité" (bərabərlik, tamamlayıcılıq və həmrəylik) şüarından istifadə edir. Yeni qurulanda yalnız fransızdilli ölkələrdən ibarət kiçik bir təşkilat olsa da, Frankofoniya zaman keçdikcə üzv dövlətləri mədəniyyət, elm, iqtisadiyyat, ədalət və sülh sahələrində əməkdaşlıq edən beynəlxalq təşkilata çevrildi. Təşkilatın saytında onun əsas qurumu kimi Frankofoniya Parlament Assambleyası göstərilsə də, əməkdaşlıq layihələrini həyata keçirən Frankofoniya Universitetləri Assosiasiyası, TV5MONDE (telekanal), Frankofon Şəhərlərin Bələdiyyə Başçılarının Assosiasiyası və İsgəndəriyyədəki Senqor Universiteti.

Frankofoniyanın missiyasının əsas istiqamətləri isə aşağıdakılardır:

– fransız dilini, mədəni və dil müxtəlifliyini təşviq etmək;

– sülh, demokratiya və insan haqlarını təşviq etmək;

– təhsil, təlim, ali təhsil və tədqiqatları dəstəkləmək;

– davamlı inkişafı gücləndirmək üçün iqtisadi əməkdaşlığı inkişaf etdirmək.

Hazırda beş qitədə 321 milyondan çox frankofon vardır ki, bu da fransız dilini dünyanın ən çox danışılan 5-ci dilinə, o cümlədən internet məkanında 4-cü populyar dilə çevirib. Hazırda dünyada 144 milyon insan fransız dilini öyrənmək üçün təhsil alır.

Nəhayət, Böyük coğrafi kəşflər dövründə İspaniya ilə yanaşı, kiçik dövlət olmasına baxmayaraq, böyük müstəmləkələrə sahib olan Portuqaliya haqqında bir neçə kəlmə qeyd edək. Portuqaliyanın müstəmləkəsizləşdirilməsindən təxminən 20 il sonra – 1996-cı ildə Lissabonda 7 dövlət (Portuqaliya, Braziliya, Anqola, Kabo-Verde, Qvineya-Bisau, Mozambik, San-Tome və Prinsiplər) tərəfindən Portuqal Dilli Ölkələrin İcması (portuqalca: Comunidade dos Países de Língua Portuguesa; abbreviatura: CPLP), beynəlxalq təşkilat kimi yaradıldı. Lusofon Birliyi (Comunidade Lusófona) kimi də tanınan təşkilat portuqal dilinin rəsmi dil olduğu Afrika, Amerika, Asiya, Avropa və Okeaniyada yerləşən dövlətlərin beynəlxalq təşkilatı və siyasi birliyidir. CPLP hökumətlərin, iqtisadiyyatların, qeyri-hökumət təşkilatlarının və lusofoniya (portuqaldilli) xalqlarının qarşılıqlı əməkdaşlığı üçün imtiyazlı çoxtərəfli forum kimi fəaliyyət göstərir. CPLP-yə ümumilikdə 43 üzv daxildir ki, onlardan 9-u rəsmi üzv-dövlət, 34-ü assosiativ müşahidəçidir ki, onlardan da 30-u dövlət, 4-ü təşkilatdır. Hazırda rəsmi şəkildə müraciət edərək, Qalisiya (İspaniyanın muxtar regionu), Makao (Çinin xüsusi inzibati regionu) və Uruqvay CPLP-yə tam üzvlük, daha 17 ölkə isə assosiasiativ müşahidəçi olmaq istəyirlər.

2009-cu ildə CPLP hər il mayın 5-ni portuqal dili və mədəniyyəti günü kimi bəyan etdi. 10 il sonra, 2019-cu ildə YUNESKO-nun Baş konfransı portuqal dilinin əsas beynəlxalq ünsiyyət, eləcə də elm, mədəniyyət, iqtisadiyyat və diplomatiya dili olduğunu əsas göstərməklə, 5 mayı “Beynəlxalq portuqal dili günü” elan etdi. Hazırda dünya əhalisinin 3,7 faizi (300 milyon nəfərə yaxın) bu dildə danışır. CPLP üzvü olan 9 ölkənin hamısında portuqal dili rəsmi dildir, Braziliya isə 210 milyondan çox əhalisi ilə bu dilin ən populyar olduğu ölkədir. 21-ci əsrin sonunda portuqal dilində danışan dünya əhalisinin sayının yarım milyard nəfəri ötəcəyi ehtimal edilir. Yeri gəlmişkən, portuqal dili internetdə ən geniş istifadə olunan 5-ci, facebook-da isə 4-cü dildir.

Beləliklə, iqtisadiyyatdan başqa, dilin, mədəniyyətin, elmin, təhsilin hazırda dünyada əsas müstəmləkəçilik aləti olduğu aydındır. Başqa sözlə, indi keçmiş müstəmləkəçilər öz istismar siyasətlərinə hərbi müdaxilədən daha uzun müddət tələb etsə də, məhz bu alətlər vasitəsilə həyata keçirirlər.

Bütün bunlardan sonra, zənnimcə, Rusiyanın niyə “rus dili məsələsi”nə bu qədər ciddi yanaşdığını xüsusi sübut etməyə ehtiyac qalmır. Xüsusən nəzərə alsaq ki, Rusiyanın nə iqtisadi (qismən getdikcə əhəmiyyəti azalan enerji (neft-qaz) rıçaqları istisna olmaqla), nə mədəni, nə elmi, nə də təhsil vasitəsilə hansısa dövlətə ciddi təsir edə biləcəyi real görünmür. Rusiyanın əlində yalnız rus dili qalır. Rus dilinin təsiri isə, yalnız 70 il SSRİ tərkibində zor hesabına saxladığı postsovet məkanının hazırkı müstəqil milli dövlətlərində mümkündür. Hətta bu dövlətlərin belə hamısında yox.

Yeri gəlmişkən, Rusiya rus dilinə elə bu milli respublikaları keçmiş SSRİ kimi öz təsir orbitində saxlamaq üçün vasitə kimi baxır. Ələlxüsus, hərbi cəhətdən nəhəngliyi illuziyası da son 3 ildə Ukraynada ciddi zərbə aldıqdan sonra, rus dili “şimal ayısı”nın son “saman çöpü”dür.

Rusiya rus dilinə mədəni təsir vasitəsi kimi baxır, amma ingilislərdən, fransızlardan, portuqallardan fərqli olaraq, öz dilinə mədəni təsir donunu geyindirə, onu mədəni şəkildə sırıya bilmir, burada belə, öz ənənəvi vəhşi xislətinə əl ataraq, öz məqsədinə zorakılıqla çatmaq yolunu tutur...

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:267
embedMənbə:https://mia.az
archiveBu xəbər 08 Avqust 2025 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see356

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see310

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see272

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see257

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see255

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see244

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see237

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see234

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see231

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see219

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see219

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see217

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see211

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see210

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see205

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see205

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see205

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri