Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

PKK nın ləğvi: Gerçək son, yoxsa taktiki manevr?

PKK nın ləğvi: Gerçək son, yoxsa taktiki manevr?

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Terror təşkilatı PKK-nın silahı buraxması və ləğvi qərarı ilə Türkiyə tarixinin yeni bir mərhələsinə qədəm qoyur.

"Terrorsuz Türkiyə" dövrünün ikinci mərhələsinə keçid baş verir. Bu mərhələdə təşkilatın silahlarının təhvili, rəhbərlik strukturunun dağılması, YPG məsələsinin həlli və regionda yeni silahlı strukturların qarşısının alınması gündəmdədir. Silahların təhvili üçün Süleymaniyə və Ərbildə yaradılacaq komissiyalarda MİT, İraq Mərkəzi Hökuməti və Şimali İraq Kürd Muxtariyyəti ortaq fəaliyyət göstərəcək. Prosesin üçüncü ölkələrin zəmanəti olmadan yürüdülməsi ona Ankaranın regional güc olaraq təkbaşına nəzarət istədiyini göstərir. Eyni zamanda, bu, xarici müdaxilənin və ya beynəlxalq platformalarda PKK-nın siyasi mövqeyini gücləndirmə ehtimalının qarşısını almağa yönəlik bir addımdır.

Lakin bütün bu planlaşdırmaya baxmayaraq, prosesin necə nəticələnəcəyi, ən əsası isə PKK-nın doğrudan da silah buraxıb-buraxmayacağı suallar doğurur. PKK-nın bu qərarı qəbul etməsinin arxasında hansı səbəblər dayanır? Türkiyədə terrorun artıq sonlanmaq üzrə olduğu bir mərhələdə, PKK niyə belə bir addım atmaq ehtiyacı hiss etdi? Regionda və dünyada yeni təhlükəsizlik balansları formalaşarkən bu qərar bir "gerçək son" əlamətidirmi, yoxsa sadəcə taktiki bir geriçəkilmədirmi? 

Mübahisəli suallardan biri də PKK daxilindəki parçalanmadır. Məlumatlara görə, yeni mərhələyə razı olmayan bəzi PKK üzvləri özbaşına hərəkət edərək fərqli silahlı qurumlar yaratmağa çalışırlar. Bu vəziyyət "yeni PKK"nın meydana gəlməsi ehtimalını doğurur. Türkiyə bu ehtimala qarşı həm İraqda, həm də Suriyada uzunmüddətli müşahidə və nəzarət strategiyası qurub. 

Hara qaçacaqlar?

Digər mühüm məsələ isə PKK rəhbərliyinin taleyidir. Təşkilatın 250 nəfərlik rəhbər kadrının nə İraqda, nə də Suriyada qalmasına icazə veriləcək. Onların “üçüncü ölkələrə yayılması” ehtimalı isə yeni beynəlxalq təhlükəsizlik təhdidləri yarada bilər. Xüsusilə Avropa və bəzi Latın Amerikası ölkələrində bu şəxslərin siyasi sığınacaq axtarması və ya yerli radikal qruplarla əlaqə qurması, yeni böhranların başlanğıcı olar. 

Bu mərhələdə diqqətçəkən bir başqa məsələ də YPG-nin tərksilah etməsi ilə bağlı Suriya rəhbərliyi ilə danışıqlardır. Türkiyə və Suriya, YPG-nin suriyalı olmayan üzvlərinin ölkədən çıxarılması, yerli üzvlərin isə dövlət strukturlarına inteqrasiyasını müzakirə edir. Prosesin arxasında Türkiyənin son illərdə bölgədə siyasi və hərbi baxımdan əldə etdiyi güc, daxildə terrorun bitmə mərhələsinə gəlməsi və beynəlxalq platformalarda PKK-nın legitimlik qazandırılmasına yönəlik səylərə qarşı əks strategiya dayanır. PKK-nın "kürd xalqının təmsilçisi" kimi təqdim edilməsi ssenarisi heç vaxt tam dəstək almayıb. Çünki bölgədəki əksər kürdlər bu təşkilatın onların adından danışmaq səlahiyyətini qəbul etmir və illərdir PKK-nın sabitliyi pozduğunu, bölgəyə edilən dövlət yatırımlarını sabotaj etdiyini bildirirlər. 

Türkiyə -“idarəedici ölkə”

Türkiyəli politoloq Engin Özer "Cümhuriyət"-ə açıqlamasında bildirib ki, PKK-nın silah buraxması əslində bir qədər beynəlxalq vəziyyətə bağlıdır. Onun sözlərinə görə, qarşıdakı bir neçə il ərzində Suriya federativ  quruluşa keçəcək:

“Bununla yanaşı, İranda da bir hərbi əməliyyatın baş verməsi ehtimalı gündəmdədir. Buradakı kürd qurumlarının birgə hərəkət etmələrinin qarşısını almaq üçün Ankara Türkiyə kürdlərini hökumətlə barışmağa məcbur edir. Bu proses çərçivəsində bəzi hüquqların verilməsi də gözlənilir yəni ümumi əfv məsələsi ilə yanaşı, ana dildə təhsil, yerli idarəetmələrə müəyyən muxtariyyət səlahiyyətləri verilə bilər.

Bu, tam federasiya olmasa da, müəyyən güzəştlər ediləcək. Beləliklə, Türkiyə hökuməti kürdlərin ölkəyə tam inteqrasiyasını tamamlamağa çalışır. Burada, eyni zamanda, ABŞ-nin Türkiyəyə təzyiqi də hiss olunur. Yəni, Suriyada formalaşacaq yeni kürd quruluşu ilə Türkiyənin yaxşı münasibətlər qurması istənilir. Beləliklə, Türkiyə bu yeni yaranacaq qurumlarla bağlı bir növ “idarəedici ölkə” statusuna keçməyə çalışır".

Engin Özer qeyd edib ki, PKK rəhbərliyinin İsveç və Norveç kimi ölkələrdə qalması ehtimal olunur:

"Onların eyni ölkədə yerləşməmələrinin əsas səbəbi isə oradakı diasporla yenidən əlaqələr qurmalarının qarşısını almaqdır. Həmçinin PKK-nın narkotik ticarəti ilə bağlı fəaliyyəti də bu kontekstdə nəzərə alınmalıdır. Hökumət bu kimi məsələlərin yenidən ortaya çıxmaması üçün belə qabaqlayıcı tədbir görmüş ola bilər. Bu prosesə üçüncü ölkələrin daxil edilməməsi tamamilə məntiqlidir. Bu, Türkiyənin daxili məsələsidir, prosesin gizli  yürüdülməsi zəruri idi. Artıq proses müəyyən bir mərhələyə gəlib. Türkiyənin bölgədə güc mərkəzi olması faktı var.

Bəli, nə qədər tənqid olunsa da, Türkiyə regionda əhəmiyyətli bir aktordur. Türkiyə Suriyada, ehtimal ki, İranda və artıq formalaşmış Şimali İraqdakı kürd qurumları ilə münasibətlərini yenidən nəzərdən keçirməli olacaq. Bu münasibətlər diplomatik olmasa belə, ticari və bəzən siyasi çərçivədə formalaşacaq. Türkiyə bu əlaqələrə dair yeni bir format müəyyənləşdirir və yeni proseslərlə bağlı bölgədəki nüfuzunu bu yolla daha da möhkəmləndirməyə çalışır. 

Səbinə Uğur 
"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 May 2025 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see757

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see567

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see515

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see378

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see300

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see260

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see254

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see251

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see250

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see237

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see233

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see229

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see212

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see203

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see198

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see197

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see189

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see187

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see180

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri