Rəsmi Moskva Putinin İranı ABŞ la nüvə sazişini qəbul etməyə çağırdığı iddia edilən məlumatı çirkli kampaniya adlandırıb
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Rusiya Xarici İşlər Nazirliyi Vladimir Putinin İranı ABŞ-la nüvə sazişini qəbul etməyə çağırdığı iddia edilən “Axios” nəşrinin məlumatını “çirkli siyasiləşdirilmiş kampaniya” adlandırıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya XİN Qərb mediasını “feyk” məlumatlar yaymaqda ittiham edib.
"Qərb mediası öz əsl mahiyyətini açıq şəkildə nümayiş etdirməkdə davam edir - siyasi elitaların, kəşfiyyat qurumlarının və qondarma dərin dövlətin əlində olan, heç bir üsuldan, o cümlədən birbaşa təxribatlardan və “feyk”lər yaratmaqdan çəkinməyən alətdir", - Rusiya XİN-nin bəyanatında bildirilib.
Qeyd olunub ki, bu məsələdə, o cümlədən İsrail və Amerikanın İran ərazisinə endirdiyi zərbələr kontekstində Rusiya Federasiyasının mövqeyi hamıya məlumdur: “Biz İranın nüvə proqramı ətrafında yaranmış böhranın istisnasız olaraq siyasi və diplomatik vasitələrlə həllinin zəruriliyini ardıcıl və dəfələrlə vurğulamışıq və qarşılıqlı məqbul həll yollarının tapılmasına kömək etməyə hazır olduğumuzu bildirmişik”, - Rusiya Xarici İşlər Nazirliyi vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 13 İyul 2025 13:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















