Restoran rəhbərlərinə çağırış: “Zövqlü olun”
Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.
Əbdül Xalid şou-biznesdə ucuz qiymətə çıxış edən ifaçıların restoranlarda peşəkar sənətçilərlə rəqabət yaratdığını bildirib.
“Yeni Sabah” xəbər verir ki, o bəzi restoran rəhbərlərinin ifaçıları qiymətinə görə seçdiyini deyib.
O, məkan sahiblərini musiqi zövqünə və sənətə dəyər verməyə çağırıb: Onlayn mağaza
“Studiyalarda peşəkar insanlar çalışır. Kim istəyirsə, 30 manata mahnı hazırlayır. Allah xeyir versin. Ona görə də bu gün səhnəmizdə, şou-biznesdə restoran müdirlərinin də problemləri çoxdur. Başa düşürsünüz? Məsələn, baxır ki, Əbdül Xalid 10 manata gəlir, başqa bir müğənni isə 2 manata gəlir. O da Əbdül Xalidin mahnılarını oxuyur. Onun üçün fərqi yoxdur, Röya xanımın da, Aygün xanımın da, hamının mahnısını oxuyur. Başa düşürsünüz?
Müdir də baxır ki, camaat buna da oynayır, 2 manat verirəm. Deyir ki, 10 manat verməkdənsə, elə bunu çağırım. Amma həqiqətən də məkan sahiblərinin, administratorların zövqlü olması, özünə və məkanına dəyər verməsi çox önəmlidir. Vəfalı, səliqəli insanlar olsunlar. Bu, çox vacibdir”.
Baxış sayı:34
Bu xəbər 25 Noyabr 2026 15:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















