Restoranın servis haqqı müştərinin etirazına səbəb oldu
Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.
"Müştəriyəm şikayətim var" sosial şəbəkə qrupunda paylaşılan kassa çeki paytaxtın tanınmış istirahət məkanlarından olan "Beer Hall" restoranında müştəriyə təqdim edilən gözlənilməz qiymətlərə görə böyük müzakirələrə səbəb olub.
“Yeni Sabah” xəbər verir ki, təqdim olunan qəbzə əsasən, müştərilərin ümumi stolda istehlak etdiyi qida və içkilərin məbləği 1051 manat təşkil edib. Lakin hesabdakı xüsusi maddələr — canlı musiqi üçün 50 manat, içki servisi üçün 30 manat və 10 faizlik servis haqqı kimi 105 manat əlavə ödənişin tələb olunması müştərilərin kəskin narazılığına yol açıb.
Yekunda ümumi hesab 1156 manat kimi hesablanıb. Məsələ sosial mediada geniş rezonans doğurub, istifadəçilər bu cür əlavə xidmət haqlarının qanunauyğunluğunu və obyektin qiymət siyasətini kəskin tənqid ediblər. Marqarita pizza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 05 Oktyabr 2026 11:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















