Icma.az
close
up
RU
Restoranlarda qeyri adi tələblər: “3 4 nəfərlə gəl”, “Əlavə pul ödə”…

Restoranlarda qeyri adi tələblər: “3 4 nəfərlə gəl”, “Əlavə pul ödə”…

Icma.az, Azxeber.com saytına istinadən bildirir.

Sosial şəbəkələrdə "Boranı” restoranlar şəbəkəsinin Neftçilər metrosu yaxınlığında yerləşən filialında müştərinin təkbaşına restorana buraxılmaması ilə bağlı narazılıq yaranıb.

Şikayətçinin sözlərinə görə, restorana tək daxil olmaq istəyən müştəriyə buna icazə verilməyib. Ona yalnız 3-4 nəfərlik qrupla gəldiyi halda restoranda əyləşə biləcəyi bildirilib. 

Bu hal restoranların müştərilərə qarşı irəli sürdüyü tələblərin qanuniliyini və istehlakçı hüquqlarının qorunması məsələsini yenidən gündəmə gətirib.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, restoranın müştəridən 3-4 nəfərlik qrupla gəlməyi tələb etməsi istehlakçı hüquqlarının pozulmasıdır:

"Ölkədə istehlakçı siyasətinin bərbad vəziyyətdə olması, istehlakçıların hüquqlarını qoruyan dövlət orqanının ya səlahiyyətlərinin məhdudlaşdırılması istehlakçı hüquqlarının pozulmasına səbəb olub. Hətta xarici ölkələrdən də Azərbaycanda istehlakçı hüquqlarının pozulması ilə bağlı mənə müraciətlər olunur. Restoranlar isə bu sahədə öndə gedən biznes qurumlarından biridir. Dövlət biznes qurumları üçün qeyri-adi toxunulmazlıq şəraiti yaradıb. Nəticədə istehlakçıların hüquqlarının necə pozulmasına faktiki olaraq göz yumulur. Restoran və ya mağaza sahiblərinin istehlakçı hüquqlarını pozması ilə bağlı dövlət orqanları qarşısında məsələ qaldıranda bizə bildirirlər ki, həmin obyektlər öz əraziləridir və necə davranacaqlarına özləri qərar verirlər".

Eyyub Hüseynovun sözlərinə görə, restoranlarda müştərilərə qarşı müxtəlif əsassız tələblər irəli sürülür:

"Restoranlarda bundan da qəribə hallar yaşanır. Məsələn, müştəriyə "Üzün xoşuma gəlmədi, səni içəri buraxmıram”, "Üzün dənizə tərəf oturmusan, 20 manat artıq ödəməlisən”, "Sənə bir çay verilir, yanında əlavə nələrsə də təqdim olunur. Əlavələri götürmürsənsə, xoş getdin, çıxıb gedə bilərsən”, "Qızla və ya qadınla gəlməlisən” kimi tələblər irəli sürülür. Hətta zalda qəlyan çəkən qadını müştərinin yanında oturtduqda onun yemək pulunu da həmin müştərinin ödəməli olduğu bildirilir. Bu kimi çoxsaylı qəribə hallar mövcuddur. Bununla yanaşı, yaxın vaxtlarda Puşkin küçəsində yerləşən restoranlardan birində də belə hadisə baş verib. Bir xanım həmin restorana gedərək yemək yemək və tək oturmaq istədiyini bildirib. Kabinetlər boş olduğu halda ona orada əyləşmək üçün 50 manat ödəməli olduğu deyilib".

 

Birlik sədri qeyd edib ki, restoranlarda müğənni və servis xidmətləri adı altında da müştərilərdən əlavə ödənişlər tələb olunur:

"Yaxud restoran sahibləri müğənnilərlə əlbir olaraq əldə olunan gəliri bölüşür, müştərilərdən isə müğənninin ifasını dinlədikləri üçün əlavə pul tələb edirlər. Həmçinin servis haqqı və digər əlavə ödənişlər məsələsi də mövcuddur. Bunlar çox qəribə hallardır və Azərbaycanda turizmin inkişafına ciddi zərbə vurur. Ona görə də bu məsələlərə nəzarət edən dövlət orqanları vətəndaşlardan yazılı müraciətlər daxil olduqda, istehlakçı şikayətləri əsasında mütləq ciddi yoxlamalar aparmalıdırlar. Təəssüf ki, onlar bunu da etmirlər".

Eyyub Hüseynov vurğulayıb ki, istehlakçı hüquqlarının qorunması sahəsində qanunvericilik və dövlət nəzarəti gücləndirilməlidir:

"Otuz il ərzində ilk dəfədir ki, ötən ayın ortalarında millət vəkili Əli Məsimli istehlakçı hüquqları məsələsini gündəmə gətirib və bu sahədə qanunvericiliyin yenilənməsinin vacibliyindən danışıb. Burada iyirmidən çox hüquqşünas, çox sayda iqtisadçı var. Hamı xorla biznesin inkişafından danışır. Halbuki istehlakçı hüquqlarını qoruyan struktur gücləndirilməlidir. Çünki hazırkı vəziyyətdə istehlakçılar faktiki olaraq aldadılır və onların hüquqları pozulur. Bu, anormal haldır. Azad İstehlakçılar Birliyi bu vəziyyətə etiraz edir və hesab edir ki, hökumət üzünü istehlakçılara doğru çevirməlidir. Restorana dörd nəfərlik qrupla gəlmək tələbi, əlbəttə ki, istehlakçı hüquqlarının pozulmasıdır. Qanunvericilikdə belə bir tələb nəzərdə tutulmayıb".

Fəridə Əsədzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:36
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 16 Noyabr 2026 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see331

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see322

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see312

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see305

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see304

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see276

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see274

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see267

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see267

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see264

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see252

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see249

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see247

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see246

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see215

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see214

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see206

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see190

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see190

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri