Restoranlarda uşaqların gözü qarşısında qəlyan verilir Deputatdan sərt REAKSİYA
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bəzi obyektlərdə azyaşlıların iştirakına baxmayaraq, qəlyan istifadəsinə məhdudiyyət qoyulmur. Bu isə qanun pozuntusu olmaqla yanaşı, həm də uşaqların sağlamlığına və psixologiyasına mənfi təsir göstərir.
Mövzu ilə bağlı millət vəkili Elşad Musayev bildirib ki, ölkəmizdə qapalı məkanlarda siqaret və qəlyan çəkilməsinə qadağa qoyulsa da, bu qaydaya nəzarət yetərincə aparılmır:
"Bu, çox ciddi problemdir. Azərbaycanda qapalı məkanların böyük əksəriyyətində siqaret və qəlyan çəkilir. Təəssüf ki, qəbul olunmuş qərarlar icra edilmir. Nəzarət orqanlarının da fəaliyyətində boşluqlar var. Belə məkanlar ciddi şəkildə cəzalandırılmalı, hətta bağlanmalıdır. Cərimələr tətbiq olunduqdan sonra qaydalar daha yaxşı işləyəcək".
Xatırladaq ki, açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla, restoran, kafe, bar kimi ictimai iaşə obyektlərində siqaret çəkmək qadağandır. İnzibati Xətalar Məcəlləsinin 212.1-ci maddəsinə əsasən, belə hallara görə vətəndaşlar 30 manat, vəzifəli şəxslər 400 manat, hüquqi şəxslər isə 1 000 manat məbləğində cərimələnirlər.
Ətraflı Baku TV-nin süjetində:
"Restoranlarda uşaqların gözü qarşısında qəlyan verilir" - Deputatdan sərt REAKSİYA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 03 Oktyabr 2025 01:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















