Icma.az
close
up
RU
Rəsulzadənin məktubu Peterburqda bomba kimi partlamışdı Araşdırma

Rəsulzadənin məktubu Peterburqda bomba kimi partlamışdı Araşdırma

Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kulis.az Dilqəm Əhmədin “Bakıdan Toğan ailəsinə göndərilən məktub” məqaləsini təqdim edir.

Tanınmış türk tarixçisi Əhməd Zəki Vəlidi Toğanın Azərbaycan tarixşünaslığında önəmli yeri vardır. İstər Azərbaycan mövzusunda yazdığı məqalələri, istərsə də azərbaycanlı mühacirlərlə olan əlaqələri onun fəaliyyətini bizim üçün olduqca əhəmiyyətli etməkdədir. Məhəmməd Əmin Rəsulzadənin Türkiyədə çap etdiyi ilk jurnal olan "Yeni Kafkasya" dərgisində Zəki Vəlidinin üçhissəli - "Kommunistlərin Şərq politikası" adlı məqaləsi dərc olunub. 17-31 dekabr 1926-cı ildə isə İstanbulda Azəri Türk Gənclər Birliyində Toğan "Azərbaycan etnoqrafiyasına aid" adlı geniş məruzə ilə çıxış edib. Bu məruzə də "Yeni Kafkasya" jurnalında 4 hissə şəklində dərc olunub. Bu mətn daha sonra Əhməd Cəfəroğlunun rəhbərliyində çıxan "Azərbaycan yurd bilgisi" jurnalında da işıq üzü görüb. Bu jurnalda Toğanın 1932-ci ildə "Azərbaycanın tarixi coğrafiyası" adlı 4 hissəli məqaləsi də verilib.

Zəki Vəlidi M.Rəsulzadə ilə yanaşı Əlimərdan bəy Topçubaşı, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Əhməd Cəfəroğlu kimi şəxslərlə daimi əlaqələr saxlayıb. Professor Vilayət Quliyev "Zəki Vəlidi Toğanın "Xatirələr"ində Azərbaycan" və "Zəki Vəlidi Toğan, Əlimərdan bəy Topçubaşı və Məhəmməd Əmin Rəsulzadə "üçbucağı"" adlı məqalələrində bu barədə geniş bəhs edib.

Toğanın Rəsulzadənin vəfatı münasibətilə etdiyi çıxışındakı fikirləri də onun azərbaycanlı xadimlərə olan ehtiramını göstərməkdədir. Ankarada çıxan "Azərbaycan" jurnalının 36-cı sayında (1955-ci il) yer alan həmin çıxışında Toğan Rusiya Müsəlmanlarının Qurultayı dövrünü yada salıb:

"Biz Rusiya əsiri türklər 1917-ci il inqilabına qüvvətli və yetişkin bir zümrə olaraq girdik. Bunu təmsil edən Əmin bəy oldu. Rusiyada inqilab başladıqdan sonra Azərbaycan Türk Ədəmi Mərkəziyyət Müsavat Partiyasının proqramı bizə gəldi. Əmin bəyin bir məktubu da var idi. Əmin bəyin göndərdiyi proqram və məktub Peterburqda bir bomba kimi partlamışdı.

Daşkəndə gedirdim. Əmin bəyə bir məktub yazaraq Daşkənddə toplanacaq Müsəlman Qurultayına proqramı müdafiə etmək üçün bir neçə dost göndərilməsini rica etdim. Üç adam göndərdi. Bir məktub da yazmışdı. Çox uzaqgörən olduğunu o zaman anlamışdım. Bu məktubda rus olmayan istiqlalçı millətlərlə bərabər yürümək lazım olduğunu işarə edən Əmin bəy: "Bizim türklük davamızla birlikdə bir də Qafqaz məsələsi vardır. Onsuz edə bilmərik. Məsələ Rusiyanı parçalamaqdan ibarətdir. Ondan sonra biz bir-birimizi taparıq!" deyirdi.

Bu məktub 1917-ci ilin mart ayında yazılmışdı. 15-20 gün sonra Daşkənddən Moskvaya gəldik. Orada toplanan Ümumrusiya Müsəlmanları Qurultayına azərbaycanlı Əlimərdan bəy Topçubaşı başçılıq edirdi. Əmin bəy danışırdı. Bütün qurultaya azərbaycanlıların hakim olduğu görünür və Azərbaycan liderlik edirdi. Əmin bəyin sıx-sıx alqışlanan həyəcanlı çıxışları 700 nəfərlik qurultay nümayəndəsindən 600-nü onun proqramı ətrafında birləşdirdi. Əgər 700 nəfər içərisində Əmin bəy və dostları olmasaydılar, qurultay istiqlal və muxtariyyat tezisinə rəy verməzdi. Əmin bəyin çıxışları və müdafiələrini də özündə ehtiva edən qurultayın müzakirələri Musa Cərullah tərəfindən nəşr olunmuşdur. Ayrıca Əmin bəyin nitqi bir qırğız şairi tərəfindən nəzmə çəkilmişdir".

Zəki Vəlidini Azərbaycana bağlayan bağlardan biri də 15 iyul 1927-ci ildə İstanbulda qurulan "Türküstan və Azərbaycanı Öyrənmə Dərnəyi" adlı elmi cəmiyyətdir. Bu cəmiyyəti Türküstandan və Azərbaycandan olan mühacir alimlər yaradıblar. Dərnəyin qurucuları bu şəxslərdi: İstanbul Universitetinin türk tarixi müəllimlərindən Əhməd Zəki Vəlidi Toğan, Türkiyə Dövlət Muzeyinin İslam Sənəti şöbəsinin müdir müavini Məhəmməd Ağaoğlu (azərbaycanlı), Halqalı Ziraət Məktəbinin Nəbatət İstasyonu müdiri Mirzə Hacızadə (azərbaycanlı), Əbdüməhəmməd (ədəbiyyat fakültəsi müdavimi) və Əbdülqədir İnan (İstanbul Universiteti Türkiyyat İnstitutu assistantı).

Zəki Vəlidi 1950-ci ilin may ayında Ankarada Azərbaycan Kültür Dərnəyində "Türklərdə tarix şüuru" adlı məruzə ilə də çıxış edib.

Qeyd edək ki, Zəki Vəlidi Toğan Başqırdıstanın muxtariyyat qazanması uğrunda mübarizə aparıb. 1925-ci ildə Türkiyəyə gəlib, universitetdə çalışıb, 1932-ci ildə Vyanaya gedib. 1935-ci ildə ildə Vyana Universitetindən fəlsəfə doktoru ünvanını alıb, 1935-1937-ci illərdə Bonn Universitetində, 1938-1939-cu illərdə Göttingen Universitetində professor olaraq dərs deyib. 1939-cu ildə yenidən Türkiyəyə gəlib, İstanbul Universitetində Ümumi Türk Tarixi kursunu qurub. 1948-ci ildən etibarən İstanbul Universitetində dərs deyib. 26 iyul 1970-ci ildə İstanbulda vəfat edib.

Zəki Vəlidinin Azərbaycan tarixi, coğrafiyası ilə bağlı tədqiqatlar aparması təkcə azərbaycanlı mühacirlərə bəlli deyildi. Professor Abbas Zamanovun arxivində qorunan məktublarda onun Zəki Vəlidinin irsinə bələd olduğu, ona görə də əsərlərinin Ədəbiyyat Muzeyinə göndərilməsini istədiyini görürük.

Professor Abbas Zamanov 8 iyul 1969-cu ildə Zəki Vəlidinin İstanbuldakı ünvanına məktub göndərib. Abbas Zamanov fondunda qorunan bu məktubun əski əlifbada olan nüsxəsində yazılıb:

"Hörmətli professor Əhməd Zəki Vəlidi Toğan əfəndiləri!

Azərbaycan Respublikasının mərkəzi Bakı şəhərində Nizami Gəncəvi adına azəri dövlət ədəbiyyat müzesi vardır. Burada azəri ədəbiyyatı ilə yanaşı şərqşünasların və türk alimlərinin də əsərləri nümayiş etdirilir. Çox təəssüf ki, müzemizdə sizin əsərlərinizdən bir nüsxə də yoxdur.

Sizdən acizanə xahiş edirik, əgər mümkündürsə, əsərlərinizdən, xüsusən, Azərbaycana dair əsərlərinizdən müzemizə də birər nümunələr göndərəsiniz. Bu məktubla bərabər sizə iki paket kitab göndərdik. Bağlamada aşağıdakı kitablar vardır:

1. "Hop-hopnamə" farsca, 1 nüsxə.

2. Cəlil Məhəmmədquluzadə, 1 nüsxə.

3. Vaqif, əsərləri, 1 nüsxə.

4. Vaqif, farsca, ərəbcə, türkcə, hərəsindən 1 nüsxə.

5. "Leyli və Məcnun", 1 nüsxə.

6. Sabirin əsərləri iki əlifba ilə, 1 nüsxə.

Mən güman edirəm ki, bundan sonra Nizami müzesiylə sizin aranızda möhkəm qarşılıqlı əlaqə olacaqdır.

Hörmət və salamlarımı qəbul ediniz.

Müze müdiri Doktor Abbas Zamanov".

Təəssüf ki, Zəki Vəlidi Toğanın vəfat etməsi onun azərbaycanlı professorla tarixi yazışmalarının qarşısını alıb, bu gün biz ortaq türk tarixi üçün olduqca əhəmiyyətli ola biləcək materiallardan məhrum qalmışıq. Buna baxmayaraq, Sovet Azərbaycanından Toğanın vəfatı ilə bağlı verilən tək başsağlığı da, yəqin ki, yenə Abbas müəllimin onun xanımına göndərdiyi məktubdur. Əski əlifbada yazılmış məktubda Zamanov aşağıdakıları qeyd edib:

"Hörmətli Nəzmiyyə Toğan xanım əfəndiləri!

Çox hörmətli professor Zəki Vəlidi Toğan bəy əfəndilərinin vəfatı xəbəri bizi son dərəcə kədərləndirdi. Bu ağır itki münasibətilə sizə və mərhumun digər ailə üzvlərinə dərin hüznlə başsağlığı veririk. Mərhum ustadın əsərlərindən müzemizdə nümayiş etdirmək istərdik.

Nizami adına Azərbaycan Ədəbiyyat Müzesinin müdiri doktor Abbas Zamanov

1970/9/10"

Nəzmiyyə xanım A. Zamanovun bu ehtiramını yüksək qiymətləndirərək ona 10 noyabr 1970-ci il tarixli cavab məktubu göndərib:

"Pək möhtərəm Dr. Abbas Zamanov bəy əfəndi.

Mərhum eşimin vəfatı dolayısı ilə yazdığınız təziyyə məktubunuza candan təşəkkürlərimi sunarım. Acımın çox böyük olmasından dolayı cavab verməkdə qüsur etdim. Bağışlayın. Məni əsasən ayaqda tutan dostlarından gələn bu kimi məktublardır. Əlimdə bulunan bəzi əsərlərini 7.XI.1970 tarixində sizə postaladım. İnşallah alarsınız. Aldığınız təqdirdə mənə bildirirsəniz, minnətdar qalardım. Bunlardan "Tarixdə üsul" ölümündən bir qaç ay əvvəl və "Ümumi Türk tarixinə giriş" isə ölümündən 20 gün sonra II basqı olaraq çıxdı. Qızım İsenbike Harvard Universitetində atasının yolunda. İnşallah o da atası kimi millətinə və elmə xidmət edər.

Bilvəsilə dərin sayğılarımı sunarım.

Nəzmiyyə Toğan".

Təəssüf ki, Zəki Vəlidi Toğanın arxivi tədqiqatçılar üçün hələ də açıq deyil. Şübhəsiz ki, orada Toğanın azərbaycanlı mühacirlərlə məktublaşmaları da yer almaqdadır.

Bakıda Türkdilli Ölkələrin Milli Kitabxana Direktorları Konfransı Təşkilatının təsis iclası keçirildi “Həyatı sevirsənsə, vaxt itirmə” - Brüs Linin qeydləri İnsanla təbiətin bəhsi - Vahab İsmayılzadə
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:277
embedMənbə:https://kulis.az
archiveBu xəbər 27 Dekabr 2024 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri