Reto Qaudenzi: “Bakı artıq Mayami kimi məşhur turnirlərə ev sahibliyi edir”
Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Bu, Azərbaycanda keçirilən ilk çimərlik polo turniridir”.
Bu sözləri Apasport.az saytına açıqlamasında “World Polo” şirkətinin təsisçisi və prezidenti Reto Qaudenzi deyib.
O, Azərbaycanda polo idmanının inkişafından danışıb:
“Polo ölkədə 13 il əvvəl yenidən inkişaf etməyə başlayıb və Azərbaycan bu idman növünün tarixi məkanlarından biri hesab olunur. "Sea Breeze"də təşkil olunan turnir böyük uğur qazanıb. Möhtəşəm hava, yaxşı meydança, güclü atlar və dünyanın müxtəlif ölkələrindən gələn peşəkar poloçular yarışa xüsusi ab-hava qatır.
Turnirdə Azərbaycan, İsveçrə, Rusiya və İngiltərədən dörd güclü komanda iştirak edir. Dünyada yüksək səviyyəli çimərlik polo turnirlərinin sayı azdır və Bakı artıq Mayami kimi məşhur turnirlərə ev sahibliyi edir.
Təşkilatçı olaraq əsas məqsədimiz gözəl oyun, yüksək səviyyəli idman və uğurlu turnir keçirməkdir”.
Qeyd edək ki, bu gün “Sea Breeze Resort”da Azərbaycanda ilk dəfə keçirilən “Sea Breeze 2026” beynəlxalq çimərlik polosu turnirinə start verilib. Azərbaycan Respublikası Atçılıq Federasiyası və “Sea Breeze”nin təşkilatçılığı ilə keçirilən yarışda Azərbaycan, Böyük Britaniya, İsveçrə və Rusiyanı təmsil edən 4 komanda iştirak edir. Turnirə sentyabrın 13-də yekun vurulacaq.
Bakıda “Bahar Kuboku” turniri keçiriləcək Azərbaycan çövkən yığması MDB Oyunlarının qalibi oldu III MDB Oyunları: Qırğızıstan çövkən yığması bürünc medal qazandı III MDB Oyunları: Azərbaycanın çövkən yığması finalda Qarabağ atları Türkiyədə çövkəni dirçəldəcək
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 11 Sentyabr 2026 18:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















