Reuters: Ermənistan Bakı ilə sülh üçün Zəngəzur dəhlizini ABŞ a verməyə hazırdır
Icma.az, Oxumeni.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avqustun 8-də Azərbaycanla imzalanacaq sülh sazişi çərçivəsində Ermənistan Zəngəzur dəhlizini ABŞ-a verməyə hazırdır və onu “Tramp marşrutu” adlandıracaq. Bu barədə “Reuters” ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Nəşr yazır: “Ermənistan Birləşmiş Ştatlara uzun müddətə tranzit dəhlizinin inkişafı üçün müstəsna xüsusi hüquqlar verməyi planlaşdırır ki, bu da “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” adlanacaq.
ABŞ-ın ərazini infrastruktur və idarəetmə ilə məşğul olan konsorsiuma subicarəyə verəcəyi iddia edilir. Vaşinqtonda avqustun 8-də imzalanması planlaşdırılan İrəvan və Bakı arasındakı sülh sazişinin bir bölməsi razılaşmalara həsr olunub. Ağ Ev rəsmilərinin fikrincə, kommersiya fəaliyyəti regionda gələcək hərbi əməliyyatların qarşısını alacaq.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 08 Avqust 2025 12:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















