Ermənistan Zəngəzur dəhlizini ABŞ şirkətinə verməyə razılıq verib? İspan nəşrindən maraqlı iddia
Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ermənistan hökuməti Zəngəzur dəhlizinin idarəçiliyini ABŞ-nin xüsusi hərbi şirkətinə verməyə prinsipial razılıq verib.
"AzPolitika" xəbər verir ki, bu barədə İspaniyanın "Periodista Digital" nəşri özəl mənbələrə istindla məlumat yayıb.
Məlumata görə, dəhliz “Tramp Körpüsü” adlandırılacaq və 42 kilometrlik bir xətt üzrə Naxçıvanla Azərbaycanın əsas ərazisini birləşdirəcək. Qeyd olunur ki, təxminən 1000 nəfərlik ABŞ-yə məxsus özəl hərbi şirkətə bölgədə silahdan istifadə ilə bağlı səlahiyyət veriləcək.
Əlavə edilir ki, Ermənistan dəhlizdən əldə olunan gəlirin yalnız 30%-ni alacaq, qalan 70%-in kimlər arasında bölüşdürüləcəyi isə açıqlanmayıb. Həmçinin Ermənistan ərazisində ABŞ hərbi qüvvələrinin yerləşməsi nəzərdə tutulur, lakin bu qüvvələr rəsmi ABŞ ordusu deyil, özəl hərbi şirkətə məxsus olacaq.
Məlumatlara görə, ABŞ-ın özəl hərbi şirkəti yalnız dəhliz boyunca deyil, həm də İran sərhədi yaxınlığında yerləşəcək.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 23 İyul 2025 14:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















