Icma.az
close
up
RU
Revamitizmin, böyrək daşının, çibanın dərmanı LOBYA

Revamitizmin, böyrək daşının, çibanın dərmanı LOBYA

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Lobyanın 200-ə qədər növü var. Hal-haZirda dünyanın bir sıra ölkələrində, o cümlədən Hindistanda, Braziliyada, Meksikada, ABŞ-da, Ruminiyada, Balkan ölkələrində, Portuqaliyada, İtaliyada, Fransada, Kolumbiyada, Ukraynada, Özbəkistanda, Gürcüstanda, eləcə də əksər vilayətlərdə lobyanın 20-yə qədər növü mədəni halda geniş surətdə əkilib-becərilir. Azərbaycanda da lobya cinsinin bir neçə növü becərilir.

Lobyanın müalicəvi xüsusiyyətləri XVI əsrdə Şərq xalqlarına məlum olmuşdur. Şərq xalqları lobyadan orqanizmin təmizlənməsində, daşların əridilməsində, potensiyanın aradan qaldırılmasında istifadə edirlər. İbn Sina bitkinin ağciyər xəstəliklərində istifadə olunmasını məsləhət görürdü. Bitkinin toxumlarının tərkibindən 18-32%-ə qədər zülal maddələri, nişasta, 1-3,6% piyli yağ və s. aşkar edilmişdir. Bundan başqa toxumlarında 20%-ə qədər kristal halında qlobulin-fazeolin, proteaza, xolesterin, suda həll olan saxaridər, dekstrin, flavonoid maddələri, limon turşusu, pentozanlar, makro və mikroelementlər, karotin B, 157,2 mq% C vitamini var. Lobyanın zülalları heyvani zülallara çox yaxındır.

Müalicə məqsədləri üçün bitkinin toxumlarından, qın və qabıqlarından hazırlanan fazeolin adlı ekstraktdan diabet xəstəliyində, qanda şəkərin miqdarını azaldan, sidikqovucu, mikrob və skleroz və s. xəstələrin müqavimətini artırmaq məqsədləri üçün istifadə edilir. Eyni məqsədlə meyvələrin sulu bişirilməsindən də istifadə edilir. Lobya həmçinin qastiritdə (turşuluq az olan zaman), aterosklerozda, ürək ritminin pozğunluqlarında, məsləhət görülür. Paxlasından hazırlanmış bişirmə və dəmləmə  revmatizmdə, duzların mübadiləsi pozulduqda, hipertoniyada müalicəvi təsir göstərir;  Bir xörək qaşığı paxlanın doğranmış qınından götürüb bir stəkan qaynar suya töküb, zəif od üzərində 5-7 dəqiqə qaynadın, soyuduqdan sonra süzün. Gündə 4 dəfə stəkanın 1/4 hissəsi qədər yeməyə az qalmış qəbul edin.

Şəkərli diabetdə; Doğranmış qını qaragilə yarpağı ilə qarışdıb, bir xörək qaşığı bir stəkan qaynar suya töküb dəmləyin. Gündə 1 dəfə için.

Ürək xəstəliklərində, şişlər, hipertoniyayə ateroskleroz zamanı; 1 xörək qaşığı doğranmış qından götürüb 10 dəqiqə qaynar suda saxladıqdan sonra süzün. Gündə 3 dəfə yeməkdən qabaq stəkanın 1/2 hissəsi qədər qəbul edin.

Böyrək soyuq dəymələrində, revmatizm və podaqra zamanı; 1 xörək qaşığı doğranmış paxladan götürüb 1 stəkan qaynar suya töküb, su hamamında yanm saat saxladıqdan sonra soyudun və süzüb gündə 3-4 dəfə 2 xörək qaşığı yeməkdən qabaq qəbul edin.

Böyrək xəstəliyi və bədən boşluğuna su yığılması zamanı; 1 xörək qaşığı doğranmış paxla, yarpaq, gövdə və qınından götürüb 1 stəkan qaynar suya töküb, 5 dəqiqə zəif od üzərində saxlayıb süzün. Sonra gündə 2-3 dəfə yeməyə 30 dəqiqə qalmış stəkanın 1/4 hissəsi qədər qəbul edin.

 Öd kisəsi və böyrək daşlarının müalicəsində; 1 xörək qaşığı çiçəkdən götürüb 1 stəkan qaynar suya töküb dəmləyin və süzdükdən sonra gündə 4 dəfə yeməyə 20 dəqiqə qalmış stəkanın 1/4 hissəsi qədər qəbul edin.

 İrinli çibanların müalicəsində; Paxlanın un şəkilinə salınmışından 1 çay qaşığı götürüb, üzərinə həmin miqdarda əlavə edib qarışdırın və çibanın üzərinə yaxın.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri