Icma.az
close
up
RU
Revanşistlərin “quyu”suna kənardan su tökənlər

Revanşistlərin “quyu”suna kənardan su tökənlər

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Cənubi Qafqazda təhlükəsizliyin pozulmasında marağı olanlar

Son vaxtlar Hayastanda revanşist əhval-ruhiyyənin qəsdən qızışdırıldığını müşahidə edirik. Rəsmi İrəvanın silahlanma istiqamətində atdığı addımlar, hökumətin ayrı-ayrı məmurlarının dilindən müharibə ritorikasının güclənməsi bunu deməyə əsas verir. Yəni, ictimai rəyi yeni müharibəyə kökləmək məqsədini güdən fəaliyyət göz qabağındadır. 

Bu zaman Ermənistan rəhbərliyi militarizmi “müdafiə olunmaq”, “mümkün təcavizdən özünü qorumaq” kimi pərdələrlə örtməyə çalışır. Onun bu feyk-tezisləri Qərb mediasına, beynəlxalq gündəmə sırımağa çalışmasının arxasında məkrli niyyətlərin gözləndiyi məlumdur. Bir tərəfdən bölgədə sülhün bərqərar olmasından dəm vuran, digər tərəfdən isə Azərbaycanı danışıqlarda “qeyri-konstruktiv” mövqe tutmasını əlində bayraq edən İrəvan isteblişmenti sürətlə silahlanmanı gizlətmir, ona çeşidli don geyindirir. 

Bəs, Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar olmasına, bölgə dövlətlərinin öz aralarında əməkdaşlığa başlamasına hər vəchlə mane olmağa çalışan kənar güclər Ermənistana nələri vəd edirlər? Sualı bu formada da qoymaq mümkündür: bölgədənkənar “haypərəstlər” bugünədək İrəvana vəd etdiklərini yerinə yetiriblərmi? Əslində, bu sualların cavabını Paşinyan iqtidarı verməlidir. 

Ərazi bütövlüyünüzü kimdən qoruyursunuz?

“Azərbaycanın təcavüzü zamanı Ermənistan bütün mümkün vasitələrlə öz ərazi bütövlüyünü müdafiə edəcək”. Bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan hökumətin iclasından sonra keçirilən brifinqdə deyib. “Əgər Azərbaycan Ermənistana hücum edib Zəngəzur dəhlizini zorla ələ keçirməyə və ya açmağa cəhd edərsə, İrəvan hansı addımları atacaq”  – sualına nazir müavini belə cavab verib: “Təbii ki, Ermənistan sərəncamında olan bütün vasitələrlə özünün ərazi bütövlüyünü müdafiə etməlidir”.

Bakının İrəvana qarşı silah-sursat əldə etməsi ilə bağlı ittihamlarına toxunan Kostanyan qeyd edib ki, Ermənistan öz suveren hüququnu həyata keçirir və müdafiə qabiliyyətini inkişaf etdirir: “Əvvəlcədən deyildiyi kimi, biz heç bir qonşumuza qarşı hər hansı təcavüz aktı törətmək niyyətində deyilik. Regionda müşahidə etdiyimiz “silahlanma yarışı”na gəlincə, bu problemi həll etmək üçün Ermənistan Azərbaycana silahlanmaya qarşılıqlı nəzarət mexanizmi yaratmağı təklif edib və bu təklif öz qüvvəsində qalır”.

Bunlar hay diplomatın daxili və xarici auditoriyaya ötürdüyü feyk-məlumatlardır. Əslində, Ermənistanın öz hərbi büdcəsini ildən-ilə nə məqsədlə artırdığı hər kəsə məlumdur. Keçən illə müqayisədə bu xərclər 20 faiz artırılıb. İkinci Qarabağ müharibəsinin baş verdiyi 2020-ci ilə nisbətdə isə 2025-ci ilin hərbi büdcəsi, təxminən, 2,8 dəfə böyük olacaq. Əlbəttə, qeyd olunan göstəricilər Ermənistanın sürətli və kəskin militarizasiyasını göstərir. Aydın məsələdir ki, bu cür sürətli və böyük həcmdə militarizasiya heç də, N.Paşinyanın sözləri ilə desək, 100 il Azərbaycanla sülh şəraitində yaşamaq üçün həyata keçirilmir. Onu da nəzərə çatdıraq ki, 2020-ci ilədək Ermənistanın hərbi xərcləri, həmçinin Azərbaycanın işğal olunmuş ərazilərindəki ordu qruplaşmasını saxlamağa da sərf edilirdi. Amma 2023-cü ilin sentyabrında bu xərclərə ehtiyac qalmadı. Çünki uğurla icra olunmuş lokal xarakterli antiterror tədbirlərindən sonra Ermənistanın hərbi xərcləri ya azalmalı, ya da əvvəlki həcmdə qalmalı idi. Bu kontekstdə hərbi xərclərin 5 il ərzində 2,8 faiz artması Ermənistanın revanşa hazırlaşması ilə izah oluna bilər.

İrəvanı militarizmə sürükləyənlər

Ermənistanın Azərbaycanla növbəti müharibəyə hazırlaşması barədə səslənən ehtimalları nəzərə almaqla, İrəvanın hazırda kənardan hansı silah və hərbi texnikanı aldığını nəzərdən keçirək. Hayastanın əsas silah tədarükçülərinin Fransa və Hindistan olduğunu dəfələrlə yazmışıq. Sadəcə yazmamışıq, bunun sübutu kimi foto və video materialları da oxuculara təqdim etmişik. Mötəbər mənbələrdən Azərbaycan mediasına sızan son məlumatlara görə, İrəvan ardıcıl və məqsədyönlü şəkildə özünün hərbi potensialını artırmaqla məşğuldur. Bu işdə ona xarici qüvvələr fəal və hərtərəfli dəstək verirlər. Konkret faktlara keçək. Fransa sifarişini aldığı 26 ədəd “Bastion” zirehli tansportyorundan 10-nun istehsalını başa çatdırıb. Bu hərbi texnikanın yaxın günlərdə Ermənistana çatdırılması planlaşdırılır. Bununla eyni vaxtda Fransanın KNDS hərbi şirkəti 155 yivlik lüləyə malik “Sezar” özüyeriyən artilleriya qurğusundan 12-sini Ermənistana təhvil verib. İlin sonunadək həmin artilleriya qurğusundan daha 24-nün İrəvana çatdırılacağı gözlənilir. 

Ermənistan müdafiə nazirliyi təkcə Fransadan deyil, həm də Hindistandan hərbi texnika, sursat və ləvazimat almaqda davam edir. Bu məqsədlə Gürcüstanın Poti və Batumi limanlarından yüzlərlə hərbi maşın Ermənistana gətirilib. Bunların arasında 366 ədəd “4x4” pikap avtomobili, 208 ədəd “Tata 715” yük maşını var. Bütün bu hərbi nəqliyyat Hayastana Gürcüstanla sərhədindəki “Sadaxlı” sərhəd-buraxılış məntəqəsindən daşınıb. Yerüstü hərbi texnika ilə yanaşı, İrəvanın Dehli ilə “Bramos” və “Astra” raket komplekslərinin alınmasına dair aparılan danışıqlar da diqqətdən yayınmayıb. Bu HHM silahları bölgənin təhlükəsizliyini birbaşa təhdid etmək deməkdir. 

Diqqəti cəlb edən maraqlı məqamlardan biri də odur ki, İran Hindistandan Ermənistana hərbi yüklərin sistemli şəkildə daşınması üçün özünün hava məkanını səxavətlə təqdim edir. Üstəlik, Tehran İrəvanla hərbi-texniki əməkdaşlığa dair genişmiqyaslı müqavilə imzalayır. 

Son vaxtlar Ermənistanın silahlanma sahəsində İspaniya və Polşa ilə intensivləşən  təmaslarına da diqqət yetirməyə dəyər. Bu zaman İrəvan Madridə artilleriya sistemlərinin tədürükçüsü, Polşaya isə hərbi müttəfiq qismində baxır. Onun Varşava ilə imzalayacağı müqavilə tamamlanma mərhələsindədir. 2024-cü ilin noyabrında Polşa Prezidenti Andjey Dudanın İrəvana səfərinə məhz bu nöqteyi-nəzərdən baxılmalıdır. Onun səfəri zamanı Ermənistan–Azərbaycan şərti sərhədində yerləşdirilmiş Aİ-nin kəşfiyyatçı-casus missiyasına baş çəkməsi də diqqətimizdən yayınmamışdı. Belə demarşlar Varşavanın hansısa yolla Cənubi Qafqaza daxil olmaq planlarından xəbər verir. 

Cavab vermək haqqı ləğv edilməyib

Beləliklə, yuxarıda sadaladığımız faktlar onu deməyə əsas verir ki, sözdə sülhdən danışan Hayastan rəhbərliyinin atdığı real addımlar hadisələrin tamamilə əks istiqamətdə inkişaf etməsini göstərir. Öz xoşuna, yaxud kənar təzyiqlər altında militarizmə sürüklənən Paşinyan hökuməti bu prosesə daha çox kənar aktorları qoşmaqla təkcə regionda sabitliyi pozmur, eyni zamanda, Azərbaycanla yeni müharibəyə hazırlaşdığını nümayiş etdirir.  

Ermənistanın silahlanması həm Azərbaycanın, həm də regionun təhlükəsizliyinə bilavasitə təhdid yaradır. Doğrudur, ordumuz Ermənistanın hər bir təxribatçı addımına layiqincə cavab verməyə qadirdir. Parisin və Dehlinin hərəkətləri Ermənistanın hərbiləşdirilməsi siyasətinə xidmət edir. Ermənistan və Fransa regionda silahlanma yarışına son qoymalı, sülh və əməkdaşlığa alternativin olmadığını başa düşməlidirlər

Bəzi kənar ekspertlər İrəvanın hazırda bölgədə apardığı siyasətin Ermənistanı ikinci Ukraynaya çevirə biləcəyi proqnozunu irəli sürürlər. Bir qədər uzaqdan baxanda bu fikirlərin əsassız olmadığı qənaətinə gəlmək mümkündür. Paşinyan iqtidarının apardığı siyasət, hərbi xərcləri artırması, sürətlə silahlanması, bu silahların hücum xarakterli olması və digər amillər İrəvanın regionu gələcəkdə hansı münaqişələrə və gərginliyə apardığı barədə verilən aydın siqnallardır. 

Ermənistanın militarizasiyaya davam etməsi yolverilməzdir. Azərbaycanın Ermənistandan qaynaqlanan yeni hərbi avantüra təhlükəsi qarşısında özünü qəfil fakt qarşısında qoymayacağı şübhəsizdir. Rəsmi Bakı milli təhlükəsizliyi təmin etməkdən ötrü hər an preventiv tədbirlər görməyə hazırdır. Beynəlxalq hüququn bu qaydasını hələ heç kim ləğv etməyib.                                  

İ.HƏSƏNQALA 
XQ 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Fevral 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see149

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see141

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see137

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see132

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see131

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see128

Ağdərəyə növbəti köç karvanı yola salınıb (Yenilənib)

14 Aprel 2025 08:53see126

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see126

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see122

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see121

Həkim rusların hansı kateqoriyasına Pasxa üçün yalnız bir yumurta yeyə biləcəyini söylədi

14 Aprel 2025 13:20see121

Yeniyetmə İlham Əliyev Çayka avtomobili ilə

13 Aprel 2025 21:03see120

Suriya təhlükəsizlik qüvvələri SDF ilə koordinasiyada Hələbdə yerləşməyə başlayıb

13 Aprel 2025 21:21see119

Rusiyanın ən çox miqrant uşaqların yaşadığı 3 regionun adı çəkilib

13 Aprel 2025 22:56see116

Laçına enən ilk təyyarə bu ölkəyə məxsus olub

13 Aprel 2025 19:48see116

Qan təzyiqini artıran bir nömrəli məhsul…

14 Aprel 2025 04:45see114

Neft bazarında narahatlıq yaradan dalğalanma: Bu, Azərbaycan üçün hansı nəticələr doğura bilər?

14 Aprel 2025 04:52see112

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

15 Aprel 2025 00:22see111

Mourinyo yenidən Realı çalışdıra bilər

14 Aprel 2025 13:31see109

Məhkəmədə Robert Köçəryan ifşa olundu

14 Aprel 2025 23:43see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri