Icma.az
close
up
RU
Rəy sorğusu: Cəmiyyətdə psixi sağlamlıq üzrə peşəkar yardım almaqla bağlı stereotiplər var AZƏRTAC

Rəy sorğusu: Cəmiyyətdə psixi sağlamlıq üzrə peşəkar yardım almaqla bağlı stereotiplər var AZƏRTAC

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 23 yanvar, AZƏRTAC

Psixi sağlamlıq anlayışı və peşəkar yardım almaqla bağlı cəmiyyətdə bir sıra stereotiplər mövcuddur və stiqmatizasiya meylləri müşahidə edilir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Ombudsman yanında “Psixi sağlamlıq və insan hüquqları” sahəsində İşçi Qrupun fəaliyyəti çərçivəsində aparılmış ictimai rəy sorğusunun və sosial şəbəkələrin monitorinqinin nəticələrində əks olunub.

Sorğu iştirakçılarının bir qismi psixi pozuntuları olan şəxslərin, psixoloqa müraciət edənlərin, psixiatriya yardımından istifadə edənlərin “təhlükəli”, “etibar olunmayacaq adam” olduqları barədə rəy bildirib. Bəzi respondentlər isə psixi pozuntulardan əziyyət çəkən şəxslərin ailə qurması və övlad dünyaya gətirməsinə qarşı olduqlarını, bu şəxslərin valideyn kimi öz öhdəliklərini yerinə yetirə biləcəklərinə şübhə etdiklərini bildiriblər. Həmin şəxslərin əmək fəaliyyəti ilə məşğul olması, vəzifə funksiyalarını layiqincə yerinə yetirə bilməsi ilə bağlı da oxşar baxışlar mövcuddur.

Sorğuda qeyd edilib ki, ixtisaslı psixoloji və psixiatriya yardımı üçün müraciət etmək hələ də cəmiyyətdə sual doğuran və tərəddüd edilən bir vəziyyət hesab olunur. Sorğuda iştirak edənlər bu sahə üzrə mütəxəssislərə müraciət etməyi bir sıra hallarda “arzuedilməz” hal kimi nəzərdən keçirdiklərini etiraf edərək ailə üzvləri, həmkarları, qonşuları tərəfindən qınanmaqdan, onlara “dəli”, ”ruhi xəstə” kimi damğa vurulacağından, nəticə etibarilə bunun onların şəxsi həyatı və karyeralarına mənfi təsirindən qorxduqlarını bildiriblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Yanvar 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri