Reyqanın vurulduğu hoteldə yenə silah səsləri: Tramp hədəfdədir?
Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Trampın Ağ Ev Müxbirləri Assosiasiyası ilə keçirdiyi təntənəli şam yeməyi zamanı baş verən atışma dünya gündəmini sarsıdıb.
Turkustan.az xəbər verir ki, hadisənin baş verdiyi "Washington Hilton" hoteli Amerika tarixində qanlı bir keçmişə malikdir; məhz 45 il əvvəl ABŞ-ın digər bir prezidenti Ronald Reyqana qarşı sui-qəsd cəhdi də bu binanın qarşısında reallaşmışdı. 1981-ci ildə 25 yaşlı Con Hinkli tərəfindən açılan altı atəş nəticəsində Reyqan ağır yaralanmış, prezidentin ağciyəri zədələnmiş və o, ciddi qan itirməsi ilə xəstəxanaya yerləşdirilmişdi.
Tarixi paralellər çəkən ekspertlər Trampın tədbirindəki atışmanın məhz bu simvolik məkanda baş verməsinin təsadüf olub-olmadığını araşdırırlar. Reyqan o dövrdə 12 günlük müalicədən sonra möcüzəvi şəkildə sağalaraq vəzifəsinə qayıtsa da, eyni məkanda yenidən silah səslərinin eşidilməsi ABŞ-da dövlət rəsmilərinin təhlükəsizliyi məsələsini yenidən kəskin şəkildə gündəmə gətirib. /Musavat.com/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 26 Aprel 2026 11:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















