Icma.az
close
up
RU
Reza Deqati vandallığın dilsiz qurbanlarını danışdırır

Reza Deqati vandallığın dilsiz qurbanlarını danışdırır

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Qarabağ Dirçəliş Fondunun birgə layihəsi olan “Dağıdılmış irs: səssiz şahidlər” fotoalbomu çap olunub. 

İllüstrativ nəşr Ermənistanın Qarabağ və Şərqi Zəngəzurun işğalı müddətində (1992-2023-cü illər) Azərbaycanın mədəni irsinin dağıdıldığı çoxsaylı vandalizm aktlarına və dağıntılara işıq salır. Fotoalbomun tərtibatçısı məşhur fotoqraf Reza Deqatidir.
    Əsasən, beynəlxalq auditoriya üçün nəzərdə tutulan fotoalbomda Qarabağ ərazisində yerləşən, tarixin səssiz şahidləri olan məhv edilən və dağıdılan mədəni irs nümunələrinin işğaldan əvvəlki və işğaldan sonrakı fotoları yer alıb. Albomdakı fotolar tarixi faktlar olmaqla yanaşı, mədəniyyətin məhv edilməsinin ağır nəticələrini və onun bərpasının vacibliyini önə çıxarır.
     Qeyd edək ki, Azərbaycanın tarixi torpaqlarının 30 ilə yaxın davam edən işğalı zamanı minlərlə tarixi mədəniyyət abidəsi - dini abidələr, qədim daş heykəllər, muzeylər, tarixi memarlıq dəyərinə malik yaşayış binaları xarabalığa çevrilib. Talan edilən və ya dağıdılan abidələrə 78 məscid, 22 muzey, 808 istirahət obyekti, 4 rəsm qalereyası, 4 teatr, 2 konsert salonu, 9 tarixi saray və 700-dən çox kitabxana daxildir. İşğal dövründə hətta qəbirlər murdarlanıb, dəfn olunan mərhumların qalıqları vandalizmə məruz qalıb.
    Bütün bu vəhşiliklərin məqsədi Qarabağda və ətraf ərazilərdə azərbaycanlıların minilliklər boyu yaşayan mədəni irsinin izlərini silmək idi. Dağıdılan mədəni irs arasında Aşağı və Yuxarı Gövhər Ağa, Köçərli və Mardinli Cümə məscidləri kimi dini tikililərdə inək və donuz tövlələrinə çevrilmiş, məşhur Azərbaycan şairi Xurşidbanu Natəvanın saray kompleksi, böyük Azərbaycan şairi və vəziri Qarabağ xanı Molla Pənah Vaqifin məqbərəsi, Qarabağ xanlığının banisi və ilk xanı Pənah Əli xan Cavanşirin Ağdamdakı sarayı, böyük bəstəkar və müsəlman Şərqində ilk operanın müəllifi Üzeyir Hacıbəylinin və peşəkar vokal sənətinin banisi Bülbülün ev-muzeyləri dağıdılıb, yararsız vəziyyətə salınıb. 

     Dünyada ilk insan məskənlərindən hesab olunan Azıx və Tağlar mağaralarından hərbi məqsədlər üçün istifadə olunub. Dağıdılan bu abidələrin hər biri Azərbaycan xalqının tarixi, mədəniyyəti, mənəviyyatı ilə sıx bağlıdır. İşğal zamanı təkcə İslam dini abidələri deyil, həm də Qafqaz Alban Apostol Kilsəsi və Pravoslav Xristian abidələri də erməni vandalizminin və saxtakarlığının hədəfinə çevrilib.
     İşğal altında qalmış ərazilərimizdə tarix və mədəniyyət abidələrinin məqsədyönlü şəkildə məhv edilməsi, onların etnik və hətta dini mənşəyinin qəsdən saxtalaşdırılması və mənimsənilməsi beynəlxalq humanitar hüquqa və müvafiq beynəlxalq hüquqi sənədlərə ziddir. “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasının, “Dünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il konvensiyasının açıq şəkildə pozulmasıdır.
     “Dağıdılmış irs: səssiz şahidlər” fotoalbomu Azərbaycanın qədim mədəni irsinin silinməsinə yönələn düşünülmüş siyasəti ifşa etmək məqsədi ilə nəşr olunub. Fotoalbom Ermənistanın Azərbaycanın maddi-mədəni irsinə qarşı törətdiyi cinayətlərin yalnız bir hissəsini əhatə edir. 
İngilis dilində nəşr olunan fotoalbom müharibələrin sülhə, inkişafa və bəşəriyyətə verdiyi acı nəticələr haqqında düşünməyə vadar edir.        

      Fotoalbom dağıdılan mədəni irsi, onun qorunmasının vacibliyini vurğulayaraq beynəlxalq ictimaiyyətin diqqətini çəkmək və bu isiqamətdə qlobal həmrəyliyi təşviq etmək üçün mühüm vasitəsidir.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:234
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Fevral 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri