Icma.az
close
up
RU
“QARA YANVAR” ın şahidi Reza Deqati

“QARA YANVAR” ın şahidi Reza Deqati

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

1990-cı il 20 yanvar tarixində Sovet hökuməti tərəfindən planlı şəkildə Bakıda mülki əhaliyə qarşı törədilən qətliamdan məşhur fotojurnalist Reza Deqati və türk əsilli Fransa vətəndaşı videoqraf dostunun çəkdiyi fotolar və videolar sayəsində “Qara Yanvar” bir sirr deyil və dünya mülki əhaliyə qarşı törədilmiş qırğından xəbərdardır.

Azərbaycanda əhalinin silahsızlaşdırıldığı, insanların əsas xəbər mənbəyi olan televiziya yayımının dayandırıldığı, Bakıya xarici jurnalistlərin girişinin qadağan olunduğu bir vaxtda, Reza Deqati 20 yanvarda bu qətliamdan xəbər tutan kimi Parisdən keşməkeşli yollar ilə Bakıya üz tutur. Parisdən birbaşa Bakıya səyahət mümkünsüz olduğu üçün o, Moskvada baş tutacaq baleti çəkmək adı altında həmkarları ilə birlikdə Sovet vizası alaraq Moskvaya gedirlər. Moskvada “Rossiya Otel”də onunla birlikdə bir sıra xarici media nümayəndələri də var idi və onlar da Bakıdakı hadisəni eşidib nə baş verdiyi ilə bağlı xəbər hazırlamaq istəyirdilər.

“Həmin vaxt Moskvada bir nəfər dövlət nümayəndəsi jurnalistlərə onları sabah Bakıya aparacağını bildirdi. Lakin Sovet hökumətinin qırğın törətdiyi zaman jurnalistləri Bakıya aparması inandırıcı deyildi. Bunu Moskvadakı Azərbaycan nümayəndəliyinə bildirdim və onlar da mənimlə eyni fikirdə idi.

Daha sonra Sovet hökumətinin söz verdiyi jurnalistlərin xəbəri yayıldı ki, həmin təyyarə Bakıya eniş edə bilmir bəhanəsi ilə İrəvan Hava Limanına aparılıb və bu vaxt bir neçə erməni qadın “Biz Bakıdan gəlmişik, Azərbaycanlılar bizi qırır” kimi ifadələrlə fəryad ediblər. Hava limanındakı jurnalistlər də buna inanaraq 20 Yanvarı azərbaycanlıların deyil, ermənilərin faciəsi kimi işıqlandırıblar.” - Reza Deqati.

Jurnalistlərin girişi qadağan olunduğu üçün Reza Deqati, Şirin Məlikova və videoqraf dostu azərbaycanlı tanışlarının köməyi sayəsində Bakıya yola düşürlər. Qatarda gizlənərək, təhlükəni nəzərə alaraq insanlarla lazımsız ünsiyyətlərdən qaçınaraq 48 saatlıq yol gəlirlər. Qatarda ilk işi isə “Ya po ruski ne znayu” (Mən rusca bilmirəm) və “Ya Azerbaycanets” (Mən azərbaycanlıyam) kimi bəzi rusca cümlələr öyrənmək idi. Çünki Rus dili bilməyən azərbaycanlıları çox sorğu-suala tutmurdular. Ancaq kimsə onun sənədlərini yoxlasaydı, bu artıq son demək idi. Ona görə də yoxlanışa gələn nəzarətçilərə vodka hədiyyə verirdilər ki, yoxlanış keçirməsinlər.

Bu uzun səyahətdən sonra Bakıya çatdığı zaman Reza Deqati burada gördüyü mənzərəni İkinci Dünya Müharibəsi filmindən bir səhnəyə bənzədirdi.

“48 saatlıq yoldan sonra qatar Bakı stansiyasına daxil olduğu zaman, axşam vaxtları, komendant saatından yarım saat əvvəl, biz platforma üzərində düzülmüş, silahlı, papaqlı, uzun paltolu Sovet əsgərlərini gördük. Soyuq idi, özümü 2-ci Dünya Müharibəsi haqqında filmdəki biri kimi hiss etdim. Sanki heç nə dəyişməyib.” - Reza Deqati.

Qatar Bakıya çatdığı vaxtda artıq Bakıda komendant saatına az qalmışdı və vağzalda çox sayda Sovet əsgərləri hər kəsi yoxlayırdı. Özlərini Reza Deqatinin və onun dostunun nişanlısı kimi təqdim edən, əllərində güllər ilə onları qarşılayan iki xanımın köməyi ilə yoxlanış olmadan vağzaldan çıxırlar. Xanımlardan biri daha sonra Azərbaycan Respublikasının Fransadakı fövqəladə və səlahiyyətli səfiri, həmçinin, Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi olmuş Eleonora Hüseynova idi.

Yanvarın 24-də onu aralarında YUNESKO-da fəaliyyət göstərən azərbaycanlı diplomat Ramiz Abutalıbovun da olduğu dostları Bakıda qarşılayır və Sovet əsgərlərinin dinc nümayişçiləri güllələməkləri, Sovet tanklarının maşınların və mülki vətəndaşların üstündən keçməyi, uşaq, qadın, yaşlı demədən, silahsız insanları necə qətlə yetirdikləri barədə məlumat verirlər.

Küçədə gəzməyin belə təhlükəli olduğu bir vaxtda, Sovet tank və əsgər patrulları ilə əhatələnmiş Bakı şəhərində saxta Azərbaycan pasportu ilə Reza Deqati öz həyatını təhlükəyə ataraq  fotoaparatı ilə gizli şəkildə, xəstəxanalara, morqlara gedərək, fərqli aspektlərdən, maşının içindən, binaların pəncərələrindən gördüyü mənzərələrin fotoşəkillərini çəkmişdir.

“Bakı tanklar və əsgər patrulları ilə mühasirəyə alınmışdı. Açıq şəkildə, gördüklərimizin şəkillərini çəkmək çox riskli idi. Ehtiyyatlı davranmalı, maşınların və binaların pəncərələrindən fotolar çəkəndə kameranı gizlətməyin yollarını tapmalı idik.” - Reza Deqati

“Qara Yanvar” şəhidlərinin basdırıldığı, məzarlığa çevrilmiş, qəbrlərin üzəri qırmızı qərənfillər və qara paltarlar ilə örtülmüş şəhər parkına gələn Reza şübhələri üzərinə çəkməmək üçün hərkəs kimi geyinmiş və insanların da köməyi ilə çəkiliş avadanlıqlarını gizlətmişdi.

“Hər şeydən əvvəl xatırladığım yalnız qırmızı və qara idi”  - Reza Deqati.

Ordu helikopteri izdihamı dağıtmaq üçün qəbiristanlığın üzərində uçuşlar həyata keçirdiyi zaman isə, artıq Reza bu “qırmızı və qara”-dan ibarət kadrları çəkib bitirmişdi. Təhlükəsizlik tədbirləri səbəbi ilə fotoaparat və avadanlıqlar olmadan Moskvaya qayıdan Reza, sonradan dostlarının köməyi ilə onları əldə edir və ordan da Parisə gedir.

Parisə çatdığı günün axşamı 18-dən çox televiziya kanalı Rezanın çəkdiyi fotoşəkilləri və dostunun lentə aldığı videoları yayımlayaraq Bakıdakı hadisələr barədə danışdı, onlarla radio stansiyaları 20 Yanvar faciəsi barədə məlumat yaydı. Bundan əlavə, Reza Deqatinin o zaman fəaliyyət göstərdiyi Sipa Press foto agentliyi, onun çəkdiyi bu fotoları 20 mindən çox media qurumuna göndərdi. Fotojurnalist Reza Deqati və komandasının çəkdiyi fotoşəkillər və videolar sayəsində qan yaddaşımız “Qara Yanvar” nəinki unudulmur, bütün dünya mülki vətəndaşlara qarşı olan bu vəhşilikdən xəbər tutur.

Bundan əlavə, Reza Deqatinin 20-ci əsrin 80-ci illərinin əvvəllərindən başlayaraq xalqımıza qarşı törədilmiş qırğınlardan bəhs edən, 2014-cü ildə ingilis və fransız dillərində nəşr olunan “Günahsızların qətliamı” (“Massacre of the Innocents”) kitabı "Qara Yanvar" haqqında dünya miqyasında çap olunmuş mühüm və dərin əhatəli yeganə nəşrdir.

Kitabda 1990-cı il 20 Yanvar faciəsi və 1992-ci il 26 Fevralda Xocalıda törədilən soyqırımı zamanı fotomüxbirin çəkdiyi fotolar, həmçinin, dünyanın müxtəlif ölkələrində qanlı tariximizin tanıdılması ilə bağlı keçirilən tədbirlər, qaçqın və məcburi köçkün ailələrinin həyatını əks etdirən fotoşəkillər də yer alıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 Yanvar 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see674

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see367

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see223

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see202

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see189

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see184

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see180

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see179

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see176

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see175

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see175

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see173

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see170

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see170

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see169

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see169

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see166

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see163

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see162

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri