Rezai: İran Ağ Evdən real addımlar gözləyir
Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
İran ABŞ-yə etibar etmir və Vaşinqtondan real addımlar gözləyir.
Bakıvaxtı.az ISNA-ya istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai İraq Kürdüstanının aparıcı siyasi partiyalarından biri olan Kürdüstan Vətənsevərlər Birliyinin (KVB) sədri Bafil Cəlal Talabani ilə görüşdə deyib.
"Amerikaya heç bir vəchlə etibar etmirik, onlar əməli addım atmalı və bizim etibarımızı qazanmalıdırlar", - iranlı general bildirib.
O, görüşdə terror qruplaşmaları məsələsinə baxılmasının və sərhədlərdə təhlükəsizliyin yaradılmasının zəruriliyini vurğulayaraq, Kürdüstan regionunda İsrailin hərəkətləri barədə xəbərdarlıq edib. Rezai həmçinin iqtisadi əməkdaşlığın artırılmasını və inkişaf etdirilməsini vurğulayıb.
Bafil Talabani də iqtisadi, təhlükəsizlik və diplomatik əməkdaşlıqların inkişafını alqışlamaqla yanaşı, qruplaşmalar məsələsinin həlli və sərhədlərdə təhlükəsizliyin yaradılmasının zəruriliyini qabardıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 16 Sentyabr 2026 21:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















