Icma.az
close
up
RU
RF idman nazirinin müavini Gəncənin MDB Oyunlarına yüksək səviyyədə hazırlığını qeyd edib

RF idman nazirinin müavini Gəncənin MDB Oyunlarına yüksək səviyyədə hazırlığını qeyd edib

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Moskva, 29 sentyabr, AZƏRTAC

Azərbaycanda keçirilən III MDB Oyunlarında qələbə qazanan rusiyalı idmançılar nağd ödənişlər alacaqlar.

AZƏRTAC xəbər verir ki, bu barədə TASS-a Rusiya idman nazirinin müavini, Azərbaycanda keçirilən III MDB Oyunlarında bu ölkənin idman nümayəndə heyətinin rəhbəri Aleksey Morozov məlumat verib. O qeyd edib ki, MDB Oyunları Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə 2019-cu ildən keçirilir: birincisi 2021-ci ildə Kazanda, ikincisi isə 2023-cü ildə Belarusda baş tutub.

Morozovun sözlərinə görə, Rusiya komandası artıq ondan çox qızıl medal qazanıb və iki medal günündən sonra 13 qızıl, iki gümüş və iki bürünc medalla komanda hesabında birinci yeri tutur. Nazir müavini vurğulayıb ki, Azərbaycandakı yarışlar Gəncə, Qəbələ, Göygöl, Mingəçevir, Xankəndi, Yevlax, Şəki də daxil olmaqla 7 şəhərdə yerləşən 12 obyektdə keçirilir və gənc idmançıların beynəlxalq səviyyədə hazırlanmasında mühüm mərhələdir.

O, həmçinin Gəncədə hazırlığın yüksək səviyyədə olduğunu qeyd edərək, bu şəhəri Bakıdan sonra Azərbaycanın ikinci idman paytaxtı adlandırıb, həmçinin avarçəkmə yarışlarının keçirildiyi Mingəçevirdəki obyektlərin əhəmiyyətini vurğulayıb. Morozov Oyunların keçirildiyi bütün şəhərlərə səfər etmək, infrastrukturla tanış olmaq və azərbaycanlı mütəxəssislərlə təcrübə mübadiləsi aparmaq niyyətində olduğunu bildirib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Sentyabr 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see251

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see198

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see186

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see156

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see155

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see150

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see144

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see142

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see142

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see141

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see137

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see134

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see132

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri