Icma.az
close
up
RU
Riad Rəfiyevin məhkəməyə dediyi yalan AFFA və PFL münasibət bildirdi

Riad Rəfiyevin məhkəməyə dediyi yalan AFFA və PFL münasibət bildirdi

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

“Sumqayıt” klubunun prezidenti Riad Rəfiyev “matc.az” və “sports.az” saytlarının rəhbərləri İxtiyar Əsgərov və Anar Şabanoğludan məhkəməyə şikayət edib. Bir ay əvvəl həmkarlarımızdan Baş Prokurorluğa şikayət edən və bu addımı ilə qınaq obyektinə çevrilən klub rəhbəri bu dəfə məhkəmənin yolunu tutub. Rəfiyevin bu müddət ərzində "daşı ətəyindən tökmək istəməyib Nərimanov Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət ünvanlamasına iradımız yoxdur, yəqin ki, hüquq-mühafizə orqanlarımız ədalətli qərar çıxaracaq və söz azadlığını boğmaq istəyən birinin yersiz istəyi baş tutmayacaq.

Məsələ burasındadır ki, Riad Rəfiyev məhkəməni yanıltmağa çalışır. O, özünün "daha böyük funksioner" olduğunu göstərmək üçün məhkəməyə təqdim etdiyi şikayətində "xidmətini şişirtməkdən" çəkinməyib. "Sumqayıt"a rəhbərlik etdiyi dövrdə komandasının "Çempionlar Liqasına yüksəldiyini" qeyd edib. 


Azərbaycan futbolunda bunu da görəcəkmişik. "Sumqayıt" nə yatdı ki, nə də yuxu gördü?" "Yatmağına yatıb qaldığı vaxtlar az olmayıb, amma Riad bəyin "şirin yuxu"su heç vaxt çin olmayıb axı. Bəlkə o, menecer kimi futbolçu verdiyi hansısa klubun çempionluğunu özünün, belədə həm də "Sumqayıt"ın adına çıxır? Yəqin ki, hüquq-mühafizə orqanları Riad Rəfiyevin məhkəməni yanıltmağa yönəlmiş ittihamnaməsini gözdən keçirərkən bu məqamı nəzərə alacaq. 


"Matç.az" saytı bununla bağlı Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Peşəkar Futbol Liqasına sorğu ünvanlayaraq ölkə futboluna rəhbərlik edən qurumlardan “Sumqayıt”ın ölkəmizi nə vaxtsa Çempionlar Liqasında təmsil edib-etməməsini dəqiqlləşdiriblər.

Cavabları nəzərinizə çatdırırıq:

AFFA: “Sorğunuza cavab olaraq bildiririk ki, “Sumqayıt” Futbol Klubu ölkəmizi Çempionlar Liqasında təmsil etməyib. “Sumqayıt” Futbol Klubu 2020-21 mövsümündə Avropa Liqası, 2021-22 və 2023-24 mövsümlərində isə Konfrans Liqasında mübarizə aparıb”.

PFL: “Sorğunuza cavab olaraq bildiririk ki, “Sumqayıt” Futbol Klubu Azərbaycanı 2020-21 mövsümündə Avropa Liqası, 2021-22 və 2023-24 mövsümlərində isə Konfrans Liqasında təmsil edib. Klub Çempionlar Liqasında iştirak etməyib”.

Qeyd edək ki, Çempionlar Liqasında ölkəmizi yalnız Azərbaycan çempionu olmuş komanda təmsil edə bilər. “Sumqayıt” isə Riad Rəfiyevin dövründə nəinki Azərbaycan çempionu olub, heç ikinci yeri də tutmayıb.

Beləliklə, ölkə futboluna rəhbərlik edən qurumların rəsmi cavablarından bir daha aydın olur ki, Riad Rəfiyev məhkəməyə yalan məlumat verib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://fanat.az
archiveBu xəbər 06 Dekabr 2024 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see305

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see303

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see302

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see297

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see292

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see274

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see274

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see271

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see269

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see253

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see248

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see245

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see234

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see232

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see230

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see220

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see214

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see212

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see204

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri