Icma.az
close
up
RU
“Risk qrupu yalnız gənclərlə məhdudlaşmır...”

“Risk qrupu yalnız gənclərlə məhdudlaşmır...”

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Statistik təhlillər insan alveri cinayətlərinin strukturunda cinsi istismarın üstünlük təşkil etdiyini deməyə əsas verir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı komitə sədri Zahid Oruc bildirib. 

“Belə ki, 2025-ci ildə qeydə alınan faktların 76,8 faizini məhz cinsi istismar halları təşkil edib, məcburi əmək cəmi 0,5 faiz səviyyəsində qeydə alınıb. Digər 22, 7 faiz isə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə bağlı olub. 

Eyni zamanda, uzunmüddətli statistik dinamika da diqqətəlayiqdir. 2005–2010-cu illərdə insan alveri cinayətlərinin sayı 200-dən yuxarı olduğu halda, sonrakı illərdə mərhələli azalma müşahidə olunub, 2025-ci ildə göstərici 198 fakt təşkil edib. Qurbanların sayında da oxşar tendensiya müşahidə edilir-2000-ci illərin ortalarında 90–100 arası dəyişən göstəricilər 2025-ci ildə 46 nəfərə qədər enib. Əldə olunan nəticələr, Daxili İşlər Orqanlarının digər hakimiyyət institutları ilə birlikdə həyata keçirdiyi tədbirlərin əməli nəticələri sayıla bilər.

Diqqət çəkən digər mühüm statistik məqam insan alveri qurbanlarının demoqrafik göstəriciləridir. 2025-ci ildə müəyyən edilən 46 qurbanın 61 faizi 25–35 yaş aralığında, 30 faizi isə 35 yaşdan yuxarı şəxslər olub. 18–25 yaş aralığında olan qurbanlar isə cəmi 9 faiz təşkil edib. Nəticələr göstərir ki, risk qrupu yalnız gənclərlə məhdudlaşmır və daha geniş yaş kateqoriyalarını əhatə edir.

Bundan əlavə, 2005–2025-ci illər üzrə ümumi statistikaya nəzər yetirdikdə, insan alveri qurbanlarının mütləq əksəriyyətinin qadınlar olduğu müşahidə olunur. Belə ki, hesabat dövründə müəyyən edilən 1.487 qurbanın təxminən 1.400-ü qadın, cəmi 87-si kişi olub. Disbalans gender əsaslı risq faktorlarının mövcudluğunu bir daha təsdiqləyir”, - komitə sədri qeyd edib.

Nuranə Daxilqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 08 May 2026 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri