Icma.az
close
up
RU
Riskli manevrlər etmək və yarışmaq olmaz AYNA dan skuter sürənlərə ÇAĞIRIŞ FOTO

Riskli manevrlər etmək və yarışmaq olmaz AYNA dan skuter sürənlərə ÇAĞIRIŞ FOTO

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son günlər skuter istifadəçilərinin iştirakı ilə paytaxt ərazisində baş verən qəzalar bu istiqamətdə maarifləndirmə tədbirlərinin artırılmasına ehtiyac yarandığını göstərir. Dəfələrlə Daxili İşlər Nazirliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən skuter sürənlərə çağırışlar edilsə də, yenə də bu nəqliyyat vasitəsilə qəza törədənləri görmək mümkündür.

Avtosfer.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi yenə skuter istifadəçilərinə çağırış edib. Çağırışda bildirilib ki, nəqliyyat sıxlığının azaldılması, ətraf mühitin qorunması və fiziki fəallığın artırılması baxımından mikromobillik vasitələrindən istifadə böyük önəm daşıyır.

“Bu baxımdan AYNA tərəfindən mikromobillik şəbəkəsinin genişləndirilməsi əsas fəaliyyət istiqamətlərindən biridir. Məqsəd xüsusilə yaxın məsafələrə səfərlər zamanı mikromobillik vasitələrini yol hərəkəti iştirakçıları üçün nəqliyyat vasitəsinə çevirməkdir. 

Zolaqların əhatəliliyi böyüdükcə, mikromobillik vasitələrindən istifadə edənlərin sayı da artır. Çünki mikromobillik zolaqlarında insanlar özlərini daha təhlükəsiz hiss edir və mənzil başına zamanında çata bilirlər. Hazırda Bakı şəhərində mikromobillik vasitələrinə olan aylıq sifariş sayı yarım milyona yaxınlaşır. Bu rəqəm yalnız kirayə xidmətindən istifadə edənlərə aiddir və nəzərə alsaq ki, şəxsi velosiped və skuterlərindən istifadə edənlər də var, demək, rəqəmlər daha yüksəkdir. 
Mikromobillik vasitələrindən, xüsusilə skuterlərdən istifadə edənlərin sayı artdıqca, təhlükəsizlik məsələsi də əsas prioritetə çevrilir. AYNA tərəfindən mütəmadi olaraq  skuter istifadəçilərinə təhlükəsizlik qaydalarına əməl etmələri ilə bağlı çağırış olunur. 
Skuter istifadəçilərinin diqqət etməli olduğu vacib məqamlar var: 
-    Skuter istifadə edərkən onun texniki sazlığına əmin olmaq lazımdır. Bu zaman əyləc sistemi, təkərlərin vəziyyəti, işıqlandırma, sükanın idarəetməsi və batareya səviyyəsi nəzərdən keçirilməlidir; 
-    Skuterdən tək istifadə etmək lazımdır. Bir skuterdə iki nəfərin hərəkət etməsi tarazlığın pozulmasına səbəb olur, qəza riskini artırır; 
-    Skuterdən istifadə zamanı sükanı iki əllə saxlamaq lazımdır; 
-    Skuterdən istifadə edən zaman riskli manevrlər etmək və yarışmaq olmaz. Bu, həm skuter istifadəçisi, həm də digər yol iştirakçıları üçün ciddi təhlükə yaradır;
-    Mikromobillik zolağı olmayan hissələrdə yolun sağ tərəfi ilə hərəkət etmək vacibdir;
-    Piyada zolağına çatdıqda skuterdən enmək və yolu piyada kimi keçmək önəmlidir;
-    Skuterdən istifadə zamanı yol nişanları, nişanlanma xətləri və işıqforun siqnallarına əməl etmək mütləqdir; 
-    Skuterdə yüksək səslə musiqi dinləmək məsləhət görülmür. Bu, diqqəti yayındırır, siqnalları və ətrafdakı səsləri eşitməyə mane olur. 

Xatırladaq ki, qanunvericiliyə görə, kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə cərimə müəyyən edilir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 10 Sentyabr 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see293

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see269

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see199

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see196

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see142

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see141

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see140

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see138

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see135

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri