Icma.az
close
up
RU
Riskli proses başladı: yeni müharibə anonsu Mühüm məqamlar

Riskli proses başladı: yeni müharibə anonsu Mühüm məqamlar

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda su qıtlığı hər il daha da kəskinləşir. Bu konteksdə Dövlət Su Ehtiyatları Agentliyinin rəhbəri Zaur Mikayılovun fikirləri diqqət çəkib. O qeyd edib ki, ölkədə şirin su ehtiyatları 25 faiz azalıb. Ekspertlər bildirirlər ki, bu gedişat kənd təsərrüfatını və maldarlığı iflic edir, üstəlik demoqrafik tarazlığa da zərbə vurur. Beləliklə, kəndlərdən şəhərlərə kütləvi köç sürətlənir.

Azərbaycanda içməli və suvarma su ehtiyatlarının azalmasının əsas səbəbləri nələrdir? Kənd demoqrafiyasına təsirini minimuma endirmək üçün hansı addımlar atılmalıdır?

Globalinfo.az-a danışan kənd təsərrüfatı üzrə ekspert Allahverdi Mustafayev deyib ki, su qıtlığı qlobal iqlim dəyişiklikləri fonunda gələcək illərin ən böyük problemlərindən birdir:

“Gələcək müharibələrin su uğrunda baş verəcəyi istiqamətində fikirlər də formalaşıb və bu, reallığı əks etdirir. Çünki su resursları tükənir, iqlim dəyişiklikləri isə yağıntıların miqdarını azaldır. Kənd təsərrüfatı birbaşa təbii şəraitdən asılı olduğuna görə bu prosesin təsiri güclüdür. Belə vəziyyətdə passiv gözləmə mövqeyi tutmaq olmaz. Azərbaycanda gələcək planlar çərçivəsində süni yağışların yaradılması kimi innovativ üsulların tətbiqi nəzərdə tutulur. Mövcud su resurslarından səmərəli istifadə vacibdir. Ənənəvi, “vəhşi sulama” adlandırılan üsullar əvəzinə, damcılı suvarma sistemlərinə keçid təmin edilməlidir. Bu mənada İsrailin təcrübəsi yaxşı nümunədir. Belə ki, orada dəniz suyu təmizlənir və şirin suya çevirilir. Nəticədə həmin resursla kənd təsərrüfatı məhsulları istehsal olunaraq ixrac edilir. Şirin su mənbələrinin tükənməsi gələcək üçün ciddi risk yaradır. Bu təhlükəni ağıllı idarəetmə, innovativ texnologiyalar və yeni yanaşmalarla azaltmaq mümkündür”.

Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini, sosioloq Elçin Bayramlı bildirib ki, Azərbaycanda su ilə bağlı problem artıq 20-25 ildir davam etsə də, bu sahədə əsaslı islahatlar həyata keçirilməyib:

“Halbuki su təsərrüfatı dövlət büdcəsindən və xarici kreditlər hesabına ən çox maliyyə alan sahələrdən biridir. Buna baxmayaraq, hər il həm içməli su təchizatı, həm də suvarma ilə bağlı çətinliklər artır. Nəticədə iki istiqamətdə mənfi təsir yaranır: bir tərəfdən əhalinin içməli su təminatı həm həcm, həm də keyfiyyət baxımından zəifləyir, digər tərəfdən, kənd təsərrüfatında suvarma çatışmazlığı məhsuldarlığın azalmasına, əkinlərin yanmasına və iqtisadi itkilərə səbəb olur. Azərbaycan su ehtiyatlarına görə dünyada aşağı göstəriciyə malikdir və BMT-nin “su stresi altında olan ölkələr” siyahısına daxildir. Qafqaz regionunda da ən az su ehtiyatı ölkəmizdədir – Gürcüstandan təxminən altı, Ermənistandan isə iki dəfə azdır. Su ehtiyatlarının 70 faizi transsərhəd çaylardan və başqa yollarla formalaşır, yalnız 30 faizi daxili mənbələr hesabınadır. Buna görə də hər hansı qlobal su böhranı baş verərsə, xarici mənbələrdən asılılıq vəziyyəti daha da ağırlaşdıracaq”.

Elçin Bayramlı

Sosioloq qeyd edib ki, problemin həlli üçün ölkənin su ehtiyatları elmi əsaslarla yenidən qiymətləndirilməlidir:

“Son belə qiymətləndirmə hələ sovet dövründə, 1980-ci illərdə aparılıb və 27 milyard kubmetr su ehtiyatı müəyyən edilib. Bu göstəricilər hazırda dəqiqləşdirilməlidir. İkinci məsələ su resurslarının səmərəli idarə olunması və itkilərin azaldılmasıdır. Hazırda Azərbaycanda su itkiləri 35-40 faiz təşkil edir, bu da dünya üzrə qəbul edilən 4-5 faiz göstəricisindən dəfələrlə çoxdur. Bu vəziyyət köhnə infrastruktur, vaxtında çəkilməyən kanallar və az sayda su anbarlarının mövcudluğu ilə bağlıdır. Yeraltı su ehtiyatlarının istismarı üçün artezian quyularının sayı artırılmalı, kiçik çaylar üzərində yeni su anbarları tikilməlidir. Suvarmada qənaətcil texnologiyalar, xüsusilə damcılı və çiləmə sistemləri tətbiq edilməlidir. Dövlət fermerlərin bu texnologiyaları qurması üçün güzəştli kredit mexanizmləri yaratmalıdır. Eyni zamanda, içməli suyun sənayedə texniki məqsədlərlə istifadəsinə son qoyulmalı, bu məqsədlər üçün alternativ texniki su mənbələri ayrılmalıdır. Torpaq kanallarda su itkisini azaltmaq üçün su xətləri beton və ya boru sistemlərinə keçirilməlidir. Bundan əlavə, sensor kranlar kimi qənaətcil avadanlıqların istifadəsi, yağış sularının toplanması və təkrar emal olunmuş suların sənaye sahələrində istifadəsi genişləndirilməlidir”.

E.Bayramlı xatırladıb ki, qlobal proqnozlara görə, qarşıdakı onillikdə quraqlıq və su qıtlığı daha da artacaq:

“Prezident İlham Əliyev də bir neçə il əvvəl keçirilən müşavirədə bu problemi xüsusi vurğulayıb, 35-40 faizlik su itkisini “yolverilməz” adlandırıb. Dövlət bu sahəyə böyük vəsait ayırsa da, məsul qurumların səmərəsiz fəaliyyəti və nəzarətsizlik nəticəsində gözlənilən nəticə əldə olunmayıb. Suyun əsas hissəsini sənaye müəssisələri və aqrar sektor istifadə edir, əhali isə ümumi sərfiyyatda nisbətən az paya malikdir. Buna görə də əsas diqqət istehsal və suvarma sahələrində itkilərin azaldılmasına yönəldilməlidir. Su ehtiyatlarının qorunması, səmərəli idarə olunması və qənaətcil texnologiyaların tətbiqi Azərbaycanın gələcək su təhlükəsizliyinin əsas şərtidir. Əks halda, ölkə həm iqtisadi, həm də sosial baxımdan ciddi problemlərlə üzləşəcək”.

Ləman İmran
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Oktyabr 2025 08:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see413

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see406

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see314

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see304

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see271

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see270

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see263

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see258

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see255

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see247

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see246

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see230

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see215

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see212

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see208

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see205

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see204

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see200

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see198

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri