Icma.az
close
up
RU
McDonald’s ın şəxsi məlumatları sızdırıldı

McDonald’s ın şəxsi məlumatları sızdırıldı

Icma.az, Sfera.az saytına istinadən bildirir.

Dünyanın nəhəng fast-food şəbəkələrindən biri olan McDonald’s ciddi kibertəhlükəsizlik qalmaqalı ilə üzləşib. Şirkətin işə qəbul prosesi üçün istifadə etdiyi süni intellekt əsaslı “McHire” adlı platformada təhlükəsizlik boşluğu aşkar edilib. Nəticədə 64 milyondan çox iş müraciəti məlumatlarının internetdə ifşa olunması riski yaranıb.

Sfera.az xəbər verir ki, məsələ iyunun sonunda kibertəhlükəsizlik üzrə tədqiqatçılar Ian Carroll və Sam Curry tərəfindən ortaya çıxarılıb. Onlar platformada admin girişi üçün istifadə olunan test hesabının loqin və parolunun sadəcə “123456” olduğunu müəyyən ediblər. İcazəsiz daxil olduqdan sonra isə ID nömrələrini dəyişdirərək digər müraciətçilərin məlumatlarına rahatlıqla baxmaq mümkün olub.

Məlumatlara ad, soyad, telefon nömrəsi, e-poçt ünvanı, yaşayış yeri və müraciət tarixçəsi daxil idi. Yəni, bu boşluq kiberdələduzluq, fişinq hücumları və digər təhlükəli hallar üçün şərait yarada bilərdi.

Məlumat sızması baş verdikdən dərhal sonra McDonald’s və platformanı idarə edən Paradox.ai şirkətinə məlumat verilib. Şirkət məsələni 24 saat ərzində aradan qaldırdığını bildirsə də, bu fakt süni intellekt texnologiyalarından istifadə edilən sistemlərin belə çox sadə və bəsit boşluqlarla təhlükəyə atıla biləcəyini göstərir.

Paradox.ai tərəfindən bildirilib ki, boşluqdan yalnız etik hakerlər istifadə edib və real zərərli müdaxilə qeydə alınmayıb. Həmçinin, gələcəkdə bu kimi hallar üçün “bug bounty” proqramı və daha sərt təhlükəsizlik tədbirlərinin tətbiq olunacağı qeyd olunub.

Qeyd edək ki, McHire platformasından ABŞ-dəki McDonald’s restoranlarının 90 faizi istifadə edir. Bu, təkcə şirkət üçün deyil, yüz minlərlə insanın şəxsi təhlükəsizliyi üçün də ciddi riskdir.

Firuzə Əliyeva
Sfera.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:291
embedMənbə:https://sfera.az
archiveBu xəbər 11 İyul 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see377

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see280

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see228

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see225

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see217

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see210

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see207

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see205

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see200

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see195

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see190

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see189

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see187

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see184

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see177

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see171

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see170

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri