Netanyahunun ofisi şəxsi məlumatları sızdırıb?
Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İsrail prokurorları İsrail baş nazirinin dəftərxanasına qarşı istintaqa başlayıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, baş nazirlik ofisindən olan şəxslərin baş nazir Binyamin Netanyahu başda olmaqla bir çox yüksək səviyyəli hökumət rəsmilərinin açıqlamalarını dəyişdirdiyi bildirilib.
Bundan əlavə, yalnız İsrail ordusuna və İsrail kəşfiyyatına məxsus məxfi sənədlər mətbuata sızdırılıb, məmurlar “həssas görüntülərlə” şantaj edilib.
İddialara görə, Netanyahunun köməkçiləri kabinet iclaslarında müzakirə olunan mövzuları və deyilənlərin qeydlərini sonradan dəyişib.
Xüsusilə HƏMAS və təşkilata qarşı əməliyyatlarla bağlı mövzu başlıqları dəyişdirilib. Hökumət iclaslarının qeydlərinin dəyişdirilməsi İsrail qanunlarına görə cinayət sayılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 11 Noyabr 2024 17:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















