Icma.az
close
up
RU
Ritmə qarşı rəqs müsabiqəsi yekunlaşıb AZƏRTAC

Ritmə qarşı rəqs müsabiqəsi yekunlaşıb AZƏRTAC

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 15 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "CAVAN" Gənclər Hərəkatı İctimai Birliyinin təşkilatçılığı və "Dəniz Mall"ın tərəfdaşlığı ilə qızlar və oğlanlar arasında keçirilən "Ritmə qarşı" rəqs müsabiqəsi yekunlaşıb. Müsabiqə istedadlı gənclərin potensialının gücləndirilməsi, incəsənətə və rəqsin müxtəlif üslublarına olan marağı artırmaq məqsədini uğurla həyata keçirib.

AZƏRTAC xəbər verir ki, "All styles" formatında təşkil olunan müsabiqə 16-29 yaş arası rəqqasları bir araya gətirib. Onlar səhnədə öz bacarıqlarını nümayiş etdirərək həm münsifləri, həm də tamaşaçıları heyrətləndiriblər. İştirakçılar ardıcıl "battle"larla rəqabəti zirvəyə daşıyıblar.

Münsiflər heyəti - "Nero Dance Crew"in yaradıcısı Nərgiz Useynova, “breakdance” dünyasının birincilərindən olan B-boy Stimo və Cas ən yaxşı çıxışları qiymətləndiriblər. Günün yekununda nominasiyalar üzrə "Ritmə qarşı 2024" layihəsinin qalibləri seçilib və hədiyyələrlə mükafatlandırılıb.

"Ritmə qarşı" rəqs müsabiqəsi təkcə yarışma deyil, həm də dostluq, birlik və istedadların bayramıdır. Həmin unudulmaz gün həm iştirakçılar, həm də tamaşaçılar üçün rəqsin və musiqinin birləşdirici gücünü bir daha təsdiq edib. Tədbir möhtəşəm xatirələrlə yaddaşa həkk olunub və gələcəkdə keçiriləcək oxşar layihələr üçün ilham mənbəyi olub.

"CAVAN" Gənclər Hərəkatı İB-nin icraçı direktoru Ənvər İsmayılzadə AZƏRTAC-a müsahibəsində layihənin ikinci dəfə keçirildiyini bildirib: "Keçən il martın 8-də pilot olaraq qadınlar arasında keçirilmişdisə, bu il qadınlar və kişilər arasında təşkil olunub. İştirakçılar üç nominasiya üzrə yarışdılar: cavanların seçimi, birinci və ikinci yerlər. Cavanların seçimi sırf yeni debüt etmiş rəqqaslara aiddir.

Müsabiqənin məqsədi yaradıcı gənclərin potensialının daha da yüksəldilməsi və onların daha geniş auditoriyada tanınmasını təmin etməkdir. Eyni zamanda məqsəd gəncləri asudə vaxtlarını daha səmərəli keçirməyə, onların zərərli vərdişlər əvəzinə idmana, rəqsə yönəltməkdir.

Azərbaycanda rəqs üzrə yarışlar çox deyil, gənclər öz istedadlarını çox göstərə bilmirlər. Biz onlara şərait yaradırıq ki, potensiallarını nümayiş etdirə bilsinlər.

Layihəni gələcəkdə regionlarda da keçirməyi planlaşdırırıq. Müsabiqənin azad edilmiş ərazilərdə də təşkili nəzərdə tutulur. Düşünürəm ki, müsabiqənin Şuşada keçirilməsi böyük rezonans doğura bilər".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Dekabr 2024 20:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see484

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see372

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see326

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see307

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see293

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see270

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see261

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see251

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see241

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see235

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see231

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see227

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see222

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see215

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see213

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see206

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see203

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see200

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see186

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri