Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

A Seriyası: 19 illik rekord təkrarlandı

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

“River Pleyt” ardıcıl 3 cü dəfə məğlub oldu!

“River Pleyt” ardıcıl 3 cü dəfə məğlub oldu!

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Argentina çempionatının Klausura (bağlanış) mərhələsinin 11-ci turundan sonra A qrupunda birdən-birə 4 komandanın şərikli liderliyi formalaşdı, B qrupunda isə “Deportivo Riestra” 1-ci pillədəki yerini qorudu.

"Football-plus.az" xəbər verir ki, A qrupunda tura lider kimi başlayan “Union”un mövqeyini qorumaq ehtimalı yüksək idi. Lakin Leonardo Madelonun çalışdırdığı komanda evdə gözlənilmədən autsayderə uduzdu. Qeyd edək ki, “Aldosivi” ilk 10 oyunda qələbənin nə olduğunu bilməmişdi. Üç matçda heç-heçəyə nail olan və yalnız bir qol vuran Mar del Plata klubu Santa Fedə mükəmməl oyun sərgilədi. Əvvəlcə meydan sahiblərinin hücumlarının qarşısını aldı, fasilədən sonra isə bir qədər cəsarətli oyun sərgiləməklə iki cavabsız qolla qələbə həsrətinə son qoydu. Gilyermo Farrenin sentyabrda təyinat aldığı komandası ilk dəfə qalib gəlsə də, sonuncu yerdən qurtula bilmədi. “Union” isə vahid lider statusunu itirdi.
Liderin izləyiciləri də turu xal itkisi ilə başa vurdular. Tura topların daha yaxşı fərqinə əsasən 2-ci yerdə başlayan “Barrakas Sentral” 3-cü sıradakı “Estudiantes”in qonağı oldu. A qrupunda liderliyə birbaşa təsir edən matçda qalib müəyyənləşmədi. Karrilyo fasilə ərəfəsində ev sahiblərini hesabda önə keçirdi, Kandia isə ikinci hissənin əvvəlində cavab qolunu vurdu. 1:1 hesablı heç-heçə “Barrakas Sentral” ilə “Estudiantes”in xalını 17-yə artırdı və hər iki komanda cədvəldə bir pillə gerilədi.
Maraqlıdı ki, A qrupunda tura hərəyə 15 xalla 4-5-ci yerləri bölüşməklə başlayan “Defensa y Xustisiya” ilə “Tiqre” də bir-birinə rəqib oldular. Viktoriya şəhərində keçirilən matç da 1:1 hesabıyla sona çatdı. Bu komandalar da cədvəldə bir pilə geri düşdülər.
Çünki bu qrupda tura 14 xalla 6-cı yerdə başlayan “Boka Xuniors” evdə “Nyuellz Old Boyz”a böyük hesabla qalib gəlməklə şərikli liderlərin sırasına qoşuldu. Rəqib qapısından 5 cavabsız top keçirən Migel Anxel Russonun komandası xalını 17-yə çatdırdı. Topların fərqinə əsasən “Union”, “Barrakas Sentral” və “Estudiantes”i arxada qoyan ölkə nəhəngi 1-ci yerə çıxdı.
Mövsümün ikinci mərhələsinə uğursuz başlayan vitse-çempion bu dəfə hesabına maksimum xal yazdı. “Atletiko Urakan” evdə “Banfild”i bir cavabsız qolla üstələdi. Frank Kudelkanın komandası bu qələbə ilə 11-ci pillədən 7-yə yüksəldi. “Atletlər” pley-offa vəsiqə verən ilk “8-liy”ə daxil oldular.
B qrupunda 9-cu turdan sonra liderliyi ələ alan “Deportivo Riestra” evdə iki xal itirdi. Liderin əsas izləyicisi “Veles Sarsfild” ilə oyunu 2:2 hesabıyla nəticələndi. Bu nəticə Qustavo Benitesin komandasının 1-ci pillədəki yerini qorudu. “Veles” isə 2-ci yerdə qaldı.
Tura 3-cü yerdə başlayan “River Pleyt” azarkeşlərinə daha bir məyusluq yaşatdı. 9-cu turda səfərdə “Atletiko Tukuman”dan (0:2) xal ala bilməyən ölkə nəhəngi liderliyini itirmişdi. Onda Klausurada ilk dəfə uduzan Marselo Qalyardonun komandası “Deportivo Riestra” ilə növbəti oyunda (1:2) da hesabına xal yaza bilməmişdi. Ölkə nəhəngi bu dəfə səfərdə 1:2 hesabıyla “Rosario Sentral”a uduzdu. Bu, artıq dərin böhran sayılır. Libertadores Kubokunda mübarizəni 1/8 finalda dayandıran “River” çempionatda ardıcıl 3-cü məğlubiyyətlə 4-cü yerə düşdü.
Bu qrupda 3-cü yerə isə “Lanus” yüksəldi. “San Lorenso” üzərində 2:1 hesablı qələbə Maurisio Pelleqrinonun komandasını liderə yaxınlaşdırdı: “Lanus” indi “Deportivo Riestra”dan 3 xal geri qalır.
Mövsümün Apertura (açılış) adlanan ilk mərhələsinin qalibi olan “Platense” bu gedişlə ilk “8-liy”ə düşə bilməyəcək. Qeyri-sabit çıxışını davam etdirən Kristian Qonsalesin komandası “Atletiko Tukuman”a 0:2 hesabıyla uduzdu. Son çempion 10-cu yerdən 13-ə yuvarlandı.
qrup mərhələsi, 11-ci tur
Union - Aldosivi 0:2
Cani, 63. Serato, 90+8.
Estudiantes - Barrakas Sentral 1:1
Karrilyo, 33 - Kandia, 49.
Tiqre - Defensa y Xustisiya 1:1
X.Lopes, 26 – Lukas Qonsales, 45+2.
Boka Xuniors - Nyuellz Old Boyz 5:0
M.Ximenes, 7; 24. Kosta, 32. B.Agirre, 50. Blanko, 59.
Arxentinos Xuniors - Sentral Kordoba 0:0
Deportivo Riestra - Veles Sarsfild 2:2
A.Dias, 38. X.Errera, 55 – Maqalyan, 45+1. M.Ramires, 87.
Rosario Sentral - River Pleyt 2:1
İbarra, 21. Malkorra, 57 – Borxa, 10.
Lanus - San Lorenso 2:1
Markiç, 29. Bou, 53 – Eraso, 78.
Atletiko Tukuman - Platense 2:0
Ruis Rodriges, 48. Qalvan, 53.
Sarmyento - Ximnasiya 0:1
M.Torres, 45+2-p.
San Martin San Xuan - İnstituto 0:0
Atletiko Urakan - Banfild 1:0
L.Ximenes, 45+1.
Qodoy Krus - İndependyente 1:1
Ausmendi, 52 – Montyel, 23-p.
Talyeres de Kordoba - Belqrano 0:0
Rasinq - İndependyente Rivadaviya 0:0
A qrupu
1. Boka Xuniors 11 4 5 2 18-8 17
2. Union 11 4 5 2 15-10 17
3. Barrakas Sentral 11 4 5 2 13-11 17
4. Estudiantes 11 5 2 4 12-12 17
5. Defensa y Xustisiya 11 4 4 3 12-10 16
6. Tiqre 11 4 4 3 10-8 16
7. Atletiko Urakan 11 4 4 3 6-8 16
8. Arxentinos Xuniors 11 4 3 4 12-8 15
9. Sentral Kordoba 11 3 6 2 12-9 15
10. Belqrano 11 3 5 3 10-8 14
11. Banfild 11 4 2 5 9-14 14
12. Rasinq 11 3 3 5 10-12 12
13. İndependyente Rivadaviya 11 2 5 4 10-12 11
14. Nyuellz Old Boyz 11 2 4 5 9-17 10
15. Aldosivi 11 1 3 7 3-14 6
B qrupu
1. Deportivo Riestra 11 7 2 2 16-8 23
2. Veles Sarsfild 11 6 4 1 16-7 22
3. Lanus 11 6 2 3 11-9 20
4. River Pleyt 11 5 3 3 18-11 18
5. Rosario Sentral 10 4 6 0 11-5 18
6. San Lorenso 11 4 4 3 9-8 16
7. Atletiko Tukuman 11 4 3 4 13-11 15
8. Ximnasiya 11 4 1 6 7-12 13
9. Sarmyento 10 3 3 4 8-11 12
10. İnstituto 11 2 6 3 5-11 12
11. San Martin San Xuan 11 2 5 4 8-11 11
12. Talyeres de Kordoba 11 2 5 4 5-9 11
13. Platense 10 2 4 4 10-15 10
14. Qodoy Krus 11 1 6 4 9-14 9
15. İndependyente 10 0 6 4 6-10 6
Bombardirlər: R.Martines (Platense) - 7, Di Mariya (Rosario Sentral), Qaloppo (River Pleyt), X.Errera (Deportivo Riestra) - 5.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 13 Oktyabr 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see668

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see439

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see401

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see285

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see279

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see275

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see249

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see244

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see231

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see224

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see220

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see219

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see213

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see212

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see209

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see198

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see198

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see195

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see190

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri