Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

“River Pleyt”: ardıcıl 2 ci məğlubiyyət

“River Pleyt”: ardıcıl 2 ci məğlubiyyət

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Argentina çempionatının Klausura (bağlanış) mərhələsinin 10-cu turundan sonra A qrupunun liderlər qrupunda vəziyyət olduğu kimi qaldı, B qrupunda isə “Deportivo Riestra” liderliyini qorudu.

"Football-plus.az" xəbər verir ki, A qrupunda tura liderlər qrupunda başlayan hər üç komanda xal itirdi. 8-ci turda topların daha yaxşı fərqinə görə 1-ci yerə yüksələn “Union” evdə “İndependyente Rivadaviya” ilə 2:2 hesablı heç-heçəyə razılaşandan sonra “Banfild”dən də bir xal ala bildi. Leonardo Madelonun çalışdırdığı komanda iki xal itkisinə baxmayaraq, qrupun vahid lideri kimi mövqeyini yenə qorudu.
Ona görə ki, liderin izləyiciləri də turu xal itkisi ilə başa vurdular. “Barrakas Sentral” öz meydanında “Belqrano” ilə 1:1 hesabına razılaşdı. Amma ardıcıl ikinci oyunda büdrəmə Ruben İnsuanın komandasının 2-ci yerdəki mövqeyinə təsir etmədi. Çünki tura “Barrakas Sentral” kimi 15 xalla başlayan “Estudiantes” də səfərdə “Nyuellz Old Boyz” ilə eyni hesaba razılaşdı. Qələbəni son dəqiqələrdə əldən verən “tələbələr” 3-cü yerdə qaldılar.
Maraqlıdı ki, bu qrupda tura 14 xalla 4-5-ci yerləri bölüşməklə başlayan komandaların heç biri xal qazana bilmədi. “Boka Xuniors” səfərdə “Defensa y Xustisiya”ya 1:2 hesabıyla uduzdu. Bütün qolları son 20 dəqiqədə vurulan matçın həlledici mərhələsi çox maraqlı alındı. Osorio 84-cü dəqiqədə penalti ilə ev sahiblərini önə keçirdi, 4 dəqiqə sonra Paredes də eyni vəziyyətdə hesabı bərabərləşdirdi. Əsas vaxta əlavə olunan dəqiqələrdə isə həmin Osorio komandasına qələbə qazandırdı. Ardıcıl iki heç-heçədən sonra alınan məğlubiyyət Migel Anxel Russonun çalışdırdığı “Boka Xuniors”u 4-cü yerdən 6-ya saldı. Öz meydanında “Tiqre”yə minimal hesabla uduzan “Sentral Kordoba” isə cədvəldə üç pillə geriləməklə 8-ci yerə yuvarlandı. İndi A qrupunda 4-5-ci yerləri hərəyə 15 xala malik olan “Defensa y Xustisiya” ilə “Tiqre” tuturlar.
Mövsümün ikinci mərhələsinə uğursuz başlayan vitse-çempionun da işləri qaydasında getmir. Startdakı böhrandan çıxan “Atletiko Urakan” yenidən xalları sağa-sola “xərcləməklə” məşğuldu. Frank Kudelkanın komandası səfərdə “İndependyente Rivadaviya”dan bir xal ala bildi. Qolsuz “sülh” vitse-çempionun A qrupunun 11-ci pilləsindəki yerini dəyişmədi. Növbəti eniş “atletlər”i pley-offa vəsiqə verən ilk “8-lik”dən kənarda qoya bilər.
B qrupunda baş verən hadisələr də maraqlıdı. Əvvəlki turda səfərdə “Atletiko Tukuman”dan (0:2) xal ala bilməyən “River Pleyt” liderliyini itirmişdi. Ölkə nəhəngi Klausurada ilk dəfə uduzmuş, “Deportivo Riestra” ilk dəfə liderliyə yüksəlmişdi. Hesabat turunda bu komandalar arasındakı oyunun nəticəsi böyük maraq doğururdu. “River Pleyt” evdə qalib gəlməklə əvvəlki mövqeyini geri qaytaracaqdı. Lakin Marselo Qalyardonun komandası hesabına bir xal belə yaza bilmədi. Halbuki “milyonçular” oyun palnında rəqibini aşkar üstələdilər. Topa 82 faiz sahib olan paytaxt təmsilçisi qapıya 21, qapı çərçivəsinə isə 9 zərbə endirdi. Dəqiq zərbələrdən 8-ni zərərsizləşdirən qonaqların qapıçısı Arse matçın qəhrəmanı adına ən layiq oyunçu idi. Doğrudu, onun komandasına qələbə gətirən qolları Alonso ilə Pedro Ramires vurdular. Hər iki qolun ötürməsini yarımmüdafiəçi Monxenin verdiyini də qeyd edək. Qalopponun qolu isə “River” üçün kiçik təsəlli oldu. Ölkə nəhəngi üzərində supereffekli oyunla qalib gələn Qustavo Benitesin komandası 1-ci pillədəki yerini qorudu. Ardıcıl ikinci məğlubiyyət isə “River”i 3-cü yerə saldı.
Bu qrupda tura 3-cü yerdə başlayan “Veles Sarsfild” evdə “Atletiko Tukuman”a 3:1 hesabıyla qalib gəldi. “River Pleyt”in büdrəməsindən yararlanan paytaxt komandası xalını 21-ə çatdırmaqla 2-ci yerə çıxdı. B qrupunda 4-cü yeri əvvəlki kimi “Lanus” tutur.
Mövsümün Apertura (açılış) adlanan ilk mərhələsinin qalibi olan “Platense” qeyri-sabit çıxışını davam etdirir. Kristian Qonsalesin komandası bu dəfə hesabına xal yaza bildi. “San Martin San Xuan” ilə 2:2 hesablı “sülh” son çempionu 11-ci yerdən 10-a yüksəltdi. İlk hissədə hesabı bərabərləşdirən Ronaldo Martines çempionatda 7-ci qolunu vurmaqla bombardirlərin siyahısında liderliyini bir qədər də möhkəmləndirdi.
qrup mərhələsi, 10-cu tur
Banfild - Union 0:0
Barrakas Sentral – Belqrano 1:1

Kandia, 16 – Xara, 49.
Nyuellz Old Boyz - Estudiantes 1:1
Lolyo, 90+1 – Mesa, 75.
Defensa y Xustisiya - Boka Xuniors 2:1
Osorio, 84-p.; 90+4 – Paredes, 88-p.
Sentral Kordoba - Tiqre 0:1
Kabrera, 60.
River Pleyt - Deportivo Riestra 1:2
Qaloppo, 25 – Alonso, 12. P.Ramires, 51.
Veles Sarsfild - Atletiko Tukuman 3:1
Brayan Romero, 36; 39. Valdes, 90+4 – Baxamiç, 14.
İnstituto - Lanus 0:0

San Lorenso - Qodoy Krus 2:0
Q.Ernandes, 45. Kuelyo, 53-p.
Platense - San Martin San Xuan 2:2
R.Martines, 12. M.Rodriges, 90+5 - D.Qonsales, 3. T.Fernandes, 67.
Ximnasiya - Rosario Sentral 0:3
Velis, 2. E.Ximenes, 83. Di Mariya, 86.
Aldosivi - Arxentinos Xuniors 0:2
Serato, 76-öz qapısına. E.Lopes, 80.
Talyeres de Kordoba - Sarmyento 1:0
Bustos, 88.
Rasinq - İndependyente 0:0
İndependyente Rivadaviya - Atletiko Urakan 0:0
A qrupu
1. Union 10 4 5 1 15-8 17
2. Barrakas Sentral 10 4 4 2 12-10 16
3. Estudiantes 10 5 1 4 11-11 16
4. Defensa y Xustisiya 10 4 3 3 11-9 15
5. Tiqre 10 4 3 3 9-7 15
6. Boka Xuniors 10 3 5 2 13-8 14
7. Arxentinos Xuniors 10 4 2 4 12-8 14
8. Sentral Kordoba 10 3 5 2 12-9 14
9. Banfild 10 4 2 4 9-13 14
10. Belqrano 10 3 4 3 10-8 13
11. Atletiko Urakan 10 3 4 3 5-8 13
12. Rasinq 10 3 2 5 10-12 11
13. İndependyente Rivadaviya 10 2 4 4 10-12 10
14. Nyuellz Old Boyz 10 2 4 4 9-12 10
15. Aldosivi 10 0 3 7 1-14 3
B qrupu
1. Deportivo Riestra 10 7 1 2 14-6 22
2. Veles Sarsfild 10 6 3 1 14-5 21
3. River Pleyt 10 5 3 2 17-9 18
4. Lanus 10 5 2 3 9-8 17
5. San Lorenso 10 4 4 2 8-6 16
6. Rosario Sentral 9 3 6 0 9-4 15
7. Atletiko Tukuman 10 3 3 4 11-11 12
8. Sarmyento 9 3 3 3 8-10 12
9. İnstituto 10 2 5 3 5-11 11
10. Platense 9 2 4 3 10-13 10
11. San Martin San Xuan 10 2 4 4 8-11 10
12. Talyeres de Kordoba 10 2 4 4 5-9 10
13. Ximnasiya 10 3 1 6 6-12 10
14. Qodoy Krus 10 1 5 4 8-13 8
15. İndependyente 9 0 5 4 5-9 5
Bombardirlər: R.Martines (Platense) - 7, Di Mariya (Rosario Sentral), Qaloppo (River Pleyt) – 5, Kastilyo (Lanus), X.Errera (Deportivo Riestra), Miritelyo (Defensa y Xustisiya), Bayan Romero (Veles Sarsfild), Tarraqona (Union) - 4.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:257
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 07 Oktyabr 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see447

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see410

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see292

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see289

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see283

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see257

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see254

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see240

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see232

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see224

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see224

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see220

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see219

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see207

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see205

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see204

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see200

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see199

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see196

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri