Icma.az
close
up
RU
Menu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Xarici ticarət: ixrac və idxal azalır

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

Riyaziyyat tədrisində dönüş vaxtıdır: Zəif nəticələrə son qoymaq üçün sistemli tədbirlər zəruridir

Riyaziyyat tədrisində dönüş vaxtıdır: Zəif nəticələrə son qoymaq üçün sistemli tədbirlər zəruridir

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

  Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadənin qəbul imtahanlarının nəticələri ilə bağlı çıxışında riyaziyyat fənnindən əldə olunan göstəricilər xüsusi diqqət çəkib.

  Məleykə Abbaszadə AzTV-nin "Hədəf" verilişində  riyaziyyat fənni üzrə nəticələrin gözlənilən səviyyədən aşağı olduğunu qeyd edib. 

Onun sözlərinə görə, bu fənn üzrə yüksək nəticə göstərənlərin sayı kifayət qədərdir: "Xarici dilə gəlincə, inanmırdım ki, qısa müddətdə nəticələr yaxşı olsun. Amma orta göstəricilər 40 faizə çatır və bu, bizim ölkə üçün çox yaxşı nəticədir".

  DİM sədri əlavə edib ki, əvvəlki illərlə müqayisədə artıq şagirdlərin 70 faizi açıq tipli test tapşırıqlarını yerinə yetirə bilir. Halbuki əvvəllər bu göstərici 30-40 faiz idi: "Yeni növ imtahana keçid edəndə maksimum 40 faiz məzun yazı işini yerinə yetirə bilirdi. Xüsusilə tədris dili üzrə göstəricilər yaxşıdır. Addım-addım nəticələr yaxşılaşır, amma sıçrayış yoxdur".

 Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru  İlqar Orucov Sherg.az-a açıqlamasında deyib ki, DİM sədrinin çıxışı əsaslı statistik göstəricilərə əsaslandığı üçün bu yanaşma, imtahan nəticələrinin faktlara söykənən təhlili kimi dəyərləndirilə bilər: 

“Zənnimcə, imtahan verən  şagirdlərin riyaziyyat fənnindən zəif nəticə göstərməsi  iki faktorla izah oluna bilər. İlk növbədə, bu vəziyyət məktəblərdə riyaziyyatın tədrisi ilə bağlı olan struktur problemlərlə əlaqədar ola bilər. İkinci mümkün səbəb isə Dövlət İmtahan Mərkəzinin imtahan suallarını tərtib edərkən çətinlik səviyyəsinin yüksək olmasına üstünlük verməsidir. Konkret hansı faktın səbəb olduğunu dəqiqləşdirmək üçün araşdırmalara ehtiyac var. Əlimizdə əlavə detallar olmadığı üçün məsələ ilə bağlı yekun mühakimə yürütmək qeyri-peşəkar yanaşma sayıla bilər”.

Alimin fikrincə, çıxış yolu – tədrisin keyfiyyətinin yüksəldilməsidir: 

“Biz övladlarımıza riyaziyyatı daha keyfiyyətli formada öyrətməliyik. İxtisas fənni olaraq riyaziyyatın tədrisi daha dərin biliklər üzərində qurulmalı, digər sahələr üzrə təhsil alan şagirdlərin də bu fənn üzrə savadı ən azı funksional səviyyədə təmin edilməlidir. Dünyada qəbul olunmuş imtahan modellərinə baxsaq görərik ki, riyaziyyat bütün elmlərin təməlini təşkil edir. Məsələn, SAT imtahanlarında şagirdlər yalnız iki fəndən imtahan verirlər ki, onlardan biri riyaziyyatdır. Bu suallar məntiqi düşünmə bacarıqlarını ölçməyə yönəlir və tətbiqi yönümlüdür”.

İlqar Orucov qeyd edib ki, məktəblərdə riyaziyyatın effektiv tədrisi üçün düzgün məzmunun seçilməsi və tədris metodikasının müasirləşdirilməsi vacibdir:

 “Müəllimlərin sertifikasiyası zamanı əldə olunan nəticələr isə göstərdi ki, riyaziyyat müəllimlərinin peşəkarlıq səviyyəsində də ciddi çatışmazlıqlar var. Bu da bir daha göstərir ki, riyaziyyatın tədrisinin keyfiyyəti ilə bağlı sistemli tədbirlərə ehtiyac var. İmtahan suallarının çətinliyi ilə bağlı zaman-zaman səslənən ittihamlar qismən əsaslı olsa da, problemin mahiyyəti daha dərin səbəblərdə axtarılmalıdır. Düzdür, suallarda müəyyən yumşalma ola bilər, lakin bunun real nəticələrə necə təsir edəcəyini əvvəlcədən demək çətindir. Ona görə də diqqətimizi imtahanları təşkil edən qurumun tənqidinə deyil, uşaqlarımıza daha ciddi biliklər verməyə yönəltməliyik.”

Fəlsəfə doktorunun  yanaşması göstərir ki, riyaziyyat üzrə zəif nəticələrin aradan qaldırılması üçün həm sistemli araşdırmalara, həm də tədris keyfiyyətinin yüksəldilməsinə ehtiyac var. Bu isə yalnız məktəblərin, müəllimlərin və valideynlərin birgə məsuliyyəti ilə mümkün ola bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 İyun 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see223

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see205

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see195

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see194

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see185

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see180

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see164

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see163

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see157

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see155

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see154

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see152

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see149

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see149

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see148

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see147

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see147

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see146

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see143

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

25 Dekabr 2025 01:18see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri