Rize şəhərində Beynəlxalq Forum keçiriləcək “Enerji, qlobal təhlükəsizlik və diplomatiya” mövzusunda
Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.
15–17 yanvar 2026-cı il tarixlərində Türkiyə Respublikasının Rize şəhərində keçiriləcək "Beynəlxalq Qara dəniz Rize Ayder Forumu" Qara dəniz və Avrasiya regionunun iqtisadi, enerji, siyasi və diplomatik gündəmini müzakirə edən mühüm beynəlxalq platforma kimi diqqət mərkəzindədir.
Forum Türkiyə Respublikasının Enerji və Təbii Sərvətlər Nazirliyinin dəstəyi, Rize Valiliyi və Rize Bələdiyyəsinin himayəsi ilə, Türkiyənin enerji və təbii sərvətlər naziri cənab Alparslan Bayraktarın iştirakı ilə təşkil olunacaq. Tədbirin təşkilati və planlaşdırma işləri Beynəlxalq Ayder Forumu Dərnəyi tərəfindən həyata keçirilir.
Forum “Enerji, qlobal təhlükəsizlik və diplomatiya” ana mövzusu ətrafında keçiriləcək. Tədbirdə aşağıdakı aktual məsələlər müzakirə olunacaq:
enerji təhlükəsizliyi, regional və qlobal enerji rəqabəti, dayanıqlı inkişaf, enerji diplomatiyası, Qara dəniz–Avrasiya regionunda strateji əməkdaşlıq perspektivləri.Forum milli və beynəlxalq səviyyədə ekspertləri, akademikləri, dövlət qurumlarının nümayəndələrini, vətəndaş cəmiyyəti və özəl sektor təmsilçilərini bir araya gətirərək regionun potensialının qlobal miqyasda daha effektiv şəkildə təqdim olunmasını hədəfləyir.
Forumda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) elmi potensialı yüksək səviyyədə təmsil olunacaq. UNEC Avrasiya İqtisadiyyatı Beynəlxalq Elmi-Tədqiqat Mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru, professor Zahid Fərrux Məmmədov Forumda məruzəçi kimi iştirak edəcək. Onun çıxışı enerji təhlükəsizliyi, regional enerji strategiyaları və Avrasiya məkanında geosiyasi-iqtisadi proseslər kontekstində aktual elmi yanaşmaları əhatə edəcək.
Eyni zamanda, UNEC Avrasiya İqtisadiyyatı Beynəlxalq Elmi-Tədqiqat Mərkəzinin əməkdaşı, professor Cemal Zehir Beynəlxalq Ayder Forumu’nun Elmi Komitəsinin üzvü qismində Forumda iştirak edəcək və “Qara dəniz–Avrasiya bölgəsində enerji rəqabəti və enerji strategiyalarının gələcəyi” adlı tematik bölməyə moderatorluq edəcək.
Beynəlxalq Qara dəniz Rize Ayder Forumu:
region ölkələri arasında strateji əməkdaşlığın gücləndirilməsinə, enerji təhlükəsizliyi və diplomatiya sahəsində dialoqun dərinləşdirilməsinə, dayanıqlı və inklüziv inkişaf modellərinin təşviqinə mühüm töhfə verməyi hədəfləyir.Forum Qara dəniz və Avrasiya regionunun iqtisadi və enerji baxımından daha güclü, rəqabətqabiliyyətli və inteqrasiya olunmuş bir məkan kimi formalaşmasına xidmət edən əhəmiyyətli beynəlxalq təşəbbüs kimi dəyərləndirilir.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 09 Yanvar 2026 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















