Robbi Kin Qurban Qurbanovu bu yolla məğlub etmək istəyir! radikal dəyişiklik...
Icma.az bildirir, Footbal-plus portalına istinadən.
Macarıstan mətbuatı “Ferentsvaroş”un “Qarabağ”la cavab oyunu üçün start heyətinin bəlli olduğunu iddia edib.
“Football-plus.az” xəbər verir ki, macar həmkarlarımız “yaşıl qartallar”ın baş məşqçisi Robbi Kinin bu dəfə ilk “11-lik”də xeyli dəyişiklik edəcəyini açıqlayıb.
Onların sözlərinə inansaq, müətəxəssis bu dəfə “çərçivə”ni Deneş Dibusa yox, David Qrofa əmanət edəcək. Müdafiə xəttində Stefan Qartenmann, İbrahim Sisse və Qabor Salai yer alacaq. Yarımmüdafiə mövqeyində çıxış edəcək oyunçular isə Kadu, Aleks Tot, Nabi Keyta və Barnabaş Naqidi. Nəhayət, hücumda Yonatan Levi, Jombor Qruber və Barnabaş Varqaya güvəniləcək.
Bu o deməkdi ki, Kin start heyətində nə az, nə çox - 7 dəyişiklik edib! Hər halda, həqiqəti sabah öyrənəcəyik.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 27 Avqust 2025 00:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















