Roberto Karlosdan şok iddia: Ronaldo Qızıl topu məndən oğurladı
Icma.az xəbər verir, Publika.az saytına əsaslanaraq.
Braziliya millisinin sabiq müdafiəçisi Roberto Karlos maraqlı açıqlama verib.
Publika.az xəbər verir ki, əfsanəvi müdafiəçi həmin vaxt yığmada komanda yoldaşı olan Ronaldo Nazarionun 2002-ci ildə “Qızıl top”u ondan oğurladığını deyib:
“Mən həmişə Ronaldoya deyirəm ki, "Ballon d'Or" mənimdir və onu məndən oğurlayıb. Eşitdim ki, dünya çempionatının finalına qədər favorit mən olmuşam. 90 dəqiqə ərzində mükafatı itirdim.
Ancaq düşünsəniz, bir müdafiəçinin "Ballon d'Or" səsverməsində ikinci yeri tutması inanılmaz bir şeydir. Onu yalnız Bekkenbauer, Sammer və Kannavaro qazana bilib. Beləliklə, ikinci yer böyük qürur üçün səbəbdir”.
Qeyd edək ki, Ronaldo Almaniya ilə finalda (2:0) dubla imza ataraq 8 qolla DÇ-2002-nin bombardiri olub.
Heybət
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 13 Dekabr 2024 11:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















