Robot taksilər fəaliyyətə başladı
Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Amerikanın "Tesla" korporasiyası məhdud rejimdə robot taksi xidmətini işə salıb.
Avtosfer.az "TodayPress"a istinadən xəbər verir ki, bu barədə şirkətə məxsus "Tesla AI" hesabı "X"da paylaşım edib.
Milyarder İlon Maskın şirkəti Ostin və San-Fransisko Körfəz bölgəsində robot taksiləri işə saldığını açıqlayıb.
Hazırda avtonom taksini yalnız korporasiyanın əməkdaşları sınaqdan keçirə bilər. Səfər zamanı avtomobilin sükanı arxasında operator da olacaq.
Korporasiya etiraf edib ki, onların avtonom taksiləri artıq 24 min kilometrdən çox məsafəni qət edən 1500 səfər həyata keçirib.
"Tesla" ictimai robot taksinin rəsmi olaraq işə salınma vaxtını açıqlamayıb.
Lakin qeyd edilib ki, ilkin buraxılış şirkətə proqramın və uzaqdan idarəetmənin işini sınaqdan keçirməyə imkan verəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 26 Aprel 2025 00:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















